Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1166/2020 08.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibədə iştirak etməsi faktının təsdiqinin müəyyən edilməsi tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı oğlu 30.04.20-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək müharibədə iştirak etməsi faktının təsdiq edilməsini və cavabdehin üzərinə lazimi inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinə baxılması ilə əlaqədar xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbinin müharibədə iştirak etmə faktının təsdiq edilməsi hissəsinin müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə həmin Məcəllənin 305-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə ümumi məhkəmələr tərəfindən baxılır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəyə müvafiq rayon (şəhər) məhkəməsində baxılmalı olduğundan iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16 və 35-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibədə iştirak etməsi faktının təsdiq edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1166/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1166/2020
08.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver