Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1143/2025 29.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletdə onun xx.xx.N93-cü ildən xidmətə başlaması qeyd olunmuşdur. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-ci il tarixli, 3-25-2/2-M-7672/2024 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2024-ci il tarixli iclasda baxılmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 21,04.2022-ci il tarixli 4/2-2520 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi hissədə fərarilik halları olduğuna və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivnin məktubuna əsasən N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 57 №-li əmrində (əsas: əmr: yoxlama; səh.-21) müdafiə mövqeyində tapşırıqları yerinə yetirən Gəncə taburunun şəxsi heyətinin siyahısında sıravi İddiaçı Zülfiqar oğlunun adı qeyd olunmuşdur. Hərbi hissəni silahla özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 39 №-li əmrilə (əsas: səh.-17, §1; qeyd: əmrdə atasının adı “Zülfüqar” yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilməklə haqqında cinayət işi qaldırılmışdır. Tuşlayıcı-operator, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 46 №-ıi əmrilə (əsas: səh.-34, §2; qeyd: əmrdə atasının adı “Zülfüqar” yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün Kəpəz taburundan 2 MAT-a keçirilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə sıravi X3 N №li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 55 №-li əmrilə (əsas: səh.-9, §1; qeyd: əmrdə adı “İldar” yazılmışdır) bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilməklə haqqında cinayət işi qaldırılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Zülfiqar oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N62-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur, hal-hazırda ünvan 1 ünvanda yaşayır. O, N93-cü ilin oktyabr ayında həmin vaxtı N saylı hərbi hissəyə tabe olan “Kəpəz batalyonu”nun tərkibində könüllü kimi xidmətə başlamışdır. Onları könüllü kimi qəbul etdikdə komissarlıqdan bildirmişlər ki, onları toplanışla bağlı 3 ay müddətinə çağırmışlar, hər biri iş yerindən (Gəncə 2 nömrəli şərab zavodu) əmək haqqı alcaqlar. Həmin vaxtı o, Gəncə Şərab-2-də vaqon bələdçisi işləyirmiş,bir ay Gəncədə təlim keçdikdən sonra, Ağdərə rayonunun Marquşavan kəndinə köçürülmüşdür. Marquşavanda da bir ay təlim keçdikdən sonra N93-cü ilin noyabr ayında onları döyüş bölgəsinə Madagizə (hazırkı Suqovuşan) apardılar. O, düyüş yoldaşlarıyla birlikdə Ağdərə rayonunun Madagiz kəndi və Tərtər rayonunun Çaylı kəndi uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. Həmin vaxtı onları Çaylıda olanda batalyonu iki hissəyə ayırdılar, onlar Babəkidə qalmışlar, bir hissəsi isə Kəpəz batalyonu kimi Levanarxa göndərildilər. Madagizin geri alınmasında o, şəxsən iştirak etmişdir. Madagiz alındıqdan sonra, onlara məlumat olmuşdur ki, iş yerlərindən əmək haqqılarıı ailələrinə çatdırmırmayıblar. Komandanlıq isə onlara əmək haqlarının iş yerlərindən onlara və ailələrinə ödənilməsinin səlahiyyətləri xaricində olması bildirilmişdir. Tuşlayıcı-operator kimi o, N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 46 nömrəli əmrilə hərbi xidmətini davam etdirmək üçün Kəpəz taburundan 2 MAT-a keçirilmişdir. N94-cü ilin mart ayında onlara guya hərbi hissəni özbaşına tərk etdiyinə görə barələrində araşdırma başlanıldı. Buna baxmayaraq o, xidmətini 26 sentyabr N94-cü il tarixə kimi Kəpəz batalyonunda davam etdirmişdir. Onların fərari olmadıqlarınıı araşdırdıqdan sonra Ali Baş Komanan Ümummilli Liderimiz Heydər Əliyevin Fərmanı ilə onları sonralar əfv etmişlər. Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2024-cü il tarixli 3-25-4/2-5121/2024 saylı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyatabuaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-2520 nömrəli məktubundan görünür ki, hərbi hissəni silahla özbaşına tərk etdiyinə görə sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilməklə haqqında cinayət işi qaldırılmışdır. Həmçinin yuxarıda sözügedən məktubda, hərbi hissəni özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar edilməklə haqqında cinayət işi başlanıldığı qeyd edilmişdir. Habelə, həmin məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin sentyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı döyüş əməliyyatları zamanı silahla və silahsız hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində cinayət işi qaldırılmış və iddiaçının xx.xx.N94-cü il tarixdən sonrakı hərbi xidməti, qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş N saylı hərbi hissənin xx.xx.N93-cü il tarixli 57 nömrəli əmrinə əsasən aşağıda adları göstərilən şəxsi heyyət müdafiə mövqeyində tapşırıqları yerinə yetrir.(İddiaçı Zülfiqar oğlu) Məhkəmənin sorğusu əsasında əldə edilmiş N saylı hərbi hissənin xx.xx.N94-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissəni özbaşına silahla və silahsız tərk etdiklərinə görə bütün növ təminatlardan çıxarılsınlar,ştatdan kənar edilsinlər,haqlarında cinayət işi qaldırılsın.(1-ci motoatıcı tabor, silahla İddiaçı Zülfiqar oğlu) Məhkəmənin sorğusu əsasında əldə edilmiş N saylı hərbi hissənin xx.xx.N94-cü il tarixli 46 nömrəli əmrinə əsasən hərbi xidməti davam etdirmək üçün keçirilsinlər.(İddiaçı Zülfiqar oğlu) Məhkəmənin sorğusu əsasında əldə edilmiş N saylı hərbi hissənin xx.xx.N94-cü il tarixli N nömrəli əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiklərinə görə bütün növ təminatlardan çıxarılsınlar,ştatdan kənar edilsinlər,haqlarında cinayət işi qaldırılsın.(2-ci motoatıcı tabor, İddiaçı Zülfiqar oğlu) İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Belə ki, iddiaçının xidməti barədə hərbi biletində qeydin olması ona müharibə veteranı adı verilməsi üçün yetərli əsas sayıla bilməz. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1143/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1143/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver