Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1144/2020 06.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (üçüncü şəxslər Gəncə şəhər İcra hakimiyyətinə və Gəncə rayon Mənzil İstismar Hissəsinə) qarşı mənzilin özəlləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X8 (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, mənzil 18-in adına özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, mənzil 18 (2 otaqdan ibarət, sahəsi 31.8 kv.m olan) mənzil hərbi xidmətdə olduğu dövürdə ailə üzvləri nəzərə alınaraq xx.xx.1992-ci il tarixdə 297 nömrəli orderlə Gəncə rayon Mənzil İstisimar Hissəsi tərəfindən onun adına verilmiş və 28 ildir ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. O, ikinci qrup Qarabağ Müharibəsi əlilidir. Hazırda həmin mənzili ailə üzvlərinin razılığı ilə öz adına özəlləşdirmək istəyir. Ona görədə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubu ilə mənzilin onun adına özəlləşdirilməsindən həmin mənzil Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3426 nömrəli Sərəncamı ilə xx.xx.1992-ci il tarixli 297 nömrəli orderlə iddiaçının və ailəsinin istifadəsinə xidməti mənzil kimi verildiyi üçün imtina etmişdir. İmtinanın səbəblərini əsassız saydığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, ünvan 1, mənzil 18 dair iddiaçının adına verilmiş xx.xx.1992-ci il tarixli 297 nömrəli orderdə xidməti 10% KEÇ sözlərinin yazıldığı müəyyən edildiyi üçün əlavə araşdırma aparılması zərurəti yarandığından Gəncə şəhər İcra Hakimiyyətinə göndərilmiş sorğuya cavab olaraq, həmin mənzilin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3426 nömrəli Sərəncamı ilə xx.xx.1992-ci il tarixli 297 nömrəli orderlə iddiaçının və ailəsinin istifadəsinə xidməti mənzil kimi verildiyi qeyd edildiyindən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 18 nömrəli mənzilin 348 nömrəli şəxsi hesab vərəqəsi İddiaçı adına açılmış, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli sərəncamı əsasında 297 nömrəli order ilə 10 faizli mənzil kimi iddiaçının ailəsinin istifadəsinə verilmişdir. Orderdə «xidməti» ifadəsi göstərilsə də Gəncə şəhər İcra Hakimiyyətində həmin mənzilin xidməti mənzil kimi qeydiyyatı yoxdur. Ona görədə iddia tələbinə dair qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh və digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin və digər üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1992-ci il tarixli 297 nömrəli order, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 722/4 nömrəli Arxiv Arayışı, cavabdehin xx.xx.2020-ci il tarixli **********41 nömrəli məktubu, Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2020-ci il tarixli 03/614 nömrəli, xx.xx.2020-ci il tarixli 03/760 nömrəli məktubları və xx.xx.2020-ci il tarixli **********85 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi ünvan 2 ünvanında yerləşən 18 saylı mənzilin özəlləşdirilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 18 saylı mənzil Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 297 nömrəli orderi ilə xidməti mənzil kimi iddiaçının və dörd nəfərdən ibarət ailə üzvlərinin adına verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 722/4 nömrəli Arxiv Arayışından görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3426 nömrəli (hərbiçi İddiaçı xidməti 2 otaqlı mənzil verilməsi haqqında) sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayonu Mənzil İstismar Hissəsi rəhbərliyinin xx.xx.1992-ci il 571 nömrəli vəsatətini nəzərə alaraq, 10 faiz hesabına ayrılmış, D.Qorqud küç., 50-B №-li evdən, 2 otaqlı yaşayış sahəsi 31.8 kv.m olan 18 №-li xidməti mənzil hərbiçi İddiaçı verilmiş və ailə üzvləri ilə birlikdə adına order yazılması qeyd edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********41 nömrəli məktubunda iddiaçının adına verilmiş xx.xx.1992-ci il tarixli 297 nömrəli orderdə xidməti 10% KEÇ sözlərinin yazıldığı müəyyən edildiyi üçün əlavə araşdırma aparılması zərurəti yarandığından Gəncə şəhər İcra Hakimiyyətinə sorğu göndərildiyini, sorğuya cavab olaraq həmin mənzilin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 3426 nömrəli Sərəncamı ilə xx.xx.1992-ci il tarixli 297 nömrəli orderlə iddiaçının və ailəsinin istifadəsinə xidməti mənzil kimi verildiyi qeyd edildiyindən iddiaçının ərizəsinin icrasının cavabdeh tərəfindən mümkün olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna cavab olaraq, Gəncə şəhər İcra Hakimiyyəti başçısının aparatı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 03/614 nömrəli məktubda ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzilin ünvan 5da olmadığı, xx.xx.2020-ci il tarixli 03/760 nömrəli məktubda isə ünvan 2 ünvanında yerləşən 18 nömrəli mənzilin 348 nömrəli şəxsi hesab vərəqəsinin İddiaçı adına açıldığı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli Sərəncamı əsasında 297 nömrəli order ilə 10 faizli mənzil kimi onun (iddiaçının) ailəsinin istifadəsinə verildiyi, verilmiş orderdə «xidməti» ifadəsi göstərilsə də Gəncə şəhər İcra Hakimiyyətində həmin mənzilin xidməti mənzil kimi qeydiyyatının olmadığı göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Sovet Sosialist Respublikasının xx xxxx 1982-ci il tarixli 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən «Dövlət və ya ictimai mənzil fondu» evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcrayyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. «Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi Haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri 1 saylı Notariat ofisində təsdiqlənmiş, iddiaçının ailə üzvləri X6, X3 və X4 tərəfindən verilmiş ərizələrndən görünür ki, onlar hər biri ayrı-ayrılıqda ünvan 2, mənzil 18-in bütövlüklə iddiaçının adına özəlləşdirilməsinə razıdılar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 2.0.5-ci bəndində görə dövlət əmlakın, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək xidmətin əsas fəaliyyət istiqamətlərindəndir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notarial qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tululmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan, bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, ünvan 2, mənzil 18 ünvanda yerləşən (otaqların sayı 2 (iki), yaşayış sahəsi 31.8 kv.m olan) mənzilin iddiaçının adına özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2, mənzil 18 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsi və həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1144/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1144/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver