Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1134/2024 22.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı X4 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: X7 (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-cı ildə anadan olmuş, hazırda ünvan 1 ünvanda yaşayır. İddiaçı pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2024-cü il tarixli, məktubla bildirilmişdir ki, təqdim etdilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 17 il 6 ay 8 gün təşkil edir. Həmçinin 01.01,2003-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri X8 işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində olmaqla yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda yaşa görə pensiya alır. Dövlət Sosial Müdafiə Fondunun 24 Avqust 2023-cü il tarixli ona təqdim edilmiş məktubuda qeyd edilir ki, onun təqdim etdiyi əmək kitabçası və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx-xx-1973-cü il tarixdən xx-xx-1976-cı il tarixinədək əyani təhsil aldığı illər və xx-xx- 1976-cı il tarixindən xx-xx-1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla) 17 il 6 ay 8 gün təşkil edir. Həmçinin bildirilir ki, xx-xx-2006-cı il tarixindən xxxx-2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. X3 və X5 Hüquqi şəxsinin xx-xx-2023-cü il tarixli arxiv arayışlarına əsasən,1979-cu ildə Gəncə şəhəri X8 işə qəbul əmriniz olmadığından və həmin müəssisənin xx-xx-1994-cü il tarixindən xx-xx-2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Bu səbəbdən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Lakin o həmin illərdə yeməkxanada işləmişdir.Buna baxmayaraq əmək cədvəli saxlanılmamışdır.Ona görə də onun sığorta stajına daxil olmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qeyd olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra şifahi məhkəmə baxışı iclasında iddiaçı yenidən iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X9 96 nömrəli yeməkxanasında fəhlə işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 65 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbinin dəqiqləşməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, vətəndaşın təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən 11,06.2002-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri X8 İddiaçı işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən 11,06.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından onun əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən həmin dövrlər (10 il 5 ay 10 gün) sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, 01.01,2006-cı il tarixindən 01,07.2018-ci il tarixinədək vətəndaşın fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək Gəncə şəhər X8 yeməkxanada işlədiyini iddia edir. Hesab edirik ki, iş üzrə iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. iddiaçı R.X6 təqdim etdiyi əmək kitabçasının, hərbi biletin və təhsil haqqında sənədlərin surətinə əsasən sığorta stajı 17 il 6 ay 8 gün təşkil edir Həmçinin fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cii il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil illəri, hərbi biletin surətinə əsasən onun xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla sığorta stajı, ümumilikdə 17 il 6 ay 8 gün mübahisələndirilməyən təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığorta stajı tələbi ödənilmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri xx.xx.1994-cü il tarixdən 11,06.2002-ci il tarixədək Gəncə şəhər X8 işlədiyi 10 il 5 ay 10 gün əmək fəaliyyəti dövrləridir. İddiaçı əmək kitabçasında qeyd olunan həmin dövrlər aşağıdakı səbəbdən sığorta stajına daxil edilməmişdir. Belə ki, “X2 və Koordinasiya Mərkəzi" Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri X8 işə qəbul əmri olmadığından və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən 11,06.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının 3-cü maddəsinə uyğun olaraq əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamış və bu səbəblərdən mübahisələndirilən dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq imtinası qanunauyğun olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş arxiv arayışa əsasən X7 həqiqətən Kirovabad şəhəri X9 (İİT): xx.xx.1981-ci il tarixli 86 nömrəli əmri ilə “Kəpəz” restoranının mətbəx fəhləsi xx.xx.1981-ci il tarixdən növbəti məzuniyyətdən qayıdandan sonra 8 nömrəli yeməkxananın filialı olan 56 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir; xx.xx.1988-ci il tarixli 124 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın filialı olan 95 nömrəli yeməkxananın mətbəx fəhləsi həmin yeməkxananın təmiri müddətində müvəqqəti olaraq 5 nömrəli yeməkxanaya fəhlə keçirilmişdir. Gəncə (keçmiş Kirovabad) şəhəri llT-nin: xx.xx.1994-cü il tarixli 31 nömrəli əmri ilə 5 nömrəli yeməkxananın fəhləsi həmin tarixdən 9 nömrəli yeməkxananın filialı olan 96 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 nömrəli sərəncamı və xx.xx.1999-cu il tarixli 23 nömrəli əmrinə əsasən Gəncə şəhəri İİT ləğv edilərək, arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 nömrəli əmri ilə “İstehsalat və Təsərrüfat” İdarəsi ləğv edilərək, onun bazasında 14.01,2000-ci il tarixli 05 nömrəli əmri ilə Ticarət və Xidmət Müəssisə və X1 Mərkəzi (TXMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 nömrəli Fərmanı ilə TXMOFƏM-nin təsisçisi -- DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi inkişaf Nazirliyi (İİN) yaradılmışdır. ilN-nin TXMOFƏM-nin : xx.xx.2002-ci il tarixli 276K nömrəli əmri ilə Gəncə şəhərində yerləşən 96 nömrəli bufetin fəhləsi həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1 -ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad İlN-nin TXMOFƏM-nin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsidir (bundan sonra -- Mərkəz). İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Cavabdeh orqan əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən 11,06.2002-ci il tarixinədək dövrlərin mötəbərliyinə əsaslı şübhələr olduğunu “X2 və Koordinasiya Mərkəzi” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli arxiv arayışlarına əsasən 1979-cu ildə Gəncə şəhəri X8 İddiaçı işə qəbul əmri olmadığını və həmin müəssisənin xx.xx.1994-cü il tarixindən 11,06.2002-ci il tarixinədək əmək haqqı cədvəlləri saxlanılmadığından onun əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmadığını əsas gətirmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.1981-ci il tarixli 86 nömrəli əmri ilə “Kəpəz” restoranının mətbəx fəhləsi xx.xx.1981-ci il tarixdən 8 nömrəli yeməkxananın filialı olan 56 nömrəli yeməkxanaya mətbəx fəhləsi, xx.xx.1988-ci il tarixli 124 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın filialı olan 95 nömrəli yeməkxananın mətbəx fəhləsi həmin yeməkxananın təmiri müddətində müvəqqəti olaraq 5 nömrəli yeməkxanaya fəhlə keçirilmişdir. Gəncə (keçmiş Kirovabad) şəhəri llT-nin: xx.xx.1994-cü il tarixli 31 nömrəli əmri ilə 5 nömrəli yeməkxananın fəhləsi həmin tarixdən 9 nömrəli yeməkxananın filialı olan 96 nömrəli yeməkxanaya mətbəx fəhləsi keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin məhkəmənin sorğusuna olaraq təqdim etdiyi məktubda qeyd etmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2002-ci illər ərzində Gəncə şəhəri keçmiş X9 xx.xx.1996-cı il tarixli 50 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın nəzdindəki 96 nömrəli yeməkxananın mətbəx fəhləsi işləyərkən xx.xx.1996-xx.xx.1996-ci il tarixlərində xx.xx.1992-xx.xx.1996-cı illər iş dövrü üzrə növbəti əmək məzuniyyəti verilmişdir. İddiaçı isə həmin dövrlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının işə qəbul barədə əmrinin və əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Eyni zamanda Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin məhkəmənin sorğusuna olaraq təqdim etdiyi məktubda qeyd etmişdir ki, İddiaçı xx.xx.1994-xx.xx.2002-ci illər ərzində Gəncə şəhəri keçmiş X9 xx.xx.1996-cı il tarixli 50 nömrəli əmri ilə 9 nömrəli yeməkxananın nəzdindəki 96 nömrəli yeməkxananın mətbəx fəhləsi vəzifəsində işlədiyi qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi məktubla təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X9 96 nömrəli yeməkxanasında fəhlə işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 65 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2236/2024 nömrəli qərarında da qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən bu qeydlərin şübhəli olmasına dair hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Gəncə şəhəri X9 96 nömrəli yeməkxanasında fəhlə işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 65 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1134/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1134/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver