Məhkəmə qərarları › İş №2-1(114)-1150/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1150/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1150/2024 20.11.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. 27.07.1982-ci il tarixli Г №611404 nömrəli diploma əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR Daşkəsən rayonu 64 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci il tarixdə avtomobil təmiri çilingəri peşəsi üzrə orta texniki peşə məkətibinin tam kursunu bitirərək ümumi orta təhsil almış və İmtahan komissiyasının qərarı ilə ona 3-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası verilmişdir.

2. xx.xx.1982-ci il tarixli НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1982-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

3. 21.06.1994-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan Dağmədən X4 avtonəqliyyat sexində 3-cü dərəcəli çilingər, xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək həmin sexdə 4-cü dərəcəli çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sexdə 5-ci dərəcəli çilingər, xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin sexdə Belaz 540 markalı avtosamasval sürücüsü, xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “X7” ASC X1 Belaz sürücüsü işləmişdir. xx.xx.2021-ci il tarixdən “X12” MMC Dəmir filizi sahəsinin Təhlükəsizlik xidmətində gözətçi işləyir.

4. Daşkəsən rayon X11 güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2022-ci il tarixli 188 nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Dağmədən "xxxx" Kombinatı Daşkəsən rayon "xxxx" ASC-də işlədiyi vəzifə üzrə sığorta stajı xx.xx.1984-xx.xx.1994-cü və xx.xx.2012-xx.xx.2021-ci illər təşkil edir. İşlədiyi vəzifə avtomobil çilingəri, Belaz özüboşaldan avtomobil sürücüsündən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya əsasən güzəştli sayılır.

5. Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 188 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixli 88-k nömrəli əmrlə xx.xx.1984-cü il tarixdən avtonəqliyyat sexinə 3-cü dərəcə ilə avtomobil çilingəri qəbul edilmiş, xx.xx.1985ci il tarixli 44-k nömrəli əmrlə avtonəqliyyat sexinin çilingəri xx.xx.1985-ci il tarixdən 3-cü dərəcədən 4-cü dərəcəyə keçirilmiş, xx.xx.1986-cı il tarixli 22-k nömrəli əmrlə Avtonəqliyyat sexinin 4-cü dərəcəli çilingər xx.xx.1986-cı il tarixdən 5-ci dərəcəyə keçirilmiş, xx.xx.1988-ci il tarixli 56-k nömrəli əmrlə Avtonəqliyyat sexinin 4-cü dərəcəli çilingəri xx.xx.1988-ci il tarixdən Belaz-540 markalı özüboşaldan avtomaşına sürücü keçirilmiş, xx.xx.1994-cü il tarixli 08-1k nömrəli əmrlə Texnoloji Avtonəqliyyat sexinin sürücüsü xx.xx.1994-cü il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2012-ci il tarixli 28-k nömrəli əmrlə xx.xx.2012-ci il tarixindən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə "xxxx" ASC-nin Texnoloji Avtonəqliyyat sexinə Belaz sürücüsü vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli 04-k nömrəli əmrlə Texnoloji Avtonəqliyyat sexinin Belaz sürücüsü ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz xahişi ilə xitam verilmişdir.

6. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli 3-17-1/2-A-264748/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (22 il 6 ay 13 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1994-cü il, xx.xx.2012-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (5 il 6 ay 8 gün (xx.xx.1988xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27173.34 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-32648/2024 nömrəli xidməti məktubunda bildirilmişdir ki, Əli Həbib oğlu X2 təqdim ediyi Daşkəsən Rayon Dövlət Arxivinin ona dair xx.xx.2022-ci il tarixli 188 nömrəli arayışında xx.xx.2012-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" ASC-nin X1 BELAZ sürücüsü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan avtomobil sürücüləri (özüboşaldanların) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 8 gün (xx.xx.1988-xx.xx.1994cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda, İddiaçı Daşkəsən Peşə Məktəbində təhsil aldığı dövrə dair 13 iyun 2023-cü il tarixli 118 nömrəli arayışıda qeyd olunan məlumatlarda nəzərə alınmaqla, əsasən onun ümumi stajı 25 il 3 ay 29 gün təşkil edir.

8. Məhkəmənin sorğusuna “X12” MMC-nin xx.xx.2024-cü il tarixli 13-10-1/2- 173/2024 nömrəli cavab məktubunda əlavə edilmiş “X12” MMC-də gözətçi vəzifəsində çalışan vətəndaş İddiaçı 2023-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə əməkhaqqı, həmçinin əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının göstərildiyi cədvəldən görünür ki, İddiaçı 2023-cü ilin iyul ayında 581.52 manat, avqust ayında 573.60 manat, sentyabr ayında 577.81 manat və oktyabr ayında 831.00 manat əmək haqqı ödənilmişdir.

9. Məhkəmənin sorğusuna “X12” MMC-nin xx.xx.2024-cü il tarixli 13-10-1/2- 307/2024 nömrəli cavab məktubundan görünür ki, “Belaz” markalı yük maşını özüboşaldan tipli mədən nəqliyyat vasitəsidir. Əlavə olaraq bildirilmişdir ki, “Belaz” markalı yük maşını Cəmiyyətin işçiləri tərəfindən deyil, podratçı şirkətin əməkdaşları tərəfindən idarə olunduğundan sözügedən nəqliyyat vasitəsinin sürücüsünün vəzifə təlimatı, həmçinin vəzifə öhdəlikləri barədə məlumat Cəmiyyətdə mövcud deyildir. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 25 ildən artıq iş stajı və həmin stajın qanunvericilikdə nəzərdə tutulmuş 12 il 6 aydan artıq güzəştli peşə hesab edilən işdə işlədiyi illər nəzərə alınmaqla 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1963-cü il tarixdə Daşkəsən rayonunun Gurbulaq kəndində anadan olmuşdur. Hal-hazırda Daşkəsən rayonunun, Yuxarı ünvan 1 ünvanda yaşayır. O, 1979-1982-ci illərdə Daşkəsən rayonu 64 nömrəli Texniki Peşə məktəbinin əyani şöbəsində "avtomobil təmiri çilingəri" ixtisası üzrə oxuyub diplom almışdır. xx.xx.1982-ci il tarixdə həqiqi hərbi xidmətə gedib, xx.xx.1984-cü il tarixdə ordudan tərxis olunmuşdur. xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikasının Daşkəsən rayon Dağmədən X4 avtonəqliyyat sexinə 3-cü dərəcəli çilingəri işinə qəbul olunub, xx.xx.1985-ci il tarixdə həmin sexdə 4-cü dərəcəli çilingər işinə dəyşirilmişdir. xx.xx.1986-cı il tarixdə yenə həmin sexdə 5-ci dərəcəli avtomobil çilingəri işinə dəyişirilmişdir. xx.xx.1988-cı il tarixdə Daşkəsən rayon Dağ-mədən X4 avtonəqliyyat sexinin çilingəri vəzifəsindən azad olunub, həmin tarixdən həmin kombinatda Belaz 540 markalı özüboşaldan avtomaşına sürücü keçirilmişdir. xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2012-ci il tarixdə "xxxx" ASC-nin Texnoloji Avtonəqliyyat sexinə Belaz sürücüsü təyin edilərək, xx.xx.2021-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdən hal-hazıra kimi "X12" Məhdud Məsuliyyətli Cəmiyyətin dəmir filizi sahəsinin Təhlükəsizlik xidmətində gözətçi işinə təyin edilib, hal-hazıra kimi də işləyir. Hazırda qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanuna, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 21.4 bölməsinin 19-cu bəndinə görə 60 yaşı tamam olmuş, ümumi 25 il sosial sığorta stajı olan, həmin stajın 12 il, 06 ayını güzəştli şərtlərlə işləyən kişilər güzəştli şərtlərlə pensiya çıxırlar. Onun isə hazırda 60 yaşı tamam olmuşdur, xx.xx.2023-cü il tarixdə 60 yaşı tam olan vaxta kimi həqiqi hərbi xidməti ilə birlikdə 25 ildən artıq ümumi əmək stajı, həmin stajın da 12 il, 6 aydan çoxunu zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Ona görə də onun 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. (Qeyd etdikləri əmək kitabçasının təsdiqlənmiş surətindən, hərbi biletimin təsdiglənmiş surətindən, və güzəştli şərtlərlə bağlı iş stajı barədə rəsmi arayışdan da tam təsdiq olunur). Onun qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 21.4 bölməsinin, 19-cu bəndinə əsasən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o, ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını, güzəştli iş stajı barədə rəsmi arayışı nəzərə alıb onun 60 yaşı tam olduğu vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də 14 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi məktubu ilə ona imtina cavabı göndərmişdir. Cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, cavabdehin imtina cavabı ilə onun Konstitusiya ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. Onun güzəştli iş stajı barədə xx.xx.2023-cü il tarixli 188 saylı rəsmi arayışında qeyd olunur ki, onun 12 il, 6 aydan artıq güzəştli iş stajı vardır. Ümumi əmək stajı isə 27 ildən artıqdır. Bu əmək kitabçası ilə də tam təsdiq olunur. O, cavabdehin ona güzəştli şərtlərlə pensiya təyin etməməsini əsassız və qanunsuz hesab edirəm. Ümid edirəm ki, yuxarıda qeyd etdiyim əsas və səbəbləri nəzərə alıb cavabdeh tərəfindən pozulmuş hüququm məhkəmə tərəfindən bərpa ediləcəkdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

14. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

15. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

16. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

17. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

18. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

23. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.

24. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - 27.07.1982-ci il tarixli Г №611404 nömrəli diplom; - xx.xx.1982-ci il tarixli НЗ № ******* nömrəli hərbi bilet; - 21.06.1994-cü il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - Daşkəsən rayon X11 güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2022-ci il tarixli 188 nömrəli arayış; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 188 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-264748/2023 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-32648/2024 nömrəli xidməti məktubu; - Məhkəmənin sorğusuna “X12” MMC-nin xx.xx.2024-cü il tarixli 13-10-1/2- 173/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş “X12” MMC-də gözətçi vəzifəsində çalışan vətəndaş İddiaçı 2023-cü ilin iyul, avqust, sentyabr və oktyabr ayları üzrə əməkhaqqı, həmçinin əməkhaqqından məcburi dövlət sosial sığorta haqlarının göstərildiyi cədvəli; - Məhkəmənin sorğusuna “X12” MMC-nin xx.xx.2024-cü il tarixli 13-10-1/2- 307/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

28. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) fəhlələr: avtomobil sürücüləri (özüboşaldanların) yeraltı dağ-keçid avadanlığının elektrik çilingərləri (çilingərlər) 1.1.3. 150 metr və aşağı olan dərinlikdə faydalı qazıntıların hasilatı üzrə kəsiklər (karxanalar) və mədənlər tam iş günü ərzində kəsiklərdə, karxanalarda və mədənlərdə məşğul olan fəhlələr, rəhbərlər və mütəxəssislər (yer səthində məşğul olanlardan başqa) 1.2.1. Açıqda dağ-mədən işləri və yer səthində işlər a) fəhlələr: dağ-mədən kütləsinin yüklənməsi ilə məşğul olan yükləyicilərin sürücüləri yükləyici maşınların maşinistləri

30. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

32. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur.

33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.

34. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan imtina məktubunda bunu mübahisələndirsə də, iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.

35. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək dövrdə işlədiyi vəzifənin güzəştli iş stajına aid olmaması barədədir.

36. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Azərbaycan Dağmədən X4 avtonəqliyyat sexində zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək 3-cü dərəcəli çilingər, - xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək 4-cü dərəcəli çilingər, - xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 5-ci dərəcəli çilingər, - xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Belaz 540 markalı avtosamasval sürücüsü.

37. İddiaçının “X7” ASC X1 zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Belaz sürücüsü.

38. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının "xxxx" ASC X1 sürücü işlədiyi dövr (bənd 41) – cəmi 5 il 6 ay 8 gün güzəştli iş stajı kimi qəbul edilmişdir.

39. Mübahisə iddiaçının Azərbaycan Dağ-mədən X4 avtonəqliyyat sexində xx.xx.1984-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi dövrdəki (bənd 36) peşələrlə bağlıdır.

40. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

41. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

42. Məhkəmənin icraatında olan digər analoji işlə bağlı verilmiş sorğulara cavablarla müəyyən edilmişdir ki, keçmiş Dövlət Əmlakı Nazirliyinin 30 aprel 2001-ci il tarixli 214 saylı sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Azərbaycan Dağ-mədən Filizsaflaşdırma kombinatının bazasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC xx.xx.2022-ci il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır (Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21- 3/2-6632/2023 nömrəli məktubu).

43. Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2015-ci il tarixli 1047 nömrəli Sərəncamına əsasən "xxxx" QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2020-ci il tarixli 2202 nömrəli Sərəncamı ilə X12i yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması Cəmiyyətə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2020-ci il tarixli 2245 nömrəli Sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunması, habelə bu sahənin inkişafına dair digər işlərin yerinə yetirilməsi əlavə edilmişdir. Sözügedən Sərəncamların icrasının təmin edilməsi məqsədilə Cəmiyyət tərəfindən törəmə təsərrüfat cəmiyyəti olan “X12” Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) təsis edilmiş və dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin nizamnaməsinə əsasən MMC-nin əsas məqsədləri qara metal filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. Daşkəsən rayonu ərazisində həm Cəmiyyət, həm də onun törəmə təsərrüfat cəmiyyəti olan "xxxx" MMC fəaliyyət göstərməkdədir ("xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-10/2-651/2023 nömrəli məktubu).

44. Məhkəmənin sorğusuna “X12” MMC-nin xx.xx.2024-cü il tarixli 13-10-1/2- 307/2024 nömrəli cavab məktubundan görünür ki, “Belaz” markalı yük maşını özüboşaldan tipli mədən nəqliyyat vasitəsidir.

45. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi peşələrdən, çilingər, avtomobil sürücüləri (özüboşaldanların) peşələri müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 30) nəzərdə tutulmuşdur.

46. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

47. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

48. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb ödənilir.

49. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

50. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

51. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

52. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

53. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı oğluna xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar