Məhkəmə qərarları › İş №2-1(114)-1144/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1144/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1144/2021 12.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.06.N992-ci ildən 03.08.N992-ci il tarixədək döyüş tapşırığını yerinə yetirən N nömrəli hərbi hissədə hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınaraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Hərbi Komissarlığının 23.06.N992-ci il tarixli N/448 nömrəli telefonoqramına əsasən, Şəmkir RHK-dan hərbi xidmətə çağırılaraq 24.06.N992-ci ildə Ağcabədi rayonu ərazisində yerləşən xüsusi təlim toplanışına, yəni N nömrəli hərbi hissəyə təhvil verilmiş, N nömrəli hərbi hissədə xidmətdə olarkən, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissədə N gün müddətində xidmət etdikdən sonra toplanışı başa vuraraq, 03.08.N992-ci ildə tərxis olunmuşdur. Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi hərbi biletində olan qeydlərlə, SHXÇDX-nin Şəmkir RŞ-nin 05.03.202N-ci il tarixli məktubu və məktuba əlavə edilmiş hərbi hissəyə təhvil verilmə barədə adlı siyahıdan çıxarışla öz təsdiqini tapmışdır. Həmçinin, Müdafiə Nazirliyinin MA-nin ona ünvanladığı 27.02.202N-ci il tarixli arayışında, hərbi xidmət müddəti başa çatdığı üçün N nömrəli hərbi hissə komandirinin 03.08.N992-ci il tarixli N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması öz təsdiqini tapmış, lakin N nömrəli hərbi hissənin iyun-iyul N992-ci il tarixdə hərbi hissəyə daxil olması müəyyən olunmamışdır. Lakin onun Azərbaycan Respublikası Hərbi Komissarlığının 23.06.N992-ci il tarixli N/448 nömrəli telefonoqramına əsasən, Şəmkir RHK-dan hərbi xidmətə çağırılaraq 24.06.N992-ci ildə Ağcabədi rayonu ərazisində yerləşən xüsusi təlim toplanışına, yəni N nömrəli hərbi hissəyə təhvil verilməsi, hərbi bileti, SHXÇDX-nin Şəmkir RŞ-nin 05.03.202N-ci il tarixli məktubu və məktuba əlavə edilmiş hərbi hissəyə təhvil verilmə barədə adlı siyahı ilə təsdiq olunmuşdur. Ona müharibə adının və vəsiqəsinin verilməsinə dair N5.03.202N-ci il tarixli müraciətinə və əlavə edilmiş sənədlərə, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasında baxılaraq 07.04.202N-ci il tarixli qərarla imtina edilmiş və bununla bağlı sənədlər N2.04.202N-ci il tarixli məktubla ona qaytarılmışdır. Həmin məktubda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin N992-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti haqqında məlumatlar olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Lakin o, komissiyanın 07.04.202N-ci il tarixli qərarı və N2.04.202N-ci il tarixli məktubu ilə razılaşmayaraq bildirmişdir ki, onun 24.06.N992-ci ildə hərbi hissəyə daxil olmasının rəsmiləşdirilməməsi həmin vaxt N nömrəli hərbi hissənin müvafiq şəxslərinin təqsirindən olmuş, bununla bağlı onun heç bir təqsiri olmamışdır. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının N2.04.202N-ci il tarixli məktubunda N nömrəli hərbi hissənin N992-ci il tarixli nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti haqqında məlumatların olmadığı göstərilsə də, Müdafiə Nazirliyinin MA-nin ona ünvanladığı 27.02.202N-ci il tarixli arayışında, hərbi xidmət müddəti başa çatdığı üçün N hərbi hissə komandirinin 03.08.N992-ci il tarixli N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması öz təsdiqini tapmışdır. Ona görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş, hərbiçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Müharibə veteranı adı verilir. N nömrəli hərbi hissə döyüş əməliyyatları aparan hərbi hissə hesab olunmadığı üçün İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 08.04.N98N-ci il tarixli НЗ seriyalı ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N2.0N.202N-ci il tarixli, 9/2-N3N nömrəli Arxiv Arayışı, Tərtər Hərbi Prokurorluğunun 22.02.202N-ci il tarixli 22HP970 nömrəli məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05.03.202N-ci il tarixli 702 nömrəli məktubu, 24.06.N992-ci il tarixli siyahı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin 09.06.202N-ci il tarixli NN/2820 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin N2.04.202N-ci il tarixli N/Y-9N2N nömrəli məktubu və cavabdehin 24.05.202N-ci il tarixli NN/248N nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus 08.04.N98N-ci il tarixli НЗ seriyalı ******* nömrəli hərbi biletdə onun hərbi xidmətdə olduğu zaman N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi göstərilsə də, lakin onun hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması barədə hərbi biletində heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlandığı N2.04.202N-ci il tarixli N/Y-9N2N nömrəli məktubunda göstərilir ki, sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 07.04.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin N2.0N.202N-ci il tarixli 9/2-N3N nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə N992-ci il tarixli komandirinin nizami hissə üzrə əmrlər kitabında hərbi xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Tərtər Hərbi Prokurorluğunun 22.02.202N-ci il tarixli 22HP970 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05.03.202N-ci il tarixli 702 nömrəli məktubundan görünür ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı 23.06.N992-ci il tarixli N8448 nömrəli telefonaqrama əsasən 24.06.N992-ci il tarixdə Ağcabədi rayonunda yerləşən hərbi hissəyə xüsusi təlim toplanışına göndərilməsi, 03.08.N992-ci il tarixdə hərbi xidmət müddəti başa çatdığına görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-na göndərilməsi və hərbi qeydiyyata alınması, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı «uçot kartası»nda N nömrəli hərbi hissənin tərkibində N (qırx) gün müddətində hərbi toplanışda olması, Ağdərə və Füzuli istiqamətində döyüş əməliyyatlarında iştirak etməsi barəsində məlumat vardır. İddiaçı hərbi hissəni özbaşına tərk etməsi barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin arxiv sənədlərində məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N2.0N.202N-ci il tarixli, 9/2-N3N nömrəli Arxiv Arayışında göstərilmişdir ki, həqiqi hərbi xidmət müddəti başa çatdığına görə, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.08.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə iddiaçıya aid ******* nömrəli hərbi biletdə onun N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsi və cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 24.05.202N-ci il tarixli NN/248N nömrəli etirazda N nömrəli hərbi hissənin döyüş əməliyyatları aparan hərbi hissə hesab olunmadığı barədə uyğunsuzluğa aydınlıq gətirilməsi üçün 27.05.202N-ci il tarixdə cavabdehə sorğu göndərmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən məhkəmənin 27.05.202N-ci il tarixli sorğusuna cavab olaraq 09.06.202N-ci il tarixli NN/2820 nömrəli məktubla bildirilmişdir ki, iddia tələbinin əhatə etdiyi dövrdə, yəni N992-ci ildə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8-ci il tarixli 422 nömrəli Qərarına əsasən hərbi biletdə olan məlumatların əsaslığı üçün şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmalıdır. Həmçinin cavabdehin həmin məktubuna əlavə olunmuş, 06.07.20N8-ci il tarixli N/H-6687 nömrəli məktubun kserosurətindən görünür ki, N nömrəli hərbi hissə 0N.N2.N993-N2.05.N994-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. İşin yuxarıda sadalanan hallarından göründüyü kimi, iddiaçıya məxsus 08.04.N98Nci il tarixli НЗ seriyalı ******* nömrəli hərbi biletdə onun hərbi xidmətdə olduğu zaman N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi göstərilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N2.0N.202N-ci il tarixli, 9/2- N3N nömrəli Arxiv Arayışından görünür ki, iddiaçı həqiqi hərbi xidmət müddəti başa çatdığına görə N nömrəli hərbi hissə komandirinin 03.08.N992-ci il tarixli N nömrəli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-na göndərilmiş, lakin N nömrəli hərbi hissə komandirinin iyun-iyul N992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsi tərəfindən verilmiş 09.06.202N-ci il tarixli NN/2820 nömrəli məktubdan görünür ki, iddia tələbinin əhatə etdiyi dövrdə, yəni N992-ci ildə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Məhkəmə yuxarıda sadalanan faktları tədqiq edərək hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8-ci il tarixli 422 nömrəli qərarına əsasən «Əsasnamə»nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və sair xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır. Göründüyü kimi, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, Əsasnamənin N-ci bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə aid olunduğundan iddiaçı yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi təmin oluna bilməz. İş materialları ilə iddiaçının həqiqətən N nömrəli hərbi hissədə xidmət keçməsi müəyyən olunsa da onun N nömrəli hərbi hissəni tərkibində döyüş əməliyyatlarında iştirak etməsi cavabdeh tərəfindən verilmiş arxiv arayışı və digər sənədlərlə öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı sübut olunmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti N05) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar