Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-114/2020 20.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 (bundan sonra DƏDRX-nin 3 saylı X27) qarşı (üçüncü şəxs Gəncə rayon Mənzil İstismar hissəsi və X5) mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X17rşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 16 ünvanda yerləşən 3 otaqlı yaşayış sahəsinin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvan 1 mənzil 16 ünvanda yerləşən 3 otaqlı yaşayış sahəsi Azərbaycan SSR Müdafiə Nazirliyi tərəfindən daimi istifadə hüququ ilə 258 saylı orderlə xx.xx.1985-ci il tarixdə ona verilmişdir. Həmin vaxt iddiaçı Müdafiə Nazirliyinin hərbi hissəsində mülki işdə işləmiş və həmin işdən də təqaüdə çıxmışdır. Hazırda həmin mənzildə iddiaçının ailə üzvləri də yaşayır və onlar mənzilin onun adına özəlləşməsinə razıdırlar. İddiaçı həmin mənzilin öz adına özəlləşdirilməsi barədə DƏDRX-nin 3 saylı X24 müraciət etsə də ona imtina cavabı verilmişdir. İddiaçı məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. İddiaçının nümayəndəsi X14 məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, anası Nüşabə Bağırova 2018-ci ildə rəhmətə getmiş, bacısı Səbahət ərə gedərək öz ailəsi ilə başqa ünvanda yaşayır, hazırda həmin evdə iddiaçı (atası), o və onun ailəsi yaşayır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanda yerləşən 16 saylı mənzilin Müdafiə Nazirliyinə məxsus xidməti mənzil olduğu müəyyən edilmiş, bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır. Üçüncü şəxs Gəncə rayon Mənzil İstismar hissəsinin nümayəndəsi X18 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki,ünvan 3 ünvanda yerləşən 16 saylı mənzil qapalı hərbi şəhərciyin evlərinə aid olduğu üçün həmin mənzilin özəlləşdirilməsinə yol verilmir. Üçüncü şəxs X5 məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, hazırda həmin mənzildə yaşamır, ailəsi ilə başqa ünvanda yaşayır və sözügedən mənzilin atasının adına özəlləşməsinə etiraz etmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan SSR Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1985-cü il tarixli, 258 nömrəli orderin surətindən görünür ki, ünvan 1 mənzil 16 ünvanda yerləşən 3 otaqlı yaşayış sahəsi İddiaçı və onun ailə üzvlərinin (arvadı X8, oğlu X6 və qızı X2) istifadəsinə verilmişdir. -Gəncə rayon Mənzil İstismar hissəsinin xx.xx.2019-cu il tarixli, 833 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmədiyi və mənzillərin özəlləşdirilməsi üçün hər hansı sənədləşmənin aparılmasının Mənzil İstismar hissəsinin səlahiyyətində olmadığı bildirilmişdir. -“Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli arayışın surətindən görünür ki, X15, X9, İddiaçı və X1 şəhəri, Hərbi şəhərcik-83, ev 400, mənzil 16 ünvanda qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixli, AZ-İİ 073463 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabının 2018-ci ilin mart ayının 15-ci günündə 569 nömrə ilə qeyd edilmişdir. -xx.xx.1975-ci il tarixli, İİİ-ЖГ 334661 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Bağırova (Məmmədova) Səbahət Səbuhi qızı xx.xx.1975-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabının 1975-ci ilin yanvar ayının 21-ci günündə 242 nömrə ilə qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X7 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən mənzil xx.xx.1985-cü il tarixli, 258 nömrəli orderəsasında İddiaçı və onun ailə üzvləri: arvadı X12, oğlu X11 və qızı X4 verilmişdir. Qeyd olunan şəxslərdən X19 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, Bağırova (Məmmədova) Səbahət Səbuhi qızı isə məhkəmə iclasında sözügedən mənzilin atasının adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28-ci maddəsinin tələblərinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bu Məcəllədə və digər qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət və ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (qanunvericiliklə başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 48-ci maddəsinin tələblərinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Qeyd olunan Məcəllənin 51-ci maddəsinin tələblərinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələblərinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqınnda” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. ünvan 1 mənzil 16 ünvanda yerləşən mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-114/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-114/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver