Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1139/2025 06.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış müəssisəsinin 6/7 hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən:
1. İddiaçı xx.xx.1951-ci il tarixdə Goranboy rayonu, Borsunlu kəndində anadan olmuş, hazırda ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. ünvan 3nda yerləşən Kimyəvi təmizləmə fabrikinin “Göy-göl” icarə müəssisəsinin xx.xx.1996-cı il tarixində texniki pasportu tərtib edilmişdir.
3. ünvan 3nda yerləşən Kimyəvi təmizləmə fabrikinin “Göy-göl” icarə müəssisəsinin özünü xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində keçirilən auksionda əmək kollektivi tərəfindən vəkil edilmiş iddiaçıya satılmışdır. Bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2001-ci il tarixli, 717 nömrəli arayışı iş materiallarına əlavə edilmişdir.
4. xx.xx.1998-ci il tarixdə keçirilən auksion protokoluna əsasən ünvan 3nda yerləşən Kimyəvi təmizləmə fabrikinin “Göy-göl” icarə müəssisəsinin qalibi iddiaçı, ilkin satış qiyməti və satış qiyməti 42.116.000 manat müəyyən edilmişdir.
5. ünvan 3nda yerləşən Kimyəvi təmizləmə fabrikinin “Göy-göl” icarə müəssisəsi 42.116.000 manat satış qiyməti ilə iddiaçıya satılması barədə xx.xx.1998-ci il tarixli, 12.111 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsi bağlanmışdır.
6. xx.xx.1997-ci iİ tarixli 12.111 saylı algı-satgı müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən Kimyəvi təmizləmə fabrikinin «Göy-Göl» icarə müəssisəsinin start qiymətinin 15%-ni kollektiv üzvlərinə özəlləşdirmə ceklərinə dəyişdirmiş, qalan 85% hərrac qiymətinin 30%-i 12 634 800 manat kollektivə əvəzsiz güzəşt edilmiş, 30% ilkin ödənişi - 12 634 800 manat və 40% müddətli ödənişi - 16 846 400 manat tam ödəməklə özəlləşdirmişdir. Start qiymətinin 15%-i özəlləşdirmə çekləri ilə və 29 481 200 manat pullu ödəniş məbləği pul vəsaiti ilə tam ödənildiyi üçün obyektin borcu qalmamışdır. Yuxarıda göstərilən ünvanda yerləşən əmlaka girov və ya qadağan qoyulması barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət ornlakının idarə olunması və özəlləşdirilməsi departamentinə məlumat daxil olmamışdır. Bu barədə İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən xx.xx.2003-cü il tarixli arayış verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ünvan 3nda yerləşən “Göy-göl” icarə müəssisəsi üzərində iddiaçı və X2 xüsusi mülkiyyət hüququna dair xx.xx.2005-ci il tarixli, 006230 qeydiyyat nömrəli şəhadətnamə tərtib edilmişdir.
8. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim V.Ə.Abdullayev) xx.xx.2014-cü il tarixli, 2(043)-49/2010 nömrəli qətnaməsi ilə iddiaçı ilə X2 mülkiyyətində olan ünvan 3nda yerləşən, hazırda “Sevinc” şadlıq sarayı kimi fəaliyyət göstərən “Göy-Göl” icarə müəssisəsində X2 payı həmin müəssisənin 1/7 hissəsi həddində müəyyən edilmiş, həmin paya mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi cavabdehə həvalə edilməsi qət edilmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi- R.S.Nəbizadə, tərkibdə - Ş.M.Əliyeva, F.H.Əliyev) xx.xx.2010-cu il tarixli, 2(104)-785/2010 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-49/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixlİ. 2(102)-174/2011 nömrəli qətnaməsi ilə İddiaçı nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.2010-cu il tarixli, 2(104)-785/2010 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsi tərəfindən xx.xx.2011-ci il tarixdə qətnamənin icrası ilə bağlı icra vərəqəsi verilmişdir.
12. ünvan 5 ünvanda yerləşən, hüquq subyekti X6 olan qeyri-yaşayış sahəsinə dair xx.xx.2011-ci il tarixdə texniki pasportu tərtib edilmişdir.
13. ünvan 6 ünvanda dövlət mülkiyyətində olan 0,0178 ha torpaq sahəsi üzərində yerləşən 150,3 kv.m ölçüdə **********37-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərində X4 xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin əmlaka dair xx.xx.2014-cü il tarixdə 12543 inventar nömrəsi ilə texniki pasportu tərtib edilmişdir.
14. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (hakim A.A.Mahmudov) xx.xx.2014-cü il tarixli, 2(044)-2047 nömrəli qətnaməsi ilə iddiaçının cavabdehlər X7 və X5 qarşı Gəncə “ASAN Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2014cü il tarixli, 4Ə-02-540 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında X4 adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi- İ.Ə.Şəfiyev, tərkibdə - R.Ş.Muradov, L.S.Süleymanov) xx.xx.2014-cü il tarixli, 2(104)- 1598/2014 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)-2047 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)-5293/2025 saylı qətnaməsi (hakim M.Ş.Niftəliyev) ilə Gəncə şəhəri, N.Nərimonov prospekti, 1-ci döngə 4 nömrəli ünvanda yerləşən əvvəlki Kimyəvi təmizləmə Fabrikinin “Göy-Göl” icarə müəssisəsi, hazırkı “Sevinc” şadlıq sarayının üzərində İddiaçı 95,72 faiz payı, X2 4,28 faiz payının müəyyən edilməsi, əvvəlki qaydada bölünmüş artıq payın X2 qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi- Ş.Q.Rzaquliyev, tərkibdə - F.Ə.Mehtiyev, Ə.İ.Rüstəmov) xx.xx.2016-cı il tarixlİ, 2(104)- 640/2016 nömrəli qətnaməsi ilə X6 tərəfindən verilmiş apellyasiya şikayətin təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(044)- 5293/2025 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddianın rədd olunması qət edilmişdir.
18. ünvan 8 ünvanda yerləşən 150,3 kv.m ölçüdə **********37-06301 reyestr nömrəli qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin xeyrinə yüklülüyü xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
19. ünvan 8 ünvanda yerləşən **********37-06301 reyestr nömrəli əmlak – 0,01776 ha torpaq sahəsi üzərində "xxxx" ASC-nin xeyrinə yüklülüyü xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
20. İddiaçı ünvan 3nda yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir.
21. Cavabdeh qurumun mühəndisləri tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli əmlaka baxış kerilərək müayinə aktı tərtib edilmişdir. Akta əsasən hüquqmüəyyənedici sənəd üzrə ümumi sahəsi - 370,8 kv.m, zirzəmi - 332,8 kv.m, “B” inzibati bina – 63,7 kv.m, “V” qazanxana – 65,4 kv.m, “Q” çörək sexi – 67,6 kv.m, “E” qəbul məntəqəsi 34,8 kv.m, “D” çayçı – 18,9 kv.m olduğu halda faktiki olaraq ümumi sahə 556,1 kv.m (2 mərtəbəli) digər – 17,2 kv.m, “V” qazanxana – 67,2 kv.m, “Q” ticarət binası (çörək sexi) – 107,3 kv.m-dir, icazəsiz olaraq “A”-da 99,6 kv.m (2-ci mərtəbə), həyətdə qaraj və sanitar qovşağı tikilmişdir. “A”-nın 2-ci mərtəbəsi sonradan inşa edilmişdir. “B” literi inzibati bina və “D” literi çayçı tikilisi sökülüb, “D”-nin yerinə qaraj tikilisi inşa edilmişdir. “V” literli qazanxananın 21,6 kv.m dəhliz otağının üstü açıqdır. “Q” literli çörək sexində əsaslı rekonstruksiya işləri aparılaraq sahələri və təyinatı dəyişdirilmiş – ticarət sahəsi olub, hazırda bir hissəsi ofisdir. “A” literli daxilində (1-ci mərtəbədə) otaqların arakəsmələri sökülərək yeni arakəsmələr inşa edilmiş, həmçinin əlavə qapı və pəncərələr açılmışdır. “A”-nın zirzəmisini ölçmək mümkün olmamışdır (qonşu əmlakın sahibi ilə mübahisəlidir, hazırda qonşunun istifadəsindədir). İcazəsin olan sanitar qovşağı və qaraj tikililərin qapıları bağlı olduğu üçün ölçmək mümkün olmadı. Ümumi torpaq sahəsini ölçmək üçün GPS aləti ilə mümkündür.
22. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-5225/2025 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma zamanı, əmlak üzərində rekonsturuksiya işlərinin aparıldığı, həmçinin, əmlak üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
Məhkəmə mübahisəsi:
23. İddiaçı cavabdehə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
24. Məhkəmə iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə 4 ünvanında yerləşən qeyri-yaşayış müəssisəsinin 6/7 hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
26. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasi İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakinin İdarə olunması və Özəlləşdirilməsi Departamenti Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə 4 ünvanında yerləşən "Göy-Göl" icarə müəssisəsinin özəlləşdirilməsi zamanı dövlət mülkiyyət hüquqlarının dövlət reyestr qeydiyyatında və şəhadətnamədə adlarına qeydiyyat aparılmış şəxslərin, yəni iddiaçının və üçüncü şəxs X2 mülkiyyət payı hissələri düzgün göstərməmiş, nəticədə iddiaçının şəxsi vəsaiti hesabına əldə edilmiş (özəlləşdirilmiş) əmlakın bir hissəsinə Kifayət Əliyeva hüquq əldə etmişdir, yəni iddiaçının mülkiyyəti hesabına əsassiz varlanmışdır. Bundan başqa Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən dövlət reyestrində qeydiyyat aparılarkən kobud qanun pozuntusuna və ədalətsizliyə yol verilmiş, iddiaçının mülkiyyət hüquları pozulmuşdur. Çünki hərracların keçirilməsi üzrə auksion komissiyasının 11 iyul 1998-ci il tarixli, 04 nömrəli auksion protokolundan müəyyən olunduğu kimi, ünvan 10 ünvanda yerləşən "Göy- Göl" icarə müəssisəsi start qiyməti 49.548.000 (qirx doqquz milyon beş yüz qırx səkkiz min) manat müəyyən edilməklə hərrac vasitəsi ilə satışa çıxarılmışdır. Bundan sonra iddiaçı hərracı udaraq hərrac komissiyasının 11 iyul 1998-ci il tarixli, 04 nömrəli auksion protokolu ilə qalib elan edilmiş, müəssisə isə 42.116.000 manata satılmiş və həmin auksion protokolu əsasında satıcı Dövlət Əmlak Komitəsi iddiaçı ilə xx.xx.1997-ci il tarixli, 12111 nömrəli alqı-satqı müqaviləsi bağlamışdır. Auksionun yekun protokolundan müəyyən olunur ki, özəlləşdirməyə çıxarılmış "Göy-Göl" icarə müəssisəsinin start qiyməti 49.548.000 manat dəyərində müəyyən edilmiş, satış qiyməti isə 42.116.000 manat təşkil etmişdir. Protokolda əks olunur ki, İddiaçı obyekti göstərilən qiymətə alaraq hərracda qalıb elan olunmuşdur. Auksion protokolu əsasında bağlanmış xx.xx.1997-ci il tarixli, 12,11 nömrəli alqı-satqı müqaviləsinin 2.2.1-ci bəndindən müəyyən olunur ki, müəssisənin start qiymətinin 15%-i əmək kollektivi üzvlərinin sayına mütənasib özəlləşdirmə paylarına dəyişdirilmişdir. Müəssisənin 85 %, yəni 42.116.000 manat qiyməti hazirki vəziyyətdə satılmışdır. Həmin məbləğin 15%-i (7.432.200 manat) özəlləşdirmə çekləri vasitəsi ilə, qalan hissəsi - 34.684.000 manat iddiaçı tərəfindən nağd şəkildə ödənilmişdir. Alqı-satqı müqaviləsinin 2.2.1-ci bəndindən müəyyən olunur ki, satışa cıxarlmış müəssisənin start qiymətinin 15%, yəni 7.432.200 manat güzəştli şərtlərlə özlləşdirmə çekləri əsasında 7 nəfərdən ibarət əmək kollektivinə satılmışdır. Həmin payın 1/7 hissəsi əmək kollektivinin üzvü kimi iddiaçı tərəfimdən çek vasitəsi ilə ödənilmişdir. Alqı-satqı müqaviləsiin 2.2.1-ci bəndinə əsasən müəssisənin auksion qiymətinin dəyərinin 30% yəni 12.634.800 nanat hissəsi əmək kollektivinə güzəşt edilmişdir. Hamin məbləğin 15 %-i, yəni 7,432.200 manatı əmək kollektivinin güzəştli şərtlərlə özəlləşdirmə çekləri əsasında satılmış hissəsidir, digər 15 faizi isə əvəzisiz olaraq bağışlanmişdir. Müəssisənin qalan dəyəri 34.684.000 manat iddiaçı tərəfindən şəxsi vəsaitim hesabına nəğd şəkildə ödənilmişdir. Həmçinin qeyd olunur ki, 18 iyul 2003- cü il tarixdə Gəncə şəhəri 2 saylı Dövlat Notariat Kontorunda bağlanmış 18 iyul 2003- cü il tarixli, 4Ə-2-294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən müəssisənin özəlləşdirilməsində güzəştli şərtlərlə iştirak etmiş əmək kollektivinin 6 nəfər üzvləri özlərinin pay hüquqlarını iddiaçıya satmışlar, yalnız X6 özəl pay hüququnu, yəni çek haqqıni öz adında saxlamış və bu fakt müqavilədə əks olunmuşdur. Göründüyü kimi, üçüncü şəxsin özəlləşdirilmiş müəssisədə olan pay haqqı müəssisənin ümumi dəyərinin 30%-nin 1/7 hissəsi, müəssisənin ümumi dəyərinin 4.28%-ni təşkil etmişdir. Satışa çıxarılmış "Göygöl" icarə müəssisəsinin dəyəri-34.649.000 manat iddiaçı tərəfindən tam ödənildikdən sonra müəssisə girovdan çıxarılmışdir və Azərbaycan Respublikasi İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakinin İdarə olunmasi və Özəlləşdirilməsi Departamenti tərəfindən iddiaçının və X2 adına mülkiyyət hüququ haqqında xx.xx.2005-ci il tarixli, 006230 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Lakin şəhadətnamələrdə ümumi mülkiyyətçilərin pay hissələri göstərilməmişdir. Halbuki, auksion protokolundan, alqı-satqı müqaviləsindən, ödəniş və özəlləşdirməyə aid digər sənədlərdən müəyyən olunur ki, müəssisənin əldə edilməsinə iddiaçı tərəfindən 34.649.000 manat məbləğdə şəxsi vəsait qoyulmuşdur, bu isə müəssisənin satış qiymətinin 85%-ni təşkil etmişdir. Əmək kollektivinə güzəşt edilmiş müəssisənin qalan 30%-nin (12.634.800 manat hissəsi) 6/7 hissəsi də iddiaçıya məxsusdur. X2 mülkiyyətinə isə müəssisənin 30 %-nin 1/7 hissəsi keçmişdir bu isə əmlakın ümumi dəyərinin 4,28 %-ni təşkil edir. Digər tərəfdən ərizəyə əlavə edilən xx.xx.1995-ci il tarixli iddiaçı tərəfindən verilmiş əmrlə üçüncü şəxs X8 təmizləmə fabrikinin nəzərində olan 9 nömrəli təcili təmizləmə sexinə fəhlə qəbul edilmiş şəxsin şəhadətnamə qeyd edilən qaydada iddiaçı ilə bərabər paya mülkiyyətçi olması inandırıcı deyil və bu hal da iddiaçının mülkiyyət hüququmu məhdudlaşdıran haldır. Lakin buna baxmayaraq cavabdeh orqan əmlak üzərində rekonsturuksiya işlərinin aparılması və əmlak üzərində mübahisə olmasını bahənə gətirərək müraciətini təmin etməmişdir. Odur ki, hazirki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, cavabdeh orqan tərəfindən əsassız olaraq imtina edilmişdir.
27. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8487/2024 nömrəli məktubunda bildirmişdir ki, ünvan 9 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə keçirilmiş xx.xx.2024-cü il tarixli müayinə baxışı zamanı "A" literinin 2-ci mərtəbəsinin sonradan inşa edildiyi, "B" literi inzibati binasının və "D" literi çayçı tikilisinin söküldüyü və "D" literinin yerində qaraj inşa edildiyi müəyyən olunmuşdur. "V" liter qazanxanasının 21.6 m2 dəhliz otağının üstünün açıq olduğu, "Q" liter çörək sexində əsaslı rekonsturksiya işlərinin aparılması nəticəsində sahələr və daşınmaz əmlakın təyinatı dəyişmişdir. Belə ki, daşınmaz əmlak əvvəllər ticarət sahəsi olub, hazırda bir hissəsi ofis kimi fəaliyyət göstərir. "A" liter daxilində (1-ci mərtəbədə) otaqların arakəsmələri sökülərək, yeni arakəsmələr inşa edilmiş, həmçinin əlavə qapı və pəncərə açılmışdır. Qonşu əmlakın sahibi ilə mübahisə olduğu üçün (hal-hazırda qonşunun istifadəsindədir) "A" zirzəmisini ölçmək mümkün olmamış, həmçinin sonradan inşa edilmiş sanitar qovşaq və qaraj tikililərinin qapıları bağlı olduğu üçün həmin sahələrdə ölçmə işlərinin aparılması mümkün olmamışdır. Aparılan araşdırma zamanı 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən iddia edilən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. İddia edilən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir.
28. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8479/2024 nömrəli etirazında yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-8487/2024 nömrəli məktubunda göstərilən halları təkrarlamış və iddianın təmin olunmamasını xahiş etmişdir.
29. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir.
30. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3554/2024 nömrəli qərardadı ilə iş üzrə X6, X7 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
31. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər.
32. Cavabdehin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).
33. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1139/2025 nömrəli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2567 nömrəli ekspert rəyinə əsasən ünvan 11 ünvanında yerləşən əmlak kompleksinin 6/7 hissəsinə dair texniki pasport mülki iş materiallarında olmadığından qərardadın bu sualının birinci hissəsi üzrə tədqiqat aparılmadı. Lakin ünvan 12 ünvanında yerləşən əmlak kompleksinə dair tərtib edilmiş (ümümi sahə üzrə) texniki pasportun məlumatları ilə müqayisə aparıldığı zamanı, A literli qeyri-yaşayış sahəsinin bir hissəsi 1/7 paya düşən sahə ayrılmış, A literli tikilinin üzərində (ikinci mərtəbə səviyyəsində) və bitişik şəkildə inşa olunmuş əlavə tikililərin yerləşdiyi və texniki pasportun məlumatlarında B literli kimi göstərilən tikilinin faktiki olarag mövcud olmadığı (sökülüb) müəyyən edilmişdir. ünvan 11 ünvanında yerləşən əmlak kompleksinin A literli tikilinin üzərində (ikinci mərtəbə səviyyəsində) 64,9m2 (9,35x5,8+1,85x5,80) və bitişik şəkildə inşa olunmuş 168,1m2 (6,55x13,0+6,50x12,80 əlavə tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№- li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaşı Qaydalarının» 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir.
Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Gəncə şəhəri, N.Nərimanov küçəsi, 1-ci döngə 4 ünvanında yerləşən qeyri-yaşayış müəssisəsinin 6/7 hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına nail olmaqdır. İşin faktiki hallarından görünür ki, Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən ünvan 3nda yerləşən “Göy-göl” icarə müəssisəsi üzərində iddiaçı və X2 xüsusi mülkiyyət hüququna dair xx.xx.2005-ci il tarixli, 006230 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Sonradan İddiaçı ilə X6 arasında məhkəmə mübahisələri olmuş, yekun olaraq həmin ünvanda yerləşən əmlak kompleksin 1/7 hissəsi üzərində X2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçının tələb etdiyi 6/7 hissə üzərində iddiaçının özü tərəfindən rekonstruksiya işləri aparılaraq əlavə tikililər inşa edilmiş, bəzi tikililər sökülmüşdür. İş üzrə verilən ekspert rəyinə əsasən həmin tikililər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160№- li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaşı Qaydalarının» 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin : 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikintiquraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Göründüyü kimi iddia olunan qeyri-yaşayış binalarının hazırkı vəziyyəti sonuncu qeydiyyatına münasibətdə dəyişmiş, lakin bu dəyişikliyə dair hər hansı layihə, tikintiyə icazə mövcud deyildir.Halbuki,qanunvericiliyin tələbinə əsasən həmin dəyişikliklərin aparılması üçün müvafiq icra hakimiyyətinin icazəsi tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; İşin hallarından müəyyən olunur ki, iddiaçının qeyd etdiyi əmlak kompleksi həmin əmlaka dair təqdim edilmiş texniki sənədlə müqayisədə çox dəyişikliyə uğramış, rekonstruksiya işləri aparılmış və əlavə tikililər tikilmiş, əvvəllər mövcud olmuş tikililər sökülmüşdür. Göründüyü kimi qeyri-yaşayış sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı tərəfindən, yenidən qurma (rekonstruksiya) işləri ilə əlaqədar müvafiq hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Odur ki, cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuş, iddiaçının hüquqları pozulmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia rədd olunmalıdır. Hazırkı halda iddiaçının tələbi təmin olunmadığından iş üzrə aparılmış tədqiqatın dəyərinin ödənilməsi ilə bağlı məsələ İPM-in 110.3-cü maddəsinə uyğun həll edilməli və iş üzrə aparılmış ekspertiza xərci iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış müəssisəsinin 6/7 hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE ********************, X1, VÖEN********** müxbir hesab AZ41NABZ013602000**********4; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Zəfər Quliyev