Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1144/2025 04.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasını əsassız hesab edərək, üzərinə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, səfərbərliklə əlaqədar xx.xx.N92-ci il tarixdə Goranboy rayon hərbi komisarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordusu sıralarına çağrılmış və xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin 2-ci taboruna təhvil verilmişdir. Həmin hərbi hissənin tərkibində Ağdərə və Goranboy rayonları uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, həmin batalyonda xx.xx.N92-ci il tarixdə xidmət edərkən başından yaralanmış və uzun müddət Hospitalda müalicə almışdır. Uzun müddət ona bununla bağlı təqaüd verilsə də sonradan dayandırılmışdır. Bundan sonra iddiaçı cavabdeh təşkilata müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etsə də, bundan imtina edilmişdir. İddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Belə ki, məhkəməyə təqdim etdiyi sənədlərdən, o cümlədən hərbi biletindən, arxiv arayışından və sair sənədlərdən sübuta yetirilir ki, o, xx.xx.N92-ci il tarixdə Goranboy rayon hərbi komisarlığı tərəfindən Azərbaycan Respublikası Milli Ordusu sıralarına çağrılmış və xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin 2-ci taboruna təhvil verilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-N(NN4)-NN44/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin tərkibində 2-ci taborda xidmət edərkən hərbi hissəni özbaşına tərk etmiş və 3 aydan artıq müddətə xidmət yerinə qayıtmamışdır. Qeyd edilən faktla bağlı Goranboy rayon hərbi komissarlığı tərəfindən toplanmış materiallar qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Tərtər hərbi prokurorluğuna göndərilmişdir. İddiaçı izahatında xidmət edərkən başından travma aldığı və müalicəyə göndərildiyi, müalicədən sonra xidmət yerinə qayıtmadığı və bu cinayət əməlindən peşiman olduğunu göstərmişdir. Tərtər hərbi prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılmış və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü bəndinə əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2005-ci i tarixli qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.N-ci maddəsinin tərkibi vardır, lakin İddiaçı himayəsində iki azyaşlı uşaq olmasını əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə alaraq, Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində əməlin və ya şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi əsası ilə barəsində toplanmış materiallar üzrə Cinayət Prosessual Məcəlləsinin 40.2.3-cü bənd (bəraətverici əsas olmadan) üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 2N6 sayı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin Qeyd hissəsində göstərilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi il bağlı qaydalar (meyarlar) Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Göründüyü kimi, istinad olunan normativ aktda birbaşa qeyd olunmuşdur ki, veteran adının və vəsiqəsinin verilməsinə əsas olan müddəalar (meyarlar) hərbi hissəni özbaşına tərk edən və ya barəsində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslərə şamil olunmur. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı hərbi hissəni özbaşına tərk etmiş, fakt təsdiq olunmuş və barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmişdir. Ona görə də, hazırki iş üzrə iddiaçının müharibə veteranı adın və vəsiqəsinin verilməsi ilə bağlı müraciətinin olunması qanunvericiliyin tələblərinə ziddir. Müharibə veteranı statusu və vəsiqəsinin verilməsi ilə bağlı müraciətlərə baxılarkən, şəxsin hərbi xidmət müddətinin sona çatması nəticəsində hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması və bunun zəruri sənədlərdə əks edilməsi (zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli qərarı ilə qeyd olunan normaya dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və arxiv arayışı da daxil edilmişdir) meyarına da baxılır. İşlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2-N5683 nömrəli arayışında göstərilmişdir ki, N92-ci ilin avqust ayından etibarən İddiaçı hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə, fakt barəsində hüquq-mühafizə orqanı tərəfindən araşdırma aparılaraq bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verildiyinə görə “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə əsasən, iddiaçının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə müraciətinin (hazırki halda iddia tələbinin) təmin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı məhkəməyə daxil olmuş etiraza əlavədə göstərilmişdir ki, iddiaçı sanki hazırda əlil olduğu təsəvvürünü formalaşdırmaq üçün elektron məhkəmə sisteminə müəyyən sənədlər əlavə etmişdir. Lakin cavabdeh tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli qərarla imtina edilmiş və “diaqnoz əlillik əlaməti təyin etmir” qeydiyyatı aparılmışdır. Qeyd edilən qərar hazırda qüvvədədir. Odur ki, göstərilənlər iddiaçının tələbinin bir daha əsassız olmasını təsdiq edir. İddiaçı hərbi hissəni özbaşına tərk etmiş, fakt barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılaraq bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilmiş və iddiaçının hazırda əlilliyi müəyyən edilməmişdir. Bu hal “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda istinad olunan normasına əsasən, iddiaçının “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlı tələbinin rədd olunması üçün birbaşa əsasdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları İddiaçı qeydiyyat kartasında onun xx.xx.N92-ci il tarixdən xx.xx.N94-cü ilədək Goranboy ərazisində özünümüdafiə batalyonunda hərbi xidmət keçdiyi qeyd edilmişdir. İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək Goranboy ərazisində özünümüdafiə batalyonunda xidmət etmiş, Goranboy və Ağdərə bölgələrində döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06 oktyabr N92-ci il tarixli, N659 nömrəli arayışından görünür ki, İddiaçı “Qapalı kəllə-beyin travması astenik simptomokomplekslə” diaqnozu “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Tərtər Hərbi Prokrorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubdan görünür ki, Goranboy rayon hərbi komissarlığı tərəfindən xx.xx.N92-ci il tarixdə səfərbərliklə əlaqədar olaraq müddətli həqiqi hərbi xidmətə çağrılaraq Goranboy rayon özünü müdafiə batalyonunda xidmətdə olarkən hərbi hissəni özbaşına tərk edib getməyi faktına əsasən toplanmış material üzrə onun barəsində Azərbaycan Respublikası CPMnin 40.2.3 maddəsinə əsasən cinayət işi başlanılması rədd edilmişdir. Tərtər Hərbi Prokrorluğunun xx.xx.2005-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.3 maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İddiaçı xx.xx.2006, xx.xx.20N0, xx.xx.20NN, xx.xx.20N2, xx.xx.20N4-cü il tarixlərdə N il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlaməti, hipertenzion sindromla və tez-tez olan krizləri ilə. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçı xx.xx.20N5-ci il tarixdən N il, xx.xx.20N6-cı il tarixdən 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlaməti. Hipertenzion sindromla və beyin krizləri ilə. Mərkəzi sinir sistemində kiçik üzvi zədələnmə. Nevrosteniya” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli arxiv arayışından görünür ki, o, N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N №-li əmri ilə (əsas § N, səh. N0) kiçik serjant rütbəsində sanitar təlimatçı vəzifəsində batalyona qəbul edilmişdir. N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin 3N avqust N92-ci il tarixli 8 №-li əmrində (əsas səh. 42) atıcı sıravi İddiaçı adı avqust ayı üçün əmək haqqı almış şəxsi heyətin siyahısında qeyd olunmuşdur. N (Goranboy ƏÖMB) №-li hərbi hissə komandirinin avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N7-ci il tarixli arxiv arayışından görünür ki, N57 №-li hərbi hissə komandirinin avqust N96-cı il tarixli əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış iyul 2024-cü il tarixli məktubdan görünür ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.20N6-cı il tarixli, 9/2- N5683 nömrəli arayışına əsasən avqust N92-ci il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli N №-li əmrilə (əsas: §-N, səh-N0, əmrdə hərbi rütbəsi “kiçik çavuş” yazılmışdır) kiçik çavuş İddiaçı tibb məntəqəsində sanitar-təlimatçı vəzifəsinə təyin olunmuşdur. Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 7 №-li əmrində (əsas: §- N, səh-36, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) N-ci tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin iyul ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 8 №-li əmrində (əsas: §- N, səh-42, əmrdə hərbi rütbəsi “sıravi” yazılmışdır) 3-cü tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin avqust ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-N(N02)-2580/2024 nömrəli Qərarı Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.N. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən N0 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli N №-li əmrilə kiçik çavuş İddiaçı tibb məntəqəsində sanitar-təlimatçı vəzifəsinə təyin olunmuş, Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 7 №-li əmrində N-ci tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin iyul ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuş, Goranboy rayonu ƏÖMB komandirinin xx.xx.N92-ci il tarixli 8 №-li əmrində 3-cü tağımın 2-ci manqasında atıcı vəzifəsində, sıravi İddiaçı N92-ci ilin avqust ayı üçün əmək haqqı ödənilməsi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy rayonu ƏÖMB komandirinin aprel-avqust N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində əlavə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 06 oktyabr N92-ci il tarixli, N659 nömrəli arayışından görünür ki, İddiaçı qoyulmuş “Qapalı kəllə-beyin travması astenik simptomokomplekslə” diaqnozu “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur. Tərtər Hərbi Prokrorluğunun xx.xx.2005-ci il tarixli qərarına əsasən, İddiaçı barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.3 maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. İddiaçı xx.xx.2006, xx.xx.20N0, xx.xx.20NN, xx.xx.20N2, xx.xx.20N4, xx.xx.20N5-ci il tarixlərdə N il müddətinə, xx.xx.20N6-cı il tarixində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ dərəcəli əlillik təyin edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.N92-ci il tarixdən xx.xx.N92-ci il tarixədək İ Qarabağ Müharibəsində iştirak etmiş, başından travma almış, travma ilə əlaqədar müalicə almış və hərbi hissəyə geri qayıtmamışdır. İddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis olunmamışdır. İddiaçının barəsində Tərtər Hərbi Prokrorluğunun xx.xx.2005-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 334.N-ci maddəsi üzrə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 40.2.3 maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edildiyindən, hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.N və 85.N-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1144/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1144/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver