Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1155/2024 08.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı doğulması barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1966-cı il tarixdə 123 nömrəsi ilə qeyd aparılmışdır. Doğum haqqında AЗ ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1960-cı il tarixində anadan olmuşdur, atası X3, anası isə X1r. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) xx.xx.1966-cı il tarixli 123 nömrəli doğum haqqında akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/7-N-715/2-15/23 saylı məktub ilə Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1966-cı il tarixli 123 nömrəli doğum bərpa haqqında akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə əlaqədar müraciət edərkən şəxsiyyəti təsdiq edən sənəd olmadığı üçün şəxsiyyətinizin müəyyən olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməniz tövsiyyə olunmuş və məhkəmənin müvafiq qərarı olduqda qeydiyyat şöbəsi tərəfindən müraciətinizə təkrar baxılacağı bildirilmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 16 iyul 1966-cı il tarixində 123 sayıyla qeydiyyata alınmış doğum haqqında akt qeydində düzəliş edilərək doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı il tarixdə anadan olmuş, atası X3, anası isə X1r. Valideyinləri tərəfindən ona 16 iyul 1966-cı il tarixdə 123 nömrəli doğum haqqında şəhadətnamə almışlar. O, doğum haqqında şəhadətnamə ilə SSRİ pasportu və hərbi bilet almışdır. Doğum haqqında şəhadətnaməsi rəsmi olaraq ondadır, hazırda isə şəxsiyyət vəsiqəsi almaq istəyir. Miqrasiya idarəsinə müraciət etdikdə ondan doğum haqqında şəhadətnaməmi tələb etdmişlər. Doğum haqqında şəhadətnaməmə baxdıqları zaman isə doğum haqqında şəhadətnaməmdə doğum tarixinə qələm ilə düzəliş oldunduğunu, yuxarıda isə " 1 iyun 1960-cı il oxunsun" sözləri yazıldığı üçün ondan doğum akt qeydini tələb etdilər. Bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etdikdə isə doğum akt qeydilə bağlı sənədi şəxsiyyət vəsiqəsi olmadığı üçün verməmişlər. Doğum akt qeydində və doğum haqqında şəhadətnaməmdə qaralama olduğu üçün Miqrasiya idarəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişlər. Onun bütün sənədlərində doğum tarixi xx.xx.1960-cı il olmasına baxmayaraq hərbi biletində yanlışlıq edərək doğum tarixini 01 noyabr 1960-cı il qeyd ediblər. Bunün üçündə doğum haqqında şəhadətnamədə qaralama edilərək doğum tarixii 01.Xİ.1960 kimi qeyd edilibdir. Hazırda bu problem ona bir sıra çətinliklər yaradır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 16 iyun 1966-cı il tarixdə 123 sayı ilə qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək adının Firdovsi, doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilərək təkrar şəhadətnamə verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş üzürlü səbəbləri mümükünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, cavabdeh ona təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AЗ ******* nömrəli doğum haqqında şəhadətnamənin surəti, 16 iyul 1966-cu il tarixli 123 nömrəli doğum haqqında akt qeydinin surəti, НЗ ******* nömrəli hərbi bilet və cavabdehin xx.xx.2023-cü il tarixli 3-16-5/7-N- 715/2-15/23 nömrəli imtinası təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Cavabdehin doğum haqqında akt qeydində düzəliş edilməsindən imtina etməsinin əsası şəxsiyyəti təsdiq edən sənədin olmadığını bildirməsidir ki, məhkəmə cavabdehin bu əsas ilə sənəddə düzəliş aparmasından imtina etməsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər 1.6-1. Doğumun, ölümün və atalığın müəyyən edilməsinin dövlət qeydiyyatı qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə getmədən elektron müraciət əsasında həyata keçirilə bilər. Şəxsin arzusundan asılı olaraq müvafiq şəhadətnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən çap olunaraq vəzifəli şəxsin imzası ilə təsdiq edilməklə kağız daşıyıcıda da təqdim edilə bilər. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiyyat tərtib olunmuş şəxslərin özlərinə verilir. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulduğu halda doğum haqqında şəhadətnamədə doğum tarixi səhvən “xx.xx.1960” kimi adının Firdovsi olduğu halda isə texniki səhv olaraq doğum haqqında akt qeydində adı Firdoisi qeyd edilmişdir. İddiaçı da məhz bu səbəbdən doğum haqqında akt qeydində düzəliş olunmasını xahiş etmişdir. Buna görə də Məhkəmə cavabdehin həmin sənəddə düzəliş edilməsindən imtinasını əsassız hesab edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan olan cavabdeh tərəfindən iddiaçıya verilən akt qeydlərində yazı səhvinə yol verildiyindən iddiaçı həmin qeydlərdə düzəliş edilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı barəsində 16 iyun 1966-cı il tarixdə 123 sayı ilə qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək adının Firdovsi, doğum tarixinin xx.xx.1960-cı il kimi qeyd edilməklə təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1155/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1155/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver