Məhkəmə qərarları › İş №2-1(114)-1147/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1147/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1147/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, X1 iştirakı ilə X1 cavabdehlər Cavabdehnə və X6 qarşı sənədlərin ləğv edilməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 cavabdehlər Cavabdehnə və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 əsassız olan sənədlərinin ləğvi və mülkiyyətində zəbt olunmuş torpaqdan çıxarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan mülkiyyətdə 0,04 ha torpaq sahəsini cavabdeh zəbt etmiş və bununla bağlı ona böyük problemlər yaratmağa başlamışdır. İşin mahiyyəti ondan ibarətdir ki, o, Bərdə Rayon icra nümayəndəliyindən xx xxxxxx 1996-cı ildən 1 saylı qərarı olsa da, cavabdeh bunları nəzərə almayaraq, ona böyük problemlər yaratmışdır. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Dövlət Arxivi Yevlax filialında bildirilmişdilər ki, cavabdeh X8 qeydiyyatda olmamış xx xxxxxx 1981-ci ildən qeydiyyatdan çıxarılmışdır. Hesab edir ki, onlara məxsus olan mülkiyyəti, cavabdeh olan şəxsə verilmiş xx xxxxxx 1996-cı il tarixli 1 saylı qərarı ləğv olunmağı məqsədə uyğundur. Çünki, həmin torpaq sahəsinə Bərdə rayon Dövlət Arxiv tərəfindən verilmiş arayışda M.Əsədov adına kolxozun ümumi yığıncağına xx xxxxxx 1996-cı il tarixli 1 saylı iclas protokolunda torpaq sahəsinin ayrılması göstərilməmişdir. Çünki, Bərdə rayon qeydiyyatında olmadığından, cavabdehə torpaq ayrıla bilməz. X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarla məhkəmə tərəfindən iddiaçıya real yardım edilmiş və yardıma uyğun nöqsanların aradan qaldırılması ona təklif olunmuşdur. Məhkəmənin müraciəti xx.xx.2020 və xx.xx.2020-ci il tarixdə sonuncunun ünvanı üzrə təqdim olunsa da iddiaçı məhkəmənin müraciətinə uyğun nöqsanları aradan qaldırmamışdır. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İlk öncə məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki cavabdehə (cavabdeh X8) qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan çıxış edir. İnzibati orqanın əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən əmələ gələn iddialar üzrə cavabdehliyi inzibati orqan daşıyır və tələb də həmin inzibati orqana qarşı yönəlməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa, iddiaçı ərizədə sənədlərin ləğv olunmasını xahiş etsə də, hansı tarixli və hansı nömrəli sənədlərin ləğv edilməsini qeyd etməmiş, hazırkı məhkəmə iclasında da hər hansı dəqiqləşdirilmə təqdim olunmamışdır. Həmçinin, hazırkı iddia ərizəsində “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması” qeyd edilmişdir. Lakin, qeyd olunan tələb mülki xarakterli olduğundan və həmin iddialara özəl hüquq münasibətlərini tənzimləyən hüquq normalarına əsasən ümumi (rayon) məhkəmələr tərəfindən baxıldığından, qeyd olunan tələbə də inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 cavabdehlər Cavabdehnə və X6 qarşı sənədlərin ləğv edilməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 cavabdehlər Cavabdehnə və X6 qarşı sənədlərin ləğv edilməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar