Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1169/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxslər X2 və X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5, X15 və X12 ) reyestr qeydlərinin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (üçüncü şəxs X5) xx.xx.2005-ci il tarixli K-7-897 nömrəli reyestr qeydinin ləğv edilməsi və aparılmış həmin reyestr qeydinin qanunsuz sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Şəmkir rayonu, Təzəkənd (Düzqışlaq) kəndində yerləşən A tikilisi 314.7 m2 , B tikilisi isə 76.1 m2 olan fərdi yaşayış evi üzərində X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2005-ci il tarixli K-7-897 nömrəli reyestr qeydinin, həmin qeyd əsasında dövlət reyestrində mərhumun adına aparılmış xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli təkrar qeydin və vərəsəlik qaydasında mərhumun vərəsələri X15 və X6 və X2 adına dövlət reyestrində aparılmış 28 noyabr 2022-ci il tarixli ********** nömrəli qeydlərin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 kəndində yerləşən 0,46 ha həyətyanı torpaq sahəsi X4nın istifadəsində olmuşdur. Həmin həyətyanı torpaq sahəsinin 0,25 ha-sı əvvəllər mövcud olmuş "R.Əliyev" adına kolxoz tərəfindən iddiaçılardan İddiaçı1 anası X16 ayrılmış, yerdə qalan 0,21 ha torpaq sahəsi isə faktiki istifadəsində olmuşdur. Qeyd olunan torpaq sahəsində əvvəlcə birinci fərdi yaşayış evi, daha sonra isə 1990-cı illərin sonlarında həmin ev sökülərək, daha yeni fərdi yaşayış evi inşa edilmişdir. X4 xx.xx.1996-cı ildə "ürək damar çatışmazlığı"ndan rəhmətə getdikdən sonra, həmin evdə onlar yaşamışlar. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin iddiaçılar X2, Quliyeva (Həsənova) Elvira Çingiz qızının, X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə (üçüncü şəxslər İddiaçı1 və İddiaçı2) qarşı iş üzrə 21 noyabr 2017-ci il tarixli, 2-1(83)-2738/2017 nömrəli qərarı ilə iddiaçıların iddiası təmin edilərək, X3 adına verilmiş JN-132F nömrəli və İddiaçı1 adına verilmiş JN-131A nömrəli «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrin ləğv edilməsi, X3 adına olan JN-132F nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,26 ha torpaq sahəsinin koordinatlarının İddiaçı1 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, İddiaçı1 adına olan JN- 131A nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,23 ha torpaq sahəsinin koordinatlarının X7 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, habelə həmin torpaq sahələrinə dair müvafiq şəxslərin adına texniki sənədlərin hazırlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışların verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən 31 mart 2020-ci il tarixli, **********48 nömrəli arayışı ilə bildirilmişdir ki, Şəmkir rayonu, Təzəkənd kənd inzibati ərazi dairəsinin 1733 saylı, xx.xx.2005-ci il tarixli arayışına və JN-132F saylı, xx.xx.2000-ci il tarixli (Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli, 55 saylı qərarı ilə verilmiş) "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına 897 qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin arayışda mübahisəli fərdi yaşayış evinin 2000-ci ildə X11 tərəfindən inşa edildiyi bildirilmişdir. X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2005-ci il tarixli K-7-897 nömrəli reyestr qeydindən sonra, mərhumun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli qeyd aparılmış və daha sonra isə vərəsəlik qaydasında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28 noyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli qeyd əsasında mərhumun vərəsələri X9, X6 və X5 mülkiyyəti kimi hər birinə 1/3 pay olmaqla Şəmkir rayonu, Düzqışlaq kəndində 0,23 ha torpaq sahəsinə və sahəsi 390,8 kv metr olan fərdi yaşayış evinə mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, xx.xx.2023-cü il tarixli qərardadı ilə X14 və X12 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair xx.xx.2023-cü il tarixli etiraz ünvanlayaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və iddiaçıların vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbinə etiraz edərək tələbin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxslər X5 və X12 ayrı-ayrılıqda izahat verərək iddianın təmin edilməməsini xahiş etmişlər. Üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxs X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edir: - təsdiq edilmiş surəti ilə əlavə edilmiş K-7-897 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 kəndi ünvanında A tikilisi 314.7 m2 , B tikilisi isə 76.1 m2 olan fərdi yaşayış evi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - təsdiq edilmiş surəti ilə əlavə edilmiş JN 132 F KOD 50414018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 55 saylı qərarı ilə 0.26 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Təzəkənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, X11 öz vəsaiti hesabına 2000-ci ildə ev tikdirmişdir və həmin ev ona məxsusdur. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2738/2017 saylı qərarı ilə, iddiaçılar X2, Quliyeva (Həsənova) Elvira Çingiz qızının və X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı şəhadətnamənin ləğvi, texniki sənədlərin və çıxarışın verilməsi tələbi təmin edilmiş, X3 adına verilmiş JN-132F nömrəli və X8 adına verilmiş JN-131A nömrəli "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamələr ləğv edilməsi, X3 adına olan JN-132F nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,26 ha torpaq sahəsinin koordinatlarının İddiaçı1 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, İddiaçı1 adına olan JN-131A nömrəli şəhadətnamə ilə müəyyən edilmiş 0,23 ha torpaq sahəsinin koordinatlarının X7 məxsus fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə işlənməsi, habelə həmin torpaq sahələrinə dair müvafiq şəxslərin adlarına texniki sənədlərin hazırlanması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi qərara alınmışdır. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-780/2019 saylı qərardadı ilə İddiaçı1 cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarının X7 aid olan hissədə ləğv edilməsi, həmin qərar əsasında verilmiş 50414018 saylı Daşınmaz Əmlakın Dövlət Reyestri çıxarışının ləğv edilməsi, həyətyanı torpaq sahəsində mülkiyyət hüququnun verilməsi tələbinə dair iş üzrə İddiaçı1 mərhum X3 adına verilmiş JN-132F KOD 50414018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə dair sənədləşmə işlərinin dayandırılması barədə ərizəsi təmin edilməmişdir. - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-462/2019 saylı qərardadı ilə İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. - xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu, Düzqışlaq kəndi( Təzəkənd kəndi) fərdi yaşayış evi 1/3 hissə (0,23 ha) xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdirması nəticəsində müəyyən edilmişdir ki, iddiaçılar cavabdeh orqana müraciət edərək ünvan 2 (Düzqışlaq) kəndində yerləşən fərdi yaşayış evinə dair verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişlər, cavabdeh orqan tərəfindən xx.xx.2005-ci il tarixli K-7-897 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsinə dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, ünvan 2 kənd inzibati ərazi dairəsinin 1733 saylı xx.xx.2005-ci il tarixli arayışına və JN-132F saylı xx.xx.2000-ci il tarixli (Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 55 saylı qərarı ilə verilmiş) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında ünvan 2 kəndində yerləşən fərdi yaşayış evinə dair X3 adına 897 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin arayışda mübahisəli fərdi yaşayış evinin guya 2000ci ildə X11 tərəfindən inşa edildiyi bildirilmişdir. İddiaçılar həmçinin qeyd etmişlər ki, onlar prokurorluq orqanlarına müraciət etmişlər, orada müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, X1 Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir ərazi şöbəsi tərəfindən öz adına verilmiş xx.xx.2001-ci il tarixli JN-132F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməsindən və Şəmkir rayon icra hakimiyyəti başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 1733 nömrəli arayışdan bilə-bilə istifadə edərək xx.xx.2005-ci il tarixli k-7-897 qeydiyyat nömrəli vəsiqə almışdır. Prokurorluq orqanlarında aparılan araşdırma nənicəsində müəyyən edilmişdir ki, qeyd edilən arayış saxtalaşdırılmışdır və həmin arayışı saxtalaşdıran şəxs vəfat etdiyindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qəbul edilmişdir. Hazırda iddiaçı tərəf iddia ərizəsində əsas kimi gətirmişdir ki, sözü gedən arayış saxta olduğundan həmin arayışın əsasında verilmiş qeydiyyat vəsiqəsi də ləğv edilməlidir. Məhkəmə araşdırnası nəticəsində həmçinin müəyyən edilmişdir ki, Gəncə İnzibati Məhkəməsi 16 may 2022-ci il tarixli 2-1(83)-2738/2017 saylı qərardad qəbul etmiş və həmin qərardadda qeyd etmişdir ki, İddiaçılar X5, Quliyeva (Həsənova) Elvira Çingiz qızı və X15 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə qarşı X3 adına olan JN-132F saylı şəhadətnamənin və İddiaçı1 adına olan JN-131A saylı şəhadətnamənin ləğv edilməsi, X3 adına olan JN-132F saylı şəhadətnaməsində göstərilən 0,26 ha torpaq sahəsinin koordinatlarının İddiaçı1 məxsus fərdi yaşayış evinin həyətyanı torpağına işlənilməsini, İddiaçı1 adına olan JN-131A saylı şəhadətnaməsində göstərilən 0,23 ha torpaq sahəsinin koordinatlarının X7 məxsus fərdi yaşayış evinin həyətyanı torpağına işlənilməsi, X3 və İddiaçı1 adına texniki sənədlərin və çıxarışların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(83)-2738/2017 nömrəli, 21 noyabr 2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərar yuxarı instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə üçüncü şəxslər İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, qeyd olunan iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsini xahiş etmişlər, müraciəti onunla əsaslandırmışlar ki, iş üzrə qərar qəbul edildikdən sonra yeni sübutlar və hallar aşkar edilmişdir. Qeyd edilmişdir ki, X7 torpaq sahəsi verilməsi ilə bağlı arxiv məlumatları yoxdur, torpaq islahatı zamanı sonuncu Azərbaycan Respublikasında yaşamamış, buna baxmayaraq ilkin sənədlər qanunsuz və saxta yolla tərtib edilməklə, onun adına verilmiş xx.xx.2001-ci il tarixli, JN-132F saylı şəhadətnaməyə yalan məlumatlar daxil edilərək, guya həmin sahənin Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 55 saylı qərarı əsasında verilməsi qeyd edilmişdir. Ərizəyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas kimi surəti əlavə edilmiş Şəmkir rayon prokurorluğunun 30 dekabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının məzmunundan görünür ki, qərarda ərizəçilərin qeyd etdiyi eyni xüsusatlara əsaslanaraq X3 mülkiyyətinə torpaq sahəsi verilməsi ilə bağlı ilkin sənədlərin saxta olması göstərilmiş, əsas kimi JN-132F saylı şəhadətnamənin verilməsi üşün əsas olmuş Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 55 saylı qərarında X7 torpaq sahəsi verilməsi barədə müddəanın öz əksini tapmaması qeyd edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, 18 fevral 1995-ci il tarixdə qəbul edilmiş “Sovxoz və kolxozların islahatı haqqında” Qanun yerli və rayon aqrar islahat komissiyalarının səlahiyyət bölgüsünü müəyyən etmiş, o cümlədən 7-ci və 8-ci maddələrə əsasən əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü haqqında təkliflərin hazırlanması X30 komissiyalarının səlahiyyətlərinə aid edilmiş, həmin komissiyaların qərarlarına baxmaq və təsdiq etmək səlahiyyəti isə rayon aqrar islahat komissiyalarına verilmişdir. Başqa sözlə müvafiq ərazi üzrə əhalinin sayı, torpaq payının həcmi və pay alacaq subyektlərin dairəsi X30 komissiyaları tərəfindən hazırlanır və baxılması və təsdiq edilməsi üçün yuxarı komissiyaya təqdim edilir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmənin sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2022-ci il tarixli məktubuna surəti əlavə edilmiş X30 Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Şəmkir rayon Düz Qışlaq kəndi üzrə həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından görünür ki, X3 adı siyahının 132-ci sırasında qeyd olunmuşdur. Beləliklə məhkəməy nəticəyə gəlmişdir ki, islahat zamanı torpaq payı almaq hüququ ilkin sənəd kimi X30 komissiyalarının qərarları və həmin qərarlara əlavə edilmiş subyektlərin siyahısı ilə müəyyən edilir. İstintaq orqanı tərəfindən isə sözügedən siyahının X7 münasibətdə saxta və yaxud qanunsuz olması araşdırılmamış və bu xüsusata qiymət verilməmişdir. Qeyd olunanlara əsasən istintaq orqanının Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 55 saylı qərarında X7 torpaq sahəsi verilməsi barədə müddəanın öz əksini tapmaması və bununla da sonuncuya torpaq payı verilməməsi, nəticə etibarilə ilkin sənədlərin saxta olması barədə dəlilləri əsaslı sayıla bilməz və həmin orqanın 30 dekabr 2021-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı yeni açılmış hal kimi nəzərə alına bilməz. Göründüyü kimi məhkəmə qərarında hazırda iddiaçılar tərəfindən iddia tələbinini əsası kimi qeyd etdikləri arayışın saxta olması ilə əlaqədar fikirini bildirərək hüquqi qiymət vermişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.11-ci maddəsinə əsasən zərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur və bu səbəbdən də iddiaçıların iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X5, X15 və X12) daşınmaz əmlakın dövlət reyestri qeydlərinin ləğv edilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1169/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1169/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver