Məhkəmə qərarları › İş №2-1(114)-1173/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1173/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1173/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X6, Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Kəlbəcər rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Kəlbəcər rayon filialına qarşı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona ailə başçısının itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki,iddiaçı xx.xx.1973-cü ildə anadan olmuş, uşaqlıqdan 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin 8 nömrəli X12 X3 TSE 611074 nömrəli “TSEK-də müayinə aktından Çıxarışı”na əsasən iddiaçıya müddətsiz, uşaqlıqdan 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçının atası X4 26.11. 2018-ci ildə ömürlük pensiya təyin edilmiş və, o 26.11. 2018-ci ildə vəfat etmişdir. İddiaçı ailə başçısını itirməyə görə ona pensiya təyin edilməsi məqsədilə DSMF-nin Kəlbəcər rayon şöbəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunsuz hesab edir. İddiaçının vəkili X9 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının atası X7 26.11. 2018-ci il tarixdə vəfat etmişdir və atası vəfat edən zaman iddiaçının 20 yaşı olduğuna görə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı əlliliyə görə uşaqlıqdan aldığı pensiyanı hal-hazırda da alır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.1993-cü il tarixli, 018062 nömrəli “TSEK-də müayinə aktından Çıxarışı”ın surətindən görünür ki, İddiaçı uşaqlıqdan müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Əmək və X8 Nazirliyinin 8 nömrəli X12 X3 TSE 611074 nömrəli “TSEK-də müayinə aktından Çıxarışı”ın surətindən görünür ki, İddiaçı uşaqlıqdan müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. -AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsində saxlanılan Pensiyaçının uçot vərəqindən görünür ki, X4 xx.xx.1999-cu il tarixdən ömürlük pensiya təyin edilmişdir. -Goranboy rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 975981 nömrəli arayışının surətindən görünür ki, X7 26.11. 2018-ci il tarixdə ölmüşdür. -AR ƏƏSMN yanında DSMF-nin Kəlbəcər rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********7 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla ona uşaqlıqdan müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir və əlilliyinə görə pensiya alır. İddiaçının atası X4 isə xx.xx.2018-cu il tarixdən ömürlük pensiya təyin edilmiş və sonuncu 26.11. 2018-ci il tarixdə ölmüşdür. İddiaçı hazırda 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlil olmasına istinad edərək ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini, başqa sözlə əlilliyə görə aldığı pensiya növünün dəyişdirilərək ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini xahiş edir. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.1-ci maddəsinə istinad edərək iddiaçının atası vəfat edən zaman 18 yaşdan yuxarı olduğu üçün ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır ki, istinad olunan Qanunun 14.1.1.2-ci maddəsinə əsasən 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxsin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. xx.xx.1993-cü il tarixli, 018062 nömrəli “TSEK-də müayinə aktından Çıxarışı”n surətindən göründüyü kimi iddiaçının sağlamlıq imkanlarının məhdudluğuuşaqlıqdan mövcud olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. -34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının əmək pensiyanın hüququ yarandığı xx.xx.2018-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyanın hüququ yarandığı xx.xx.2018-ci il tarixdən təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi tabeliyində Dövlət X11 publik hüquqi şəxsin Kəlbəcər rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar