Məhkəmə qərarları › İş №2-1(114)-1142/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1142/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1142/2020 10.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Çilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Fizuli qəsəbəsində ona ayrılmış 1 ha torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binaları üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Şəmkir rayonu Fizuli qəsəbəsində un və yem istehsalı üçün dəyirman quraşdırmağa görə 1 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarış verilmiş, eləcə də torpaq sahəsi üzərində qeyri-yaşayış binaları inşa olunmuşdur. İddiaçı qeyd olunan torpaq sahəsində yerləşən qeyri-yaşayış binaları üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X8 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4rşı Şəmkir rayonu Fizuli qəsəbəsində yerləşən 1 ha torpaq sahəsi üzərində yerləşən 3713,9 kv.m qeyri-yaşayış binaları üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdərirlməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 1 ha torpaq sahəsində yüngül konstruksiyalı materiallardan anbar və dəyirman inşa edilmişdir, onlar bitişikdir və ümumi sahəsi 3713,9 kv.m təşkil edir. Buğda anbarının 250 kv.m hissəsi onun mülkiyyətində olan digər 0.1788 ha torpaq sahəsinin üzərinə düşür. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən qeyri-yaşayış binası kənd təsərrüfatı təyinatlı (1 ha çoxillik əkmə) torpaq sahəsi üzərində inşa edilmişdir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrində əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Həmçinin buğda anbarının 250 kv.m hissəsi həqiqətən iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışla müəyyən edilmiş sahəyə düşür. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. -********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən 0.1788 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır. -Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 16 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı müvafiq çıxarışa əsasən Bakı-Qazax avtomobil yolundan Şəmkir stansiyasına gedən avtomobil yolunun sol tərəfində, mövcud ticarət binasının şimal hissəsində yerləşən 1 ha torpaq sahəsində təqdim olunmuş layihə əsasında istehsal gücü 10 min tonluq buğda saxlama anbarı və 200 tonluq un fabrikinin quraşdırılmasına icazə verilmişdir. -DƏDRX-nin 11 saylı X6 xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/1539 nömrəli ekspert rəyindən görünür ki, Şəmkir rayonu Fizuli qəsəbəsində yerləşən qeyri-yaşayış binaları (buğda saxlama anbarı və un fabriki) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması” Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə əsasən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edildiyi müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 11/M-177 nömrəli mütəxəssis rəyinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Şəmkir rayonu Füzuli qəsəbəsində inşa edilmiş qeyri-yaşayış binaları (buğda saxlama anbarının 1322 kv.m hissəsindən 1071 kv.m hissəsi, un fabriki bütövlükdə) onun adına verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunmuş 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində inşa edildiyi, buğda saxlama anbarının 250 kv.m torpaq sahəsinin isə çıxarışda qeyd olunan 1.0 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Beləki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən 1 ha və 0.1788 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri İddiaçı adına qeydiyyata alınmış və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018ci il tarixli 16 nömrəli sərəncamı ilə həmin torpaq sahəsində təqdim olunmuş layihə əsasında istehsal gücü 10 min tonluq buğda saxlama anbarı və 200 tonluq un fabrikinin quraşdırılmasına icazə verilmişdir. İddiaçı həmin torpaq sahəsində qeyri-yaşayış binaları (buğda saxlama anbarı və un fabriki) inşa etmişdir və hazırki tələblə həmin əmlak üzərində olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Cavabdeh orqan isə qeyri-yaşayış binasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edildiyini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd edilməlidir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən şəxs ona məxsus torpaq sahəsində müvafiq binalar və qurğular ucalda bilər və həmin tikililər üzərində mülkiyyət hüququnun tanınması üçün müəyyən olunmuş yeganə şərt tikililərin yerləşdiyi torpaq sahəsinin həmin şəxsin mülkiyyətində olmasıdır. Qeyd olunan hal isə iş materiallarına əlavə olunmuş müvafiq çıxarışlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsini:- -13.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. -58.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. -80-ci maddəsinə əsasən torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək torpaq mülkiyyətçilərinin hüquqlarıdır. Həmçinin qeyd edilməlidir ki, iş üzrə verilmiş mütəxəssis rəyi və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Şəmkir rayonu Füzuli qəsəbəsində inşa edilmiş buğda saxlama anbarının 1322 kv.m hissəsindən 1071 kv.m hissəsi və un fabriki bütövlükdə ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunmuş 1.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində, buğda saxlama anbarının 250 kv.m hissəsi isə ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunmuş 0.1788 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir. Bundan başqa iş üzrə verilmiş müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən tikililər şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun inşa edilmişdir. Göründüyü kimi iddiaçı ona məxsus torpaq sahəsində buğda saxlama anbarı və un fabrikini qanunvericiliyinin tələblərinə uyğun inşa etmişdir və müvafiq olaraq həmin tikililərdən təyinatı üzrə istifadə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Odur ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş 3713,9 kv.m qeyri-yaşayış binaları (buğda saxlama anbarı və un fabriki) üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərclərinin 09/14/117 nömrəli smetasından görünür ki, iş üzrə mübahisəli torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 664,86 (altı yüz altmış dörd manat səksən altı qəpik) manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mütəxəssis rəyinin verilməsi ilə bağlı 664,86 (altı yüz altmış dörd manat səksən altı qəpik) manat və ekspert rəyinin verilməsi ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci cavabdeh orqandan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş 3713,9 kv.m qeyriyaşayış binaları (buğda saxlama anbarı və un fabriki) üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6 üzərinə qoyulsun. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba, mütəxəssis rəyinin verilməsi ilə bağlı 664,86 (altı yüz altmış dörd manat səksən altı qəpik) manat alınaraq Kadastr və X2 Mərkəzi MMC-nin VÖEN **********, AZ23AİİB********************, Kod:200071 VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2X saylı hesabına ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar