Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-115/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxslər X9 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1949-cu ildə Qazax rayonun, Qrax- Kəsəmən kəndində anadan olmuş, hazırda ünvan 5, mənzil 30 ünvanda qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 377 nömrəli sərəncamına əsasən Gəncə şəhərində dövlət mülkiyyətində olan mənzillərin kirayəçilərinin ölümü, qeydiyyatdan çıxması, boşanma halları və s. səbəblərlə əlaqədar mənzillərin bir addan başqa ada keçməsi səlahiyyəti balanssaxlayıcı təşkilat kimi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 6 nömrəli binanın 4 otaqlı yaşayış sahəsi olan 30 nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Yeni Gəncə, 37 nömrəli binanın ümumi sahəsi 65,37 kv.m olan 7 nömrəli mənzilin kirayəçisi X3 ölümü ilə əlaqədar mənzilin kirayəçisi X12 hesab edilmişdir. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 2708 nömrəli Forma 2A nömrəli arayışa əsasən ünvan 5 ünvanda yerləşən 30 mənzil iddiaçının adınadır, mənzil 4 otaqdan ibarətdir və yaşayış sahəsi 58,85 kv.m-dir. Mənzildə 1949-cu il təvəllüdlü iddiaçı və onun oğulları X9, X6 yaşamaq hüququ vardır. İddiaçı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) məktubla müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubla iddiaçının xx.xx.2022ci il tarixli, **********S-0045 nömrəli müraciətinin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqların qeydiyyatı üçün əsas olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5, mənzil 30 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. 1971- ci ildən hazırki vaxta qədər ailəsi ilə birlikdə Gəncə ş. T.Arani küçəsi 1 döngə, ev 6, mənzil 30-da yaşayır. O, həmin mənzilə dair mülkiyyət hüququnun öz adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyiyanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, müraciətə əsasən cavabdehin **********39 nömrəli 06 iyun 2022-ci il tarixli məktubu ilə aparılan araşdırma zamanı təqdim edilmiş sənədlərin hüquqlarının qeydiyyatı üçün əsas olmadığı müəyyən edilərək, icrası mümkün olmadığından imtina edilmişdir. Belə ki, Arayışforma 2A sənədindən görünür ki, Mənzil Xüsusi Mülkiyyətə Aidd olaraq, hər cür şəraiti var, yaşamaq hüququ olanlar iddiaçı və oğulları X9 və X7r. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 134 nömrəli 06 dekabr 2012-ci il tarixli sərəncamına əsasən ünvan 3 ünvanı iddiaçının daimi istifadəsinə verilməsi və adına şəxsi hesab vərəqəsi açılması qeyd edilmişdir. Azərbaycan Respublikası X19 filialının arxiv arayışından görünür ki: Gəncə şəhərində dövlət mülkiyyətində olan mənzillərin əsas kirayəçilərin ölümü, geydiyyatdan çıxması, boşanma halları və s. səbəblərlə əlaqədar mənzillərin bir addan başqa ada keçməsi səlahiyyəti balanssaxlayıcı təşkilat kimi şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə verilmişdir. Müəssisələrə, təşkilatlara limit ayrılması, yaşayış sahələrinin dəyişdirilməsi, güzəştli, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırmasına ehtiyacı olan qismində uçota götürülməsi şəhər İcra Hakimiyyəti Səlahiyyətində saxlanmışdır. Sərəncamın surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsinə və s. orqanlara göndərilmişdir. ünvan 4 ünvanda qeyydiyyatda olan X9 və X10 ataları İddiaçı adına qeydiyyata alınmasına və sənədləşməsinə etiraz etmədiklərini razılıq verimişdirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etməmiş və imtina əsaslarını müdafiə etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti, xx.xx.2023-cü il tarixli qərardadı ilə isə X9 və X10 iştirakı adi olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal X1 nümayəndəsi X8 şəxsi hesab vərəqəsindən və sərəncamdan başqa sənədlərin olmadığını, ümumiyyətlə sərəncamlarının qeydiyyatı kitabının mövcud olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxslər X9 və X10 iddianı qəbul edərək təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli imtinası, X6 və X4 notariat qaydada təsdiq edilmiş ərizələri, Gəncə Şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin xx.xx.2015-ci il tarixli, 31 nömrəli arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1 5 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2014cü il tarixli, 2708 nömrəli Arayış-Forma 2A, cavabdehin xx.xx.2014-cü il tarixli, **********54 nömrəli arayışı, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 377 nömrəli sərəncamın təsdiqlənmiş surəti, şəxsi hesabdan çıxarışlar, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal X1 xx.xx.2022-ci il tarixli, M-983 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli, M-763 nömrəli məktubu, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı xx.xx.2022-ci il tarixli, 03/948 nömrəli məktubu, Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 1561(456)/3 nömrəli məktubu, şəxsi hesabdan çıxarış təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Hazırkı iş üzrə iddiaçının tələbi ünvan 5 ünvanda yerləşən 30 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İddiaçı tələbinin hüquqi əsası kimi Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli sərəncamına istinad edir. Həmin sərəncamın məzmununa əsasən ünvan 5 ünvanında yerləşən 30 nömrəli mənzil iddiaçının daimi istifadəsinə verilmiş və onun adına şəxsi hesab vərəqəsi açılmışdır. Sözügedən sərəncamın mötəbərliliyi ilə bağlı aparılan məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 xx.xx.2012-ci il tarixli 134 nömrəli 2 ədəd başqa məzmunda sərəncamları mövcud olmuş, sərəncamın verilməsinə əsas olmuş sənədlər aşkar edilməmiş, X19 filialında mühafizə olunan Kirovabad şəhər XDS İK-nin Mənzil Təmir İstismar tresti arxiv fondunun 1993-cü il 13 nömrəli Mənzil İstismar Sahəsi üzrə kirayənişinlərin şəxsi hesab kitabında həmin ünvanına dair şəxsi hesabdan vərəqindən başqa heç bir hüquqverici sənəd aşkar olunmamışdır. Dövlət arxivində saxlanılan şəxsi hesabda isə ünvan 5 ünvanında yerləşən 30 mənzil Daxili İşlər İdarəsi yanında idarədənkənar Mühafizə şöbəsinin yataqxanası olduğu qeyd edilmiş, mənzildə yaşayanlar barəsində məlumat göstərilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi “Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qeyd edilmişdir. Lakin, iddiaçının təqdim etdiyi sənəd Qanunun 8-ci maddəsində əks olunmuş hüquqmüəyyənedici sənədlərə aid deyildir. Belə olan halda, cavabdehin imtinasının əsassız və qanunsuz hesab edilməsi üçün əsas yoxdur. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsin 3 saylı ünvan 1 ünvandakı mənzil üzərində anasının vərəsəsi olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-115/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-115/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver