Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1143/2020 22.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı hüquqi varisi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanda yerləşən 1937-ci il tarixli torpaq qeydi ilə mərhum atası X3 məxsus 2238,00 kv.m torpaq sahəsini 1638.00 kv.m hissəsi üzərində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı “X1 adına 1638.00 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı ünvanda yerləşən mülkün torpaq sahəsi arxivdə olan torpaq qeydinə əsasən iddiaçının mərhum atası X3 məxsus olmuş, həmin torpaq sahəsinin 0.06 ha hissəsi dair iddiaçıya və atasının digər övladlarının mülkiyyətinə verilmişdir. Torpaq qeydində iddiaçının atasına 2238.0 kv.m torpaq sahəsi müddətsiz verilmişdir. Buna baxmayaraq torpaq sahəsinin 0.06 ha hissəsinə çıxarış verilmişdir. İddiaçı mərhum atasına məxsus 2238.0 kv.m torpaq sahəsinin 1638.0 kv.m hissəsinə çıxarış verilməsi məqsədilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X12 müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə vəfat etdiyindən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat İddiaçı hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmış, eləcə də məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bundan başqa məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı iləX8 İddiaçı hüquq varisi kimi tanınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəmə hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, o, torpaq qeydini cavabdehə təqdim etmişdir, hazırda 2238.0 kv.m torpaq sahəsi onun istifadəsindədir. İddiaçının hüquqi varisi X8 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən ünvan 1 saylı ünvanda yerləşən 1638.0 kv.m torpaq sahəsinin X1 adına qeydə alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər ərazi idarəsinə təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -1937-ci il tarixli, 9615 nömrəli torpaq haqqında qeydin surətindən görünür ki,X3 2238.0 kv.m torpaq sahəsi müddətsiz verilmişdir. -xx.xx.1993-cü il tarixli, 740 nömrəli arayışın surətindən görünür ki,X5 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. -********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi müvafiq paylarla İddiaçı və digərlərinin adına qeydiyyata alınmışdır. -DƏDRX-nin 3 saylı X11 xx.xx.2020-ci il tarixli, **********55 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 1937-ci il tarixli, 9615 nömrəli torpaq haqqında qeydə əsasən X3 2238.0 kv.m torpaq sahəsi müddətsiz verilmiş, həmin torpaq sahəsinin 0.06 ha hissəsinə dair çıxarış verilsə də, 1638.0 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli xx xxxxxx 2015 ci il tarixli Fərmanının 1-ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilir. Göründüyü kimi qanunvericiliklə torpaq qeydləridaşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi müəyyən edilmişdir. İş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə imtina aktı qəbul edərkən sözügedən torpaq sahəsinin iddiaçının adına qeydə alınması ilə bağlı hüquqmüəyənedici sənədlərin verilməməsini əsas gətirsə də mövcud normativ hüquqi aktlar əsasında iddiaçıya müvafiq mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi üçün əsasların olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 1937-ci il tarixli, 9615 nömrəli torpaq qeydi ilə müəyyən edilmiş 2238,0 kv.m torpaq sahəsinin 1638.0 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 1937-ci il tarixli, 9615 nömrəli torpaq qeydi ilə müəyyən edilmiş 2238,0 kv.m torpaq sahəsinin 1638.0 kv.m hissəsinin daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1143/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1143/2020
22.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver