Məhkəmə qərarları › İş №2-1(114)-1138/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1138/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1138/2022 22.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi) qarşı məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinatın təyin edilməklə verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi T ə s v i r i h i s s ə: Cavabdeh xx.xx.2022-ci il tarixli, 02/374 nömrəli məktubu ilə Ağdam rayonunun Qiyaslı kənd sakini, hazırda ünvan 1 ünvanmda yaşayan xx.xx.1984-cü il təvəllüdlü İddiaçı rəsmi nikahda olduğu Qiyaslı kənd sakini X4 adına Zaqatala rayonunda şəxsi evi olduğuna görə Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahı əsasında xx.xx.2017-ci il tarixdən ailəyə ödənilən vahid aylıq müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırıldığı, İddiaçı ilə X4 rəsmi nikahlarının Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ləğv edildiyi, həmçinin Vətəndaş İddiaçı və iki övladının vahid aylıq müavinətinin bərpa olunması üçün sənədlərinin Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə göndərildiyi, lakin qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunmadığı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil olunmadığı bildirilmişdir. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçı Şəki İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehnə qarşı ona və himayəsində olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X2 əvvəli 28 fevral 2018-ci il tarixdən hesablanmaqla məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin təyin edilməklə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyatı üzə Gəncə İnzibati Məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdam rayonunun Qiyaslı kəndindən məcburi köçkün düşmüş, o cavabdeh X10 ilə xx.xx.2008-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından xx.xx.2008-ci il tarixdə X11 və xx.xx.2010-cu il tarixdə X8 adlı iki uşaqları doğulmuşdur. Elşad Tanırverdiyevlə münasibətləri baş tutmadığından Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah akt qeydi pozulmuş, nikahları pozulduqdan sonra uşaqlarının hər ikisi onun himayəmdə saxlanılmışdır. Lakin məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti 2018-ci ildən dayandırılmışdır. Dəfələrlə Cavabdehnə, həmçinin Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq sözügedən müavinəti ala bilməmişdir. Sonuncu dəfə 2021-ci ilin oktyabr ayının 02-də Cavabdehnə müraciət etsədə müraciətinə heç bir cavab verilməmişdir. Ona görədə bütün bunları nəzərə laraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 22 avqust 2022-ci il tarixə təyin edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə daxil olmuş «özünün və 2 övladının çörək çulunun bərpa edilməsi» ilə bağlı 2021-ci il 23 avqust tarixli müraciəti Komitə tərəfindən 2021-ci il 1 sentyabr tarixli 01/4946 nömrəli məktubla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Cavabdehnə göndərilmişdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»na əsasən həyata keçirilir. Cavabdeh tərəfindən İddiaçı vahid aylıq müavinətin verilməməsi qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğundur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə «(Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)» vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, nikahda olduqları dövr ərzində İddiaçı - həyat yoldaşı X4 Zaqatala şəhəri, Cəfər Cabbarlı küçəsi 1, 3, 52; ünvan 2 ünvanlarında yerləşən yaşayış sahələrinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının və ailə üzvlərinin sözügedən yaşayış sahələrini sonradan başqa şəxslərə satmaları və ya bağışlamaları halı belə iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlaması halını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Bununla yanaşı, İddiaçı ilə Elşad Tanrıverdiyev arasında 2018-ci il tarixdə nikahın pozulması faktı, hazırda iddiaçıya və övladlarına vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1 -ci bəndində, həmin bəndin tətbiqini istisna edən halların dairəsi (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) göstərilmişdir ki, burada nikahın pozulması halı öz əksini tapmamışdır. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. İddiaçı “ona və övladlarına 28 fevral 2018-ci il tarixdən hesablanmaqla məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin təyin edilməklə verilməsi”nə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İş üzrə tərəflərə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: - «Doğum haqqında» xx.xx.1985-ci il tarixli, X-ЖГ 412374 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Ağdam rayonununda doğulmuşdur. - Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(033)-322/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, X10 ilə X5 arasında Şəki şəhər İHB-nın Dəmiryol Köçkünlər qəsəbəsi üzrə nümayəndəliyində xx.xx.2008-ci il tarixdə bağlanmış və nikah akt qeydləri kitabında həmin gün 9 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin nikahından xx.xx.2008-ci il tarixdə doğulmuş X6 və xx.xx.2010-cu il tarixdə doğulmuş X3 boşandıqdan sonra analarının yanında saxlnılması qət edilmişdir. - «Nikahın pozulması haqqında» xx.xx.2018-ci il tarixli, AZ-İ 287486 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 ilə X10 arasında olan nikah ləğv edilmişdir. - xx.xx.2018-ci il tarixli, AA seriyalı 417268 nömrəli məcburi köçkün vəsiqəsinin vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu var. - «Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi»nin xx.xx.2021-ci il tarixli 4881 nömrəli daşınmaz əmlakın dövlət reyestrindan arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlakın olması barədə elektron bazada məlumat yoxdur. - Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 24 saylı X18 çıxarışdan görünür ki, Ağdam rayonu Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qiyaslı kəndində qeydiyyatda olan və hal-hazırda Şəki şəhərində müvəqqəti məskunlaşmış X9 ayrı təsərrüfat olması təsdiq edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9. maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışdır. Lakin, iddiaçının nikahda olduğu Qiyaslı kənd sakini X4 adına Zaqatala rayonunda şəxsi evi olduğuna görə Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahı əsasında xx.xx.2017-ci il tarixdən ailəyə ödənilən vahid aylıq müavinətin qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır. Həmçinin İddiaçı ilə X4 rəsmi nikahlarının Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərar ilə ləğv edildiyi, İddiaçı və iki övladının vahid aylıq müavinətinin bərpa olunması üçün sənədlərinin Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə göndərildiyi və qanunvericiliyin tələblərinə uyğun olaraq təsdiq olunmadığı göstərilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinətin dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuş və iddiaçının məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olması və birgə nikaha daxil olduğu X4 adına Zaqatala rayonunda şəxsi evinin olması əsas kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dşvlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 21 may 2021-ci il tarili 4881 saylı məktubdan müəyyın olunur ki, İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və ləğv edlmiş DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Məhkəmə qeyd edir ki, «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair» Qaydaların əsas anlayışlar adlanan hissəsindən görünür ki, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin y şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası «məcburi köçkün» statusuna malik olan və valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonu (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. «Məcburi köçkün» statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Həmin qaydaların 4.2-ci bəndinə əsasən «məcburi köçkün» statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1. İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə; 4.2.2. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayoı ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatdan çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3. «Məcburi köçkün» statusu olmayıb, «məcburi köçkün» şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5. Sakini olduğu rayonun işğalından sonra «məcburi köçkün» statusu olan şəxs tərəfindən himayə və qəyyumluğa götürülmüş «məcburi köçkün» statusuna malik şəxslərə; 4.2.6. «Məcburi köçkün» statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki və hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Adıçəkilən Qaydaların 4.1.1 -ci bəndi ilə iddiaçının məcburi köçkün statusuna malik olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Kabineti tərəfindən 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı təsdiq edilmiş köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası»nın tələblərinə uyğun olaraq, ona və himayəsində olan övladına köçkünlər üçün ödənilən aylıq müavinət təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman və hazırda da qüvvədə olan Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli, 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-bəndində qeyd olunur ki, yemək xərci üçün aylıq müavinət mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; həbsdə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə verilmir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan, məhkəmə hesab edir ki, hazırki münasibətlərə də həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ona ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur və işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanuni deyildir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi təmin edilməli, İddiaçı və iki övladının aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı, xx.xx.2008-ci il tarixdə doğulmuş X6 və xx.xx.2010-cu il tarixdə doğulmuş X1 aylıq müavinətin bərpa edilməsi, aylıq müavinətin dayandırıldığı vaxtdan hazırki vaxta qədər ödənilməmiş məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar