Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1136/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, Üçüncü şəxs X16 iştirakı ilə, İddiaçı Məhərrəmova (Səmədzadə) Həqiqət İsaq qızının Cavabdehnə qarşı üçüncü şəxslər X32, X28, X7, X17, X51 Oğlu, X26, X33, X19, X1, X29, X34, X20, X5, X21, X3, X35, X31 və Qanuni nümayəndə2 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçı Məhərrəmova (Səmədzadə) Həqiqət İsaq qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 3-cü şəxslər X32, X28, X7, X17, X51 Oğlu, X26, X33, X19, X1, X29, X34, X20, X5, X21, X3, X35, X31, Qanuni nümayəndə2 və X10 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evin ümumi sahəsi 41.4 kv.m-dən ibarətdir. 3-cü şəxslər X32, X28, X7, X17, X51 Oğlu, X26, X33, X19, X1, X29, X34, X20, X5, X21, X3, X35, X31, Qanuni nümayəndə2 və X22 iddiaçının evinin keçmiş sakinləridir. Bu şəxslər onun mülkiyyət hüququnu pozur, sərəncam vermək və digər hüquqlarını məhdudlaşdırırlar. İddiaçı 3-cü şəxsləri ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün Cavabdehnə müraciət etmiş, lakin ona imtina cavabı verilmiş və imtinada "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq qeyd edilmişdir ki, "şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarılır". Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. 3-cü şəxslər faktiki olaraq onun evində yaşamasalar da, formal olaraq həmin ünvanda qeydiyyatda dururlar. 3-cü şəxslər iddiaçının evində qeydiyyatda durduqlarına görə o, məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Lakin, bir halda ki, 3-cü şəxslər iddiaçının evində yaşamır, onların həmin ünvanda qeydiyyatda olmaları qanuna uyğun deyil. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3549/2024 nömrəli qərardadı ilə X32, X28, X7, X17, X51 Oğlu, X26, X33, X19, X1, X29, X34, X20, X5, X21, X3, X35, X31 və Qanuni nümayəndə2 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmiş, məhdud fəaliyyət qabiliyyətli X11 anası Qanuni nümayəndə1, X12 anası Qanuni nümayəndə2 ilə təmsil olunması qərarı alınmış, vəsatət qalan hissədə - X10 məhkəmə icraatına cəlb edilməsi hissəsində təmin edilməmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Üçüncü şəxs X32 məhkəmə iclasında iştirak etmiş, iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh tərəfindən məhkəməyə ərizə göndərilmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Üçüncü şəxs X32 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları xx.xx.1987-ci il tarixli, 7465 nömrəli Azərbaycan SSR Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. Dövlət arxivinin Gəncə Filialının xx.xx.2006-cı il tarixli arayışına əsasən Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, 3-cü dalan, 3 nömrəli, 1 otaqlı və 13.7 kv.m kommunal şəraitsiz ev ailə vəziyyətinin ağır olmasını nəzərə alaraq vətəndaş X23 verilmişdir. 2 saylı Gəncə regional “Asan xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə 4Ə-410 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, dalan 3, ev 3 ünvanında yerləşən mənzil X30 tərəfindən (onun əvəzinə X8) İddiaçı bağışlanmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********89-05101-093003 reyestr nömrəli çıxarışa əsasən, ünvan 5 ünvanında yerləşən ev tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışına əsasən, xx.xx.1967-ci il təvəllüdlü X32, xx.xx.2008-ci il təvəllüdlü X28, xx.xx.1963-cü il təvəllüdlü X7, xx.xx.1990-cı il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü X51 Oğlu, xx.xx.1942-ci il təvəllüdlü X26, xx.xx.1958-ci il təvəllüdlü X33, xx.xx.1959-cu il təvəllüdlü X19, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1979-cu il təvəllüdlü X34, xx.xx.2011-ci il təvəllüdlü X20, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X21, xx.xx.1965-ci il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X35, xx.xx.2006-cı il təvəllüdlü X31, və xx.xx.1986-cı il təvəllüdlü Qanuni nümayəndə2 ünvan 6 ünvanında qeydiyyatdadırlar. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1967-ci il təvəllüdlü X32, xx.xx.1963-cü il təvəllüdlü X7, xx.xx.1990-cı il təvəllüdlü X17, xx.xx.1982-ci il təvəllüdlü X51 Oğlu, xx.xx.1942-ci il təvəllüdlü X26, xx.xx.1958-ci il təvəllüdlü X33, xx.xx.1959-cu il təvəllüdlü X19, xx.xx.1961-ci il təvəllüdlü X29, xx.xx.1985-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2001-ci il təvəllüdlü X21, ünvan 6 ünvanında qeydiyyatdadırlar. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.1961-ci il təvəllüdlü X1, xx.xx.1965-ci il təvəllüdlü X3, xx.xx.2006-cı il təvəllüdlü X31 və xx.xx.1986cı il təvəllüdlü Qanuni nümayəndə2 ünvan 7 ünvanında qeydiyyatdadırlar. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlara əsasən, xx.xx.2008-ci il təvəllüdlü X28 və xx.xx.1979-cu il təvəllüdlü X34 isə ünvan 8 ünvanında, xx.xx.2002-ci il təvəllüdlü X6 şəhəri, X48 küçəsi, ev 1 ünvanında qeydiyyatdadırlar. Məhərrəmova (Səmədzadə) Həqiqət İsaq qızının üçüncü şəxslər X32, X28, X7, X17, X51 Oğlu, X26, X33, X19, X1, X29, X34, X20, X5, X21, X3, X35, X31 və Qanuni nümayəndə2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə etdiyi müraciətinə həmin idarənin xx.xx.2024-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. xx.xx.2024-cü il tarixli, AZ-İİ 622511 №-li nikah haqqında Şəhadətnaməyə əsasən, X24 ilə İddiaçı arasında nikah xx.xx.2024-cü il tarixdə bağlanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Məhərrəmova (Səmədzadə) X14 İsaq Həsən oğlu (onun əvəzinə X8) ilə xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Nəriman Nərimanov prospekti, dalan 3, ev 3 ünvanında yerləşən evin bağışlanmasına dair müqavilə bağlayaraq qeyd olunan mənzili mülkiyyətinə almışdır. Həmin mənzilə dair mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır. Digər tərəfdən, ünvan 4 ünvanında yerləşən ev ailə vəziyyətinin ağır olması nəzərə alınaraq X23 verilmişdir. xx.xx.1987-ci il tarixli, 7465 nömrəli Azərbaycan SSR Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına qeydə alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mülkiyyət hüququ əsasında İddiaçı (Səmədzadə) İsaq qızına məxsus olan ünvan 1 ünvanında yerləşən ev, Dövlət arxivinin Gəncə Filialının xx.xx.2006-cı il tarixli arayışına əsasən X23 məxsus olan, həmçinin xx.xx.1987-ci il tarixli Qeydiyyat Vəsiqəsi əsasında X4 məxsus olan ünvan 4 ünvanında yerləşən evlər ayrı-ayrı daşınmaz əmlaklardır. Lakin həmin evlərin ünvanları eynidir. Həmçinin məhkəmə iclasında digər üçüncü şəxslərin də qeydiyyatda olub yaşadıqları daşınmaz əmlaklar fərqli olsalar da, ünvanlarının iddiaçının ünvanı ilə eyni olduğu müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, yaşayış yeri üzrə qeydiyyat daşınmaz əmlakın özündə deyil, həmin əmlakın məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Hazırkı halda iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan və üçüncü şəxslərin qeydiyyatda olduqları daşınmaz əmlaklar ayrı-ayrı evlər olsa da, həmin daşınmaz əmlakların ünvan reyestrində qeydiyyatı eyni ünvan üzrə aparılmışdır. Məhz üçüncü şəxslər də yaşadıqları daşınmaz əmlakın yerləşdiyi ünvan üzrə qeydiyyata alınmışlar. Belə olan halda isə iddiaçı onunla eyni ünvan göstəricilərinə malik olan üçüncü şəxslərin həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı deyil. Həmçinin qeyd olunmalıdır ki, xx.xx.1979-cu il təvəllüdlü X34, xx.xx.2008-ci il təvəllüdlü X28 və xx.xx.2002-ci il təvəllüdlü X9 şəhəri, Nəriman Nərimanov prospekti, dalan 3, ev 3 ünvanından qeydiyyatdan çıxmışlar. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Məhərrəmova (Səmədzadə) Həqiqət İsaq qızı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı Məhərrəmova (Səmədzadə) Həqiqət İsaq qızı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1136/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1136/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver