Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1141/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N974-cü ildə anadan olmuş, xx.xx.N992-ci il tarixdən xx.xx.2002-ci ilədək Azərbaycan Respublikası Sərhəd Qoşunları sırasında hərbi xidmətdə olmuşdur. Belə ki, o, xx.xx.N992-ci il tarixdən xx.xx.N993-cü il tarixədək Bakı Ali Birləşmiş Komandirlər Məktəbində hərbi təhsil almış, təhsil aldığı müddətdə AR BQR-nin əmrinə uygun olaraq Bakı Ali Birləşmiş Komandirlər Məktəbi rəisinin xx.xx.N993-cü il tarixli, 255 nömrəli əmri əsasında xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Gəncə şəhərində N nömrəli hərbi hissənin tərkibində ezamiyyətdə olmuş, ezamiyyətdə olduğu müddətdə, yəni xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə Qazax istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilədək N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. Bakı Ali Birləşmiş Komandirlər Məktəbi rəisinin xx.xx.N995-ci il tarixli, N7-N nömrəli əmri əsasında Bakı Ali Birləşmiş Komandirlər Məktəbində hərbi təhsilini bitirmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən, xx.xx.N995-ci il tarixdən məktəbin şəxsi heyət siyahısından, bütün növ təminatlarından çıxarılmış və xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N995-ci ilin yanvar ayından N998-ci ilin aprel ayınadək N nömrəli hərbi hissədə, xx.xx.N998-ci ildən xx.xx.2002-ci il tarixədək isə N nömrəli hərbi hissədə mühəndis-istehkam bölüyünün komandiri vəzifəsində xidmət etmiş, AR MN-nin xx.xx.2002-ci il tarixli, 0268 nömrəli əmri ilə Hərbi Xidmətkeçmə haqqında Əsasnaməənin “e” bəndinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata tərxis olunmuş və Tərtər RHK-da qeydiyyata götürülmüşdür. Barəmdə hərbi cinayətlə bağlı heç bir cinayət işi və ya təhqiqat materialı yoxdur. Qeyd olunanlara əsasən o, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə Qazax istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən müharibə veteranı sayılır. Lakin o, faktiki olaraq müharibə veteranı sayılsa da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də, o, qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Tərtər rayon Hərbi Komissarlığına, sonra isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, AR MN-nə etdiyi son müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran Adlarının və X2 üzrə Komissiyanın katibinin imzası ilə ona göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-N0067 nömrəli məktubla imtina cavabı verilmişdir. O, cavabdehin bu imtina məktubunu qanunsuz və əsassız hesab edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 25 iyun 2024-cü il tarixə təyin edilmişdir. İş üzrə tərəflərə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-25-4/2-N089/2024 nömrəli etirazda qeyd edilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayil, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş əxslərə döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 2/2-N0067 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 8674 nömrəli arayışına və təqdim olunan sənədlərə əsasən döyüş əməliyyatlarında iştirakı təsdiqlənmədiyi üçün N993-N994-cü illərdə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində barəsində heç bir məlumat olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. -iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ZE seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xx.xx.N992-ci il tarixdən xx.xx.2002-ci ilə qədər xidmət etmişdir. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə MN-in xx.xx.2002-ci il tarixli, 0268 nömrəli əmri ilə tərxis edilmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 642 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar N993-cü il tarixdən yanvar N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində, hərbi hissəninin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin yanvar-dekabr N993-cü il, yanvar N994-cü il tarixli şəxsi heyətə “Pul təminatının ödənilməsi” cədvəllərində İddiaçı xidməti, yaralanması, müalicəyə göndərilməsi və əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissənin “Yaralıların və müalicəyə göndərilənlərin qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən SHXÇDX-nin Tərtər rayon şöbəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli, 9/2-5082 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin noyabr-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit-gizirlərin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. -iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 4/2-8NN nömrəli arxiv arayışından görünür ki, N974-cü i təvəllüdlü İddiaçı Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.N992-ci il tarixli 96 nömrəli əmrilə (əsas: N, səh-22N, sıra-40) N-ci kursun Ümumqoşun fakultəsinin mühəndis-istehkam tağımında şəxsi heyətin siyahısına və bütün növ təminatlara salınmışdır. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.N993-cü il tarixli 255 nömrəli əmrində (əsas: 8-2, səh-226, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası üə yazılmışdır) Ümumqoşun fakultəsinin N-ci tağımının 2-ci kursunun kursantı İddiaçı Gəncə şəhərinə göndərilməsi barədə məlumat vardır. Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi rəisinin xx.xx.N9985-cı il tarixli N7 nömrəli əmrində (əsas: N, səh-53) məktəbi N995-ci ildə bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən, xx.xx.N995-ci il tarixdən məktəbin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilən şəxsi heyətin siyahısında kursant İddiaçı adı qeyd olunmuşdur. 707 Na-li hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən "xxxx" MMC-nin direktoruna göndərilmiş xx.xx.2022-ci il tarixli, 4/2-8674 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin zabit heyətinin əlifba qeydiyyatı kitabında (əsas: xx.xx.N999 - xx.xx.2003, səh-6, sıra-2) baş leytenant İddiaçı hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması və N56-cı maddənin “E” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunduğundan komandirin xx.xx.2002-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli N nömrəli əmrində baş leytenant İddiaçı ehtiyata tərxis olunması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N998-ci il tarixli müvafiq əmrinə əsasən, N nömrəli hərbi hissənin Mühəndis-İstehkam bölüyünün komandiri vəzifəsinə təyin olunmuş, N nömrəli hərbi hissədən gəlmiş, leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N998-ci il tarixli N nömrəli əmrilə (əsas: 2, səh-73) xx.xx.N998-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınmış, bütün növ təminatlara qoyulmuş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin dekabr N993-cü il, yanvar N994-cü il, N No-li hərbi hissə komandirinin yanvar, dekabr N994-cü il tarixli nizami hissə üzrə Əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 642 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Lakin, N nömrəli hərbi hissə komandirinin yanvar N993-cü il tarixdən yanvar N994-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində, hərbi hissəninin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin yanvar-dekabr N993-cü il, yanvar N994-cü il tarixli şəxsi heyətə “Pul təminatının ödənilməsi” cədvəllərində İddiaçı xidməti, yaralanması, müalicəyə göndərilməsi və əmək haqqı alması barədə məlumat aşkar olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun döyüş əməliyyatlarında iştirakının təsdiqlənməməsi və N993-N994-cü illərdə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlərində barəsində heç bir məlumatın olmamasıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin 8- ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın. Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq, etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda) əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. İddiaçının təqdim etdiyi hərbi biletdə onun yalnız xx.xx.N992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etməsi qeyd edilmiş, döyüşlərdə iştirak etməsi faktı isə hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı ilə öz təsdiqini tapmamışdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun N8-ci maddəsinin N-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Göründüyü kimi, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada tərxis olmanı ehtiva edir ki, hazırkı iş materiallarında iddiaçının döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissədə hərbi xidməti, yaralanması və hərbi hissədən qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla tərxis olunmasını təsdiq edən hər hansı mötəbər sübut olmadığından inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68- 69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1141/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1141/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver