Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1162/2023 16.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ümumi xəstəliyi ilə əlaqədar ona 2-ci qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixində sinəsində küt xarakterli dözülməz ağrı və təngnəfəslik hiss etdiyi üçün Mərkəzi Klinikaya müraciət etmiş, KAQ olunduqdan sonra koronar damarlarında ciddi daralmalar aşkar edilmiş, ona UİX Miokard infaktı (y/k mərhələdə-120.8) diaqnozu qoyulmuş və cərrahi konsiliumun rəyinə əsasən cərrahi əməliyyat məsləhət görülmüşdür. İddiaçı cərahi əməliyyatla razılaşaraq, burada açıq ürək əməliyyatı olunmuş və xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək klinikada stasionar müalicədə olmuşdur. Müalicəsinə ambulator şəraitdə davam olunması üçün nefroloqun nəzarəti altında ev müalicəsinə davam etmişdir. Daha sonra xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək Akademik C.M.Abdullayev adına Kardiologiya institutunda müalicə almışıdır. Səhhəti ilə əlaqədar ona əllilik təyin edilməsi üçün Tərtər Rayon Mərkəzi Xəstəxanası tərəfindən veilmiş № 0318003AADZA saylı, xx.xx.2016-ci il tarixli göndərişlə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına müraciət etmiş, müracəti xx.xx.2017-ci il tarixdən rəsmiləşdirilmiş və ona "Durğunluq ürək çatışmazlığı, QDÇ-İİİ ürək çatışmazlığı ilə müəyyən olunan ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik" diaqnozu qoyularaq, 5 il müddətinə- xx.xx.2022-ci il tarixinə qədər ikinci qrup əlillik təyin edilmişdir. O vaxtdan etibarən o, əlilliyə görə pensiya almışdır. Yenidən müayinə tarixinə (xx.xx.2022) qədər iddiaçı yenidən 16 fevral 2022-ci ildə Akademik C.M.Abdullayev adına Kardiologiya institutunda müayinə olunmuş, vəziyyəti ağır olaraq qiymətləndirilmişvə ona "UİX stabil gərginlikli stemokardiyası İllfs - Ağır formada ürək çatışmazlığı" diaqnozu qoyulmuşdur. İddiaçı pensiyasının davam etdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə müsbət cavab verilməmiş, X5 Komissiyasına göndərdiyi № 0319003AAJ2A saylı göndərişlə ona xx.xx.2022-ci il tarixdə əlillik təyin olunmasından imtina edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmiş, iddiaçı isə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında əsasında baxılmış, "Səbəbi: Ümumi xəstəlik, X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ30-152 - Ürəyin digər xəstəlikləri => 150 - Ürək çatmamazlığı => 150.0 - Durğunluq ürək çatmamazlığı, Diaqnozun mətni: Durğunluq ürək çatmamazlığı, QDÇ-İİİ F.S (NYHA).[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İl mərhələ." "Meyar:2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı ( 101-109 ,111.0, 113-113 .2, 120-125 ,…" səbəbi ilə beş il müddətinə verilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 -Ürəyin işemik xəstəlikləri => 125 - Ürəyin xroniki işemik xəstəliyi => 125.2 - Əvvəllər keçirilən miokard infarktı, Diaqnozun mətni: 125.2 Əvvəllər keçirilən miokard infarktı, ÜİX infarktdan sonraki kardioskleroz. Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, ÜİX stabil stabil gərginlik stenokardiyasi -İİİ F.S Ağırlaşma Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞ X2 C/Ə əməliyyatindan (xx.xx.2016) sonraki vəziyyət. Ağırlaşma 150.0 Durğunluq ürək çatmamazlığı, QDÇ -İİ F.S (NYHA)- EF 40% Yanaşı xəstəliklər E10.7 İnsulindən asılı şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, ŞD İl TİP,insulin tələbli ağir forma., Məzkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var." səbəbi ilə imtina verilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında Diaqnozun mətni: 125.2 Əvvəllər keçirilən miokard infarktı , ÜİX infaktdan sonraki kardiskleroz Z95.1 Aortokoronar şuntlu transplantatın olması, AKŞX2 C/əməlyyatindan (xx.xx.2016) sonraki vəziyyət. 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], hipertoniya xəstəliyi iii mər.iv risk amili 150.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ F.S (NYHA)-EF-40%, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin aktiv əmək müqaviləsi var lakin xəstəlik vərəqi günləri qeyd edilməyib , əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin ," səbəbi ilə imtina verilmişdir. Tərtər Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, ÜİX infaktdan sonraki kardiskleroz, Məzkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Son 5 ildə müalicəsi yetərli deyil. Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin" səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi iddiaçı X1 göndəriş əsasında imtina verilməsinin səbəbi "Göndərişin natamam doldurulması - Səbəb: Son 5 ildə müalicəsi yetərli deyil.Xəstənin vəziyyəti və ekspertiza üçün əhəmiyyətli olan funksional pozğunluqlar ətraflı qeyd edilsin" olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışdan görünür ki, “Durğunluq ürək çatmamazlığı, QDÇ-İİİ F.S (NYHA).[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İl mərhələ” diaqnozuna əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş TSEK müayinələrinə dair alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı əlilliyi ilə bağlı xx.xx.2022, və xx.xx.2022-ci il tarixli göndərişlərdən “əlavə müalicəyə ehtiyacın olması-səbəb : xəstənin ixtisaslaşmış tibb müəssisəsində müayinə və müalicə olunmağa ehtiyacı var" və “Göndərişin natamam doldurulması - Səbəb: xəstənin aktiv əmək müqaviləsi var lakin xəstəlik vərəqi günləri qeyd edilməyib, əsas diagnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin" səbəbləri ilə imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş “Durğunluq ürək çatmamazlığı, QDÇ-İİİ F.S (NYHA).[Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İl mərhələ” diaqnoza əsasən xx.xx.2017-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, əlillik müddəti başa çatdığı üçün əlillik vəziyyətinə yenidən baxılmış, lakin cavabdehə göndərilmiş xx.xx.2022, və xx.xx.2022-ci il tarixli göndərişlərdən “əlavə müalicəyə ehtiyacın olması” və “Göndərişin natamam doldurulması” səbəbləri ilə imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33) -4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, ilkin, yəni xx.xx.2017-ci il tarixli təyinat vərəqindən və sonrakı imtina qərarlarından görünür ki, iddiaçıya təyin edilmiş diaqnoz söz ifadəsi olaraq eynidir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə imtina edilmiş, lakin növbəti, yəni xx.xx.2022-ci il tarixli müayinə zamanı xəstənin aktiv əmək müqaviləsi olması əsası ilə təyinatdan imtina edilmişdir. Halbuki, ilkin təyinat zamanı iddiaçıya “xüsusi yaradılmış şəraitdə işləyə bilər” əmək zəmanəti verilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli imtina qərarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozun kodu “İ20-İ25” müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndinə əsasən ikinci dərəcə əlillik təyinatına əsas verir. Eyni zamanda, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən göndərişin natamam və yanlış doldurulması əlilliyin müəyyən olunmasından imtinaya deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirilmiş komissiyaya göndərilməsinə əsas verir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əlillik təyinatından imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2022-ci-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1162/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1162/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver