Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1169/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs X7) qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə X4 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19-da yerləşən fərdi evə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə 1987-ci ildə rəsmi nigaha girməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.1987-ci ildə X6 və xx.xx.1988-ci ildə X8 adlı uşaqları olmuşdur. xx.xx.1991-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19-da yerləşən evi alqı-satqı müqaviləsinə əsasən almışlar. Həmin vaxtdan bu günə kimi qeyd olunan ünvanda yaşayırlar. Evin sənədləşdirilməsi gecikdiyindən iddiaçı həmin evə qeydiyyata düşməmişdir. İndi isə ərindən bir neçə illərdir ki, hər hansı məlumat olmadığına görə evə qeydiyyata düşmək üçün onun razılığını ala bilmir. Belə ki, faktiki yaşadığı yerlə qeydiyyata olduğu yerin ayrı olması dövlət orqanları tərəfindən müvafiq aryışların verilməsinə maneələr törədir. Qeydiyyata düşmək isdədiyi ev üçüncü şəxslə birgə nigah dövründə əldə edilmişdir və həmin evdə 2/1 hissəsi pay hüquq vardır. İddiaçı həmin evə qeydiyyata düşmək üçün Cavabdehnə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun övladları, əri və nəvələri də həmin evdə qeydiyyatdadır. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Gəncə şəhər Kəpəz RİHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 679 nömrəli arayışının məzmunundan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19-da yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 120-5277Q-3220 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19 ünvanına qeydiyyata alınması üçün yaşayış sahəsi verən şəxsin razılıq ərizəsinin olması bildirilmişdir. -DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin **********30 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi X2 adına dövlət qeydiyyatına alınmış və ona xx.xx.2004-cü il tarixli 4337 saylı qeydiyyat vəsiqəsi verilmişdir. -“Nikahın bağlanması haqqında” xx.xx.2000-ci il tarixli Vİ-ЖГ 390490 nömrəli şəhadətnamədən görünür ki, X7 ilə X1 xx xxxxxx 1987-ci il tarixdə nikah bağlamışlar. -AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, S.Rəhimov küçəsi, ev 11-də qeydiyyatdadır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, X7 ilə X1 xx xxxxxx 1987-ci il tarixdə nikah bağlamış, xx.xx.1991-ci ildə Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19-da yerləşən evi alqı-satqı müqaviləsinə əsasən almışlar və həmin evə dair X4 xx.xx.2004-cü il tarixli 4337 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Həmin vaxtdan hazırki vaxtadək iddiaçı və ailə üzvləri- oğlu, gəlini və nəvələri həmin evdə yaşayırlar. Lakin qeyd olunan şəxslərdən yalnız iddiaçı həmin evdə qeydiyyatsız yaşamışdır. İddiaçı həmin evə qeydiyyata düşmək istəsə belə cavabdeh orqan həmin ünvana qeydiyyata düşməsi üçün vətəndaşa yaşayış sahəsi verən şəxsin, yəni X2 razılıq ərizəsinin vacibliyini qeyd edərək bundan imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı ilə üçüncü şəxsin birgə nikah dövründə əldə edilmişdir və həmin evə dair mülkiyyət sənədinin yalnız üçüncü şəxsin adına verilməsi iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19 ünvanına pasport qeydiyyatına salınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Avtozavod qəsəbəsi, sahə 19-da yerləşən fərdi yaşayış evinə yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1169/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1169/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver