Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1160/2023 13.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, oğlu Əliyə məxsus doğum haqqında akt qeydində düzəlişlər edilərək soyadının “Əlizadə” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, X1 ilə xx.xx.1993-cü il tarixdə rəşmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü Əli adlı övladları anadan olmuşdur. Həmin vaxt oğlunun doğumunu dövlət orqanında qeyd etdirmiş və ona Tərtər rayon Buruc kənd İƏV-nin nümayəndəliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 23 nömrəli doğum haqqında akt qeydi əsasında doğum haqqında şəhadətnamə (AZ-İ 673287) verilmişdir. Oğlunun adına verilmiş doğum haqqında şəhadətnaməsində və digər sənədlərdə soyadı Əlizadə kimi qeyd olunmuşdur. Sənədləşmə işləri ilə bağlı dövlət orqanına müraciət etmiş, ancaq oğlunun doğum akt qeydində soyadında uyğunsuzluq olduğunu bildirilərək cavabdehə müraciət etməyi izah olunmuşdur. Doğum akt qeydində düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə xx.xx.2023-cü il tarixdə reçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə məktub ünvanlayaraq, iddia tələbinə dair heç bir etirazlarının olmadığını bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2016-cı il tarixdə Tərtər RPŞ-si tərəfindən verilmiş AZE seriya 12865330 nömrəli Azərbaycan Respublikası vətəndaşının ilkin şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, soyad, ad, atası və anası müvafiq olaraq «Əlizadə, Əli, İddiaçı və İbrahimova Gülnarə» kimi qeyd edilmişdir. -işə əlavə edilmiş xx.xx.2013-cü il tarixdə Tərtər RPŞ-si tərəfindən verilmiş AZE seriya 13230170 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, soyad, ad və ata adı müvafiq olaraq «X1» kimi qeyd edilmişdir. -işə əlavə edilmiş xx.xx.2017-ci il tarixdə Tərtər RPŞ-si tərəfindən verilmiş AZE seriya ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, soyad, ad və ata adı müvafiq olaraq «İddiaçı» kimi qeyd edilmişdir. - işə əlavə edilmiş İQ 317449 nömrəli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin təsdiqlənmiş surətindən görünür ki, soyad, ad və ata adı müvafiq olaraq «X7» kimi qeyd edilmişdir. -işə əlavə edilmiş AZ-İ 673287 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə anadan olmuş, ata qrafasında “İddiaçı”, ana qrafasında “X1” qeyd olunmuşdur. -işə əlavə edilmiş xx.xx.2005-cu il tarixli, 23 nömrəli “doğum haqqında” akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə doğulmuş, «ata» qrafasında atası kimi İddiaçı, «ana» qrafasında anası kimi X1 qeyd edilmişdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 05/15-660/76 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının oğlu X6 doğum haqqında akt qeydi ilə sonuncuya məxsus rəsmi sənədlərdə soyadı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, doğum akt qeydində soyadı “İbrahimzadə” kimi qeyd edilsə də, bundan sonra verilmiş doğum haqqında şəhadətnamədə, ilkin şəxsiyyət vəsiqəsində, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsində soyadı “Əlizadə” kimi qeyd edilmişdir. İddiaçı oğlunun doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının valideynlərinin soyadı “İbrahimov” və “İbrahimova”-dır, buna uyğun olaraq da iddiaçının soyadı doğum haqqında akt qeydində və buna uyğun olaraq verilmiş doğum haqqında şəhadətnamədə “İbrahimzadə” kimi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının oğlunun doğum haqqında akt qeydinə düzəliş edilərək soyadının “Əlizadə” kimi qeyd edilməsi tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1160/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1160/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver