Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-117/2020 20.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında, açıq məhkəmə iclasında nəzərdən keçirərək, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Şuroddin oğlu xx.xx.1971 -ci ildən xx.xx.1973-cü ilədək Şamxor rayon Kommunal Müəssisələr kombinatında nəzarətçi, xx.xx.1975-ci ildən xx.xx.1990-cı ilədək X1 rayonunda Aqansk Neftkəşfiyyat ekspedisiyasında yeraltı şəraitdə gövdələrin və qaldırıcı maşınların təmiri ilə məşğul olan elektrik çilingəri, xx.xx.1991 -ci ildən xx.xx.2003cü ilədək Şəmkir rayon Mətbəəsində gözətçi vəzifəsində işlədiyi və xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olduğu illərin sosial sığorta stajına daxil edilməsi və ona “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına əsasən 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və penşıyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hesablanıb ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Gəncə şəhər Nizami rayon şöbəsinin üzərinə qoyulması tələbi ilə xx.xx.2018-ci il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(83)-1033/2018 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1973-cü lədək Şamxor rayon Kommunal Müəssisələr kombinatında nəzarətçi, xx.xx.1975-ci ildən xx.xx.1990-cı ilədək X1 rayonunda Aqansk Neftkəşfiyyat ekspedisiyasında yeraltı şəraitdə gövdələrin və qaldırıcı maşınların təmiri ilə məşğul olan elektrik çilingəri, xx.xx.1991 -ci ildən 03.1 1.2003-cü ilədək Şəmkir rayon Mətbəəsində gözətçi vəzifəsində işlədiyi və xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə illərin sosial sığorta stajına daxil edilməsi və ona “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarına əsasən 57 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə' əmək pensiyasının təyin edilməsi və pensiyanın məbləğinin həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hesablanıb ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhəri Nizami rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2- 1(83)-1033/2018 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhəri Nizami rayon şöbəsi apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2-1(104)-484 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1 (83)-1033/2018 saylı qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Gəncə şəhəri Nizami rayon şöbəsinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-377 saylı qərarı ilə qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2- 1(104)-484 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin instansiyaya qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(104)-358/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-1033/2018 nömrəli qərarı ləğv edilmiş, iş məhkəmə icraatının davam etdirilməsi üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasları xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərə təyin edilmiş, bu barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya göndərilmiş məhkəmə bildirişində ona məhkəmə iclasında iştirakının vacibliyi, həmçinin gəlmədiyi təqdirdə iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan, iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Gəncə şəhər Nizami rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası geri götürülmüş sayılsın və inzibati mübahisəyə dair iş üzrə məhkəmə icraatına xitam verilsin. İddiaçıya izah edilsin ki, gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-117/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-117/2020
20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver