Məhkəmə qərarları › İş №2-1(114)-117/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-117/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-117/2024 27.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və qeyriləri) qeyri-yaşayış binası və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, anası X1 miras qalmış Gədəbəy rayonu, Qaraməmmədli kəndində, “Spornu” adlanan ərazidə yerləşən kartof anbarının və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayon Qaraməmmədli kəndindəki "Əzizbəyov" adına sovxozda mərhum anası X2 fəhlə işləmişdir. Həmin sovxozda fəhlə işlədiyinə görə Gədəbəy rayon Qaraməmmədli kənd Yerli İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli protokolu əsasında anasının adına həmin sovxoza məxsus olan 0.40 ha torpaq sahəsi və həmın torpağın ərazisində yerləşən kartof anbarı satılmışdır. Anası xx.xx.2021-ci ildə vəfat etmişdir. Anasının vəfatından sonra onun vərəsəsi kimi məhkəmə qərarı ilə Gədəbəy rayonu Qaraməmmədli kəndindəki "Spornu" adlanan ərazidə yerləşən kartof anbarından və həmin anbarın yerləşdiyi 0.40 ha torpaq sahəsindən ibarət əmlakı miras kimi qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdehə müraciət edərək həmin əmlakın adına dövlət qeydiyyatına alınmasına xahiş etsə də sonuncu imtina cavabı vermişdir. Cavabdeh orqanın imtina aktını qanunsuz və əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməmişdir. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə işə üçüncü şəxslərin işturakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Xanlar rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 05 saylı qərarı ilə ona verilmiş 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək qeydə almaqdan imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki, Gədəbəy rayonu, Qaraməmmədli kəndində, "Spornu" adlanan ərazidə yerləşən və iddiaçının iddia etdiyi kartof anbarının yerləşdiyi torpaq sahəsi JN-0421 nömrəli dövlət aktı ilə müəyyən edilmiş torpaq sahəsi ilə bütünlüklə üst-üstə düşür. Qeyd olunan anbarın yerləşdiyi 0.21 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı həmin anbarın yerləşdiyi sahə də daxil olmaqla 0.21 ha torpaq sahəsindən faktiki olaraq istifadə edir. İş üzrə verilmiş ekspert rəyində bildirilir ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli qərarına əlavə olunmuş sxemə əsasən Gədəbəy rayonu, Qaraməmmədlı kəndində, "Spornu"adlanan ərazıdə yerləşən kartof anbarının ümumi sahəsi 195,0 kv.m. olmaqla, eni 6,0m, uzunluğu 40,0m və faktiki ölçülərinin eni 9.8m, uzunluğu 40,0 metr təşkil etdiyini nəzərə alaraq, həmın kartof anbarının enı 3.8 artırılarıldığı müəyyən olunur. Eyni zamanda "Spornu" adlanan ərazıdə yerləşən kartof anbarının artırılmiş hissənın ümumi sahəsi 152,0 kv.m. təşkil edır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Gədəbəy rayonu, Qaraməmmədlı kəndındə, "Spornu" adlanan ərazidə yerləşən kartof anbarının sonradan artırılmış hıssəsı istisna olmaqla qalan hissəsinin 1998-ci il tarixdə inşa edılıb-edılməməsını muəyyən etmək mümkün deyildir. Həmçinin kartof anbarının anbarının dıvarlarında əsaslı cat, damına atılmış taxta millərin cökməsı baxış zamanı müşahidə olunmadığından, həmin tikilinin baxış zamanı istifadəyə yararlı olduğu müəyyən olunmuşdur. Təqdim edilmiş mütəxəssis rəyindən göründüyü kimi hazırki vəziyyətdə iddiaçının qeydə alınmasını tələb etdiyi qeyri-yaşayış binası və yerləşdiyi torpaq sahəsi üzrə yüklülük (üst-üstə düşmə halı) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Cavabdehin imtina dəlillərini anbarın yerləşdiyi sahənin başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşməsi və s. təşkil etdiyindən, həmçinin anbar və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi qeydə alınması tələb olunduğundan məhkəmə anbara bitişik əlavə tikililərin inşa edilməsi və bununla bağlı müvafiq icazə sənədlərinin olubolmaması məsələsinə hazırki vəziyyətdə mahiyyəti üzrə qiymət verməyi məqsədəuyğun hesab etmir. Qeyd olunanlarla yanaşı iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan JN-0421 nömrəli dövlət aktı ləğv edildiyi təqdirdə qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı qeyri-yaşayış binası və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar