Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1168/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı torpaq istifadə edən şəxs kimi fəaliyyətinin onun sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi Nağıyeva Aysu Azər qızının katibliyi İddiaçının qanun üzrə vərəsəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2010- 2015-ci illərdə qeyri-qanuni olaraq ödənməmiş və onun fərdi şəxsi hesabina yalnız 2023cü ilin aprel ayında köçürülən 7222.66 manat vəsaitin illər üzrə indeksləşdirilərək tam həcmdə ona qaytarılması, xəyalı hesablanmış 1270.50+320.90=1591.40 manat artıq ödəmə məbləğinin ləğv olunması, aylıq pensiya məbləğindən xəyali hesblamlar nəticəsində qeyri-qanuni olaraq 2024-cü ilin may ayında kəsilmiş 10.07 manatın yenidən pensiya məbləğinin üzərinə əlavə edilməsi, .2018-2024-cü illərdə toplanmış pensiya kaptalına uyğun olaraq əmək pensiyasının 26 fevral 2024-cü il tarixdən yenidən hesablanaraq göstərilən dövrdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2025-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
4. İddiaçının qanun üzrə vərəsəsi X1 və cavabdehin nümayəndəsi X5 məhkəmə iclasına gəlmişlər.
5. İddiaçının qanun üzrə vərəsəsi X4 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
6. Cavabdehin nümayəndəsi məhkəmə iclasında ərizə təqdim etmişdir.
7. Ərizədə qeyd edilmişdir ki, iddiaçının xx.xx.2025-ci il tarixində vəfat etmişdir və iddiaçının arvadı X3 ailə başçısına itirməyə görə əmək pensiyasının təyin edilmişdir, əmək pensiyasının 849,97 manat təşkil edir. Buna görə də iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə cavabdeh orqanın ərizəsini nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi pensiyanın yenidən hesablanaraq ödənilməsindən ibarətdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixində vəfat etmişdir və iddiaçının arvadı X3 ailə başçısına itirməyə görə əmək pensiyasının təyin edilmişdir, əmək pensiyasının 849,97 manat təşkil edir.
11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 2010-2015-ci illərdə qeyri-qanuni olaraq ödənməmiş və onun fərdi şəxsi hesabina yalnız 2023-cü ilin aprel ayında köçürülən 7222.66 manat vəsaitin illər üzrə indeksləşdirilərək tam həcmdə ona qaytarılması, xəyalı hesablanmış 1270.50+320.90=1591.40 manat artıq ödəmə məbləğinin ləğv olunması, aylıq pensiya məbləğindən xəyali hesblamlar nəticəsində qeyri-qanuni olaraq 2024-cü ilin may ayında kəsilmiş 10.07 manatın yenidən pensiya məbləğinin üzərinə əlavə edilməsi, .2018-2024-cü illərdə toplanmış pensiya kaptalına uyğun olaraq əmək pensiyasının 26 fevral 2024-cü il tarixdən yenidən hesablanaraq göstərilən dövrdən ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva