Məhkəmə qərarları › İş №2-1(114)-1173/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1173/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1173/2022 29.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X1rşı əmrdə dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X1rşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə uyğunsuzluğa görə tərxis olunmasına dair DSXRM-SQ komandirinin xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmrin əsasının dəyişdirilib, onun həmin əsasla deyil, qeyd olunan Qanununun 41.0.10-cu maddəsinə, yəni “Azərbaycan Respublikası vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə” əsası ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 29 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə anadan olmuşdur. 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialına qəbul olunub, 2015-ci ildə həmin institutu «ibtidai sinif müəllimi» ixtisası üzrə bitirmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ali təhsili olduğu üçün gizir rütbəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2016-2018-ci illərdə Kəlbəcər rayonunun 58 saylı tam orta məktəbində müəllim işləmişdir. xx.xx.2019-cu ildə gizir rütbəsində 5 ilik müqavilə əsasında N №-li hərbi hissəyə gizir rütbəsində xidmətə qəbul edilmişdir. xx.xx.2020-ci ildə Vətən Müharibəsində iştirak etmək üçün könüllü şəkildə Dövlət Sərhəd Xidmətinin təlimlərinə cəlb edilmişdir. Təlimlər başa çatdıqdan sonra xidməti fəaliyyətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. Vətən Müharibəsində iştirak etmək üçün komandanlığa müraciət etsə də, ailənin yeganə oğlan övladı olduğuna görə onu döyüşə göndərməmişlər. Xidmət müddətində komandanlıqdan heç bir cəza almamışdır. 2021-ci ilin noyabr ayında «Tik-tok» sosial şəbəkəsində canlı yayım açdığı zaman hərbi hissə əməkdaşları tərəfindən aşkar olunmuş və dərhal 1-ci Sərhəd Komendantı tərəfindən telefonu götürülərək araşdırılması üçün daxili təhqiqat idarəsinə göndərilmişdir. Araşdırma zamanı 2020-ci ilin avqust ayında məzuniyyətdə olarkən Göygöl rayonunun Toğanalı kəndinin içərisindən keçən çaya, çayın kənarlarında yerləşən kafe və restoranlardan tullantıların çaya tökülməsini ictimailəşdirmək məqsədi ilə «Meydan TV»-yə göndərdiyi özünə məxsus olan 050 ***-**-** №li telefonla etdiyi çəkiliş aşkarlanmışdır. Həmin çəkilişdə istifadə etdiyi 050 ***-**-** №li telefonu təxminən xx.xx.2021-ci il tarixdən hərbi xidmətdən tərxis olunana qədər daxili təhlükəsizlik idarəsində saxlanılmışdır. Bu müddətdə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılmışdır. Telefonunda yalnız qeyd etdiyi çayın çirkləndirilməsini göstərən görüntülər aşkar edilmişdir. Araşdırmanın nəticəsi kimi qərara alınmışdır ki, dövlət sirri və məxfi məlumatları «Meydan TV»-yə paylaşmaqda şübhəli bilinərək DSXRM-SQ komandanının xx.xx.2021-ci il tarixli əmri ilə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (hərbi xdmətə uyğunsuzluğa görə) əsasən DSX-də həqiqi hərbi xidmətdən SQ-nin ehtiyatına buraxılmışdır. Halbuki, haqqında sözügedən əmr verilməmişdən əvvəl N №-li hərbi hissə komandiri polkovnik Bəhman Babayev və müavinləri onun iştirakı təmin edilmədən barəsində attestasiya qərarı qəbul etmişlər. Hesab edir ki, yuxarıda qeyd olunan çəkilişlə o, heç bir dövlət sirri və məxfi məlumatları yaymamışdır. Sadəcə olaraq insanlara, təbiətə qarşı edilən ekoloji müdaxiləni ictimailəşdirməklə bunun qarşısının alınmasını istəmişdir. Çünki Göygöl rayonunun Toğanalı kəndinin içərisindən keçən Kürəkçay çayının suyundan, ərazisindən həmin çay keçən rayon və kəndlərin sakinləri içməli su kimi istifadə edirlər. Bu isə, aydın məsələdir ki, bir çox infeksion xəstəliklərin yayılmasına səbəb ola bilər. Onun qeyd olunan əsasla bağladığı 5 illik müqavilənin vaxtı bitmədən xidmətdən tərxis olunmağı üçün heç bir qanuni əsas olmamışdır. Ailələri Kəlbəcərdən olan məcburi köçkündür. O, sağlamdır. Vətənin istənilən bölgəsində xidmət etməyə hazırdır. Qeyd olunanlara görə heç bir əsas olmadan xidmətdən tərxis olunmağına dair DSXRM-SQ komandirinin xx.xx.2021ci il tarixli əmri ləğv olunmalı və o, əvvəlki xidmətinə bərpa edilməlidir. Sözügedən əmrlə o, öz sevimli işindən olmuş, ailəsinin maddi vəziyyəti ağırlaşmışdır. Bütün bunlar onun ailə vəziyyətinə olduqca ağır təsir göstərir. O, ailəlidir, himayəsində xəstə atası və anası var, onların qayğısına qalmalıdır. Odur ki, o, bü gün əvvəlki işinə bərpa edilmək və əmək fəaliyyətini şərəflə davam etdirmək arzusundadır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X6 məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı (Gizir İddiaçı) “Qazax’’ X2 xidmətə başladığı ilk gündən özünü intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan hərbi qulluqçu kimi göstərməyə çalışmış, lakin buna nail ola bilməmişdir. O, tutduğu zabit vəzifəsinin məsuliyyətini dərk etməyərək vəzifələrinin icrasına laqeyd münasibət göstərmişdir. Təşkilatçılıq və idarəçilik qabiliyyətinin aşağı səviyyədə olması səbəbindən kollektiv arasında nüfuz qazana bilməmiş, şəxsi heyətlə münasibətlərini düzgün qurmağa çətinlik çəkmişdir. Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında" xx.xx.2017-ci il tarixli, 07 №-li əmrini pozaraq “Smart” tipli mobil telefondan istifadə edərək “Tik-tok” sosial şəbəkəsinə daxil olmuşdur. Qeyd olunan hallara görə o, sərhəd komendantlığında xidməti fəaliyyətindən uzaqlaşdırılaraq sərhəd dəstəsinə düşürülmüş, hərbi hissənin rəhbərliyi tərəfindən dinlənilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar gizir - İddiaçı attestasiyası keçirilmişdir. Attestasiya komissiyası üzvləri hərbi qulluqçunun bu kimi ciddi nöqsanlarının, baş verməsinin bağışlanılmaz olduğunu qeyd edərək, baş vermiş hadisənin ciddi olmasını nəzərə almış və gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81 -ci maddəsinin V bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq aşağı vəzifəyə keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab edilmişdir və hərbi hissənin attestasiya komissiyasının 17 noyabr 2021-ci il tarixli yekun rəyi nəzərə alınaraq 5-ci sərhəd komendantlığı döyüş dəstəyi bölüyü komandirinin mənəvipsixoloji hazırlıq üzrə müavini gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçrildikdə) müvafiq olaraq aşağı vəzifəyə keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsəduyğun hesab edilmişdir. Həmçinin 2021-ci ilin dekabr ayında SQ “Qazax” ƏSDV-nın 5-ci sərhəd komendantlığının döyüşə dəstək bölüyü komandirinin müavini gizir İddiaçı xidməti ərazidə “Smart” tipli mobil telefondan istifadə etməsi faktı DTİ (Daxili Təhlükəsizlik İdarəsi) tərəfindən araşdırılmışdır. Yoxlama zamanı gizir İddiaçı “whatsapp” proqramı vasitəsi ilə İİR mobil operatoruna məxsus +**********08 nömrəli abonentlə yazışması, “Durak” mobil oyun tədbiqinin dostuq siyahısında milliyyətcə erməni olan “Ваня Цугунян” adlı istifadəçinin olması və “Youtube” internet portalının “Meydan TV” kanalına anonim qaydada şikayət xarakterli müraciət ünvanlaması faktları müəyyən edilmişdir. İstiqamətlər üzrə araşdırma aparılaraq hərbi qulluqçunun izahatı alınmışdır. Məlum olmuşdur ki, İddiaçı əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəliyi kobud şəkildə pozmuşdur. Gizir İddiaçı xidmətə qəbul edilərkən həmin öhdəliklə tanış olmuş və DSX-nin rəisinin “DSX əməkdaşlarının Respublika daxilində və xarici ezamiyyətlər zamanı əcnəbilərlə xidmətdənkənar əlaqələri barədə məruzə edilməsi haqqında” əmrin tələbləri tərəfindən pozulduqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilərək öhdəliyi imzalamışdır. Belə ki, iddiaçının atası X5 2011-2018-ci illər ərzində səhhəti ilə əlaqədar İlR-ə mütəmadi olaraq səfərlər etmiş, orada ayaqqabı ticarəti ilə məşğul olan Behnam adlı İİR vətəndaşı ilə tanış olmuş və bir neçə dəfə ondan ayaqqabı sifariş etmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında M.Həsənov övladı gizir İddiaçı İİR vətəndaşı ilə tanış etmişdir. Şəxslərin arasında yazışma ayaqqabı alış-verişi ilə əlaqəli olmuşdur. Tərəflərindən keçirilən tədbirlər nəticəsində İİR vətəndaşının xx.xx.1980ci il təvəllüdlü X9ması müəyyən edilmiş, onun 2017-ci ilin aprel ayı ərzində bir halda AR-ə səfər etməsi faktı qeydə alınmışdır. Gizir İddiaçı “Facebook”, “Tik-Tok” və “İnstaqram” sosial şəbəkələrindən istifadə etməsi; orada hərbi geyimdə silahla fotoşəkillərini yerləşdirməsi faktları aşkar edilmişdir. Həmçinin sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında" əmrin və “DSX əməkdaşlarının Respublika daxilində və xarici ezamiyyətlər zamanı əcnəbilərlə xidmətdənkənar əlaqələri barədə məruzə edilməsi haqqında” əmrin tələblərini pozması müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində Dövlət Sərhəd Xidməti rəisinin müavini-X3 31 dekabr 2021-ci il tarixli, 966 ş/h nömrəli əmri ilə sabiq hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı mühafizə və təminat tağımı təminat qrupunun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv olunmuş, 29 dekabr 2021-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. Gizir İddiaçı 2021-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə etmiş, 2021-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinəti almış, 31 dekabr 2021-ci il tarixdək birdəfəlik pul müavinəti almağa layiq görülməmişdir. İddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müavini, X3 xx.xx.2021-ci il tarixli, 966 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Yuxarıda qeyd olunanlara və intizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 29 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X4 hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - 21 oktyabr 2019-cu il tarixli öhdəliklərin surətlərindən görünür ki, İddiaçı üzərinə dövlət sirri və xidməti məlumatları yaymamaq haqqında, hərbi qulluqçular üçün internet şəbəkəsindən qeyri-xidməti məqsədlərlə istifadəsi barədə öhdəlik götürmüş, “dövlət sirri təşkil edən məlumatların mühafizəsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında” əmrlə tanış edilmişdir. - 25 fevral 2021-ci il tarixdən 17 noyabr 2021-ci il tarixədək olan dövr üçün attestasiya vərəqəsinin surətindən görünür ki, 5-ci sərhəd komendantlığının döyüş dəstəyi bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq aşağı vəzifəyə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. - Dövlət Sərhəd Xidmətini müavini – X3 31 dekabr 2021-ci il tarixli, 966 ş/h nömrəli əmrinin surətindən görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq gizir İddiaçı N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı mühafizə və təminat tağımı təminat qrupunun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv olunmuş, 29 dekabr 2021-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. - İddiaçı məxsus xx.xx.2015-ci il tarixli, SX0272771 nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Əsasnamənin 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə” əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Qazax”X6 komandirinin 08/09 yanvar 2022-ci il tarixli, 07 nömrəli əmrinin surətindən görünür ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq gizir İddiaçı N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı mühafizə və təminat tağımı təminat qrupunun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv olunmuş, 29 dekabr 2021-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. Gizir İddiaçı 2021-ci ilin hesabına növbəti məzuniyyətdən tam istifadə etmiş, 2021-ci ildə nəzərdə tutulmuş maddi yardım və məzuniyyət müavinəti almış, 31 dekabr 2021-ci il tarixdək birdəfəlik pul müavinəti almağa layiq görülməmişdir. - 23 aprel 2022-ci il tarixli, 3277 nömrəli xidməti məktubun surətindən görünür ki, 2021-ci ilin dekabr ayında SQ “Qazax” ƏSDv-nın 5-ci sərhəd komendantlığının döyüşə dəstək bölüyü komandirinin müavini gizir İddiaçı xidməti ərazidə “Smart” tipli mobil telefondan istifadə etməsi faktı DTİ tərəfindən araşdırılmışdır. Yoxlama zamanı gizir İddiaçı “whatsapp” proqramı vasitəsi ilə İİR mobil operatoruna məxsus +**********08 nömrəli abonentlə yazışması, “Durak” mobil oyun tədbiqinin dostuq siyahısında milliyyətcə erməni olan “Ваня Цугунян” adlı istifadəçinin olması və “Youtube” internet portalının “Meydan TV” müxalifət kanalına anonim qaydada şikayət xarakterli müraciət ünvanlaması faktları müəyyən edilmişdir. İstiqamətlər üzrə araşdırma aparılaraq hərbi qulluqçunun izahatı alınmışdır. Məlum olmuşdur ki, gizir İddiaçı atası X5 2011-2018-ci illər ərzində səhhəti ilə əlaqədar İİR-ə mütəmadi olaraq səfərlər etmiş, orada ayaqqabı ticarəti ilə məşğul olan Behnam adlı İİR vətəndaşı ilə tanış olmuş və bir neçə dəfə ondan ayaqqabı sifariş etmişdir. Bundan sonra 2021-ci ilin oktyabr ayında M.Həsənov övladı gizir İddiaçı İİR vətəndaşı ilə tanış etmişdir. Şəxslərin arasında yazışma ayaqqabı alış- verişi ilə əlaqəli olmuşdur. Tərəfimizdən keçirilən tədbirlər nəticəsində İİR vətəndaşının 21,02.1980-ci il təvəllüdlü X9ması müəyyən edilmiş, onun 2017-ci ilin aprel ayı ərzində bir halda AR-ə səfər etməsi faktı qeydə alınmışdır. Gizir İddiaçı “Facebook”, “Tik-Tok” və “instaqram” sosial şəbəkələrindən istifadə etməsi, orada hərbi geyimdə silahla fotoşəkillərini yerləşdirməsi faktları aşkar edilmişdir. Gizir İddiaçı “Durak” mobil oyun tədbiqinin dostluq siyahısında aşkar edilmiş milliyyətcə erməni olan “Ваня Цугунян” adlı şəxsi tanımadığım, onu təsadüfən dostluq siyahısına qəbul etməsini bildirmişdir. Bununla yanaşı araşdırma zamanı gizir İddiaçı xx.xx.2021-ci il tarixdə “Meydan TV” müxalifət kanalına müraciət ünvanlayaraq Göygöl rayonu Toğanalı kəndində ətraf mühitin çirklənməsini əks etdirən video göndərməsi aşkar edilmişdir. Hərbi qulluqçu əməlini “Meydan TV” kanalının çox baxımlı olması ilə əlaqələndirməyə çalışmışdır. Araşdırmanın nəticəsi xx.xx.2021-ci il tarixdə DSX rəisinə məruzə edilmiş, dərkənara əsasən materiallar SQ, KBİ-nə təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, gizir İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında" xx.xx.2017-ci il tarixli, 07 №-li əmrini pozaraq “Smart” tipli mobil telefondan istifadə edərək “Tik-tok” sosial şəbəkəsinə daxil olmuşdur. Qeyd olunan hallara görə o, sərhəd komendantlığında xidməti fəaliyyətindən uzaqlaşdırılaraq sərhəd dəstəsinə düşürülmüş, hərbi hissənin rəhbərliyi tərəfindən dinlənilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar gizir -İddiaçı attestasiyası keçirilmişdir. Attestasiya komissiyası üzvləri hərbi qulluqçunun bu kimi ciddi nöqsanlarının, baş verməsinin bağışlanılmaz olduğunu qeyd edərək, baş vermiş hadisənin ciddi olmasını nəzərə almış və gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81 -ci maddəsinin V bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə) müvafiq olaraq aşağı vəzifəyə keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını məqəsəduyğun hesab etmişdir. Hərbi hissənin attestasiya komissiyasının 17 noyabr 2021ci il tarixli yekun rəyi nəzərə alınaraq 5-ci sərhəd komendantlığı döyüş dəstəyi bölüyü komandirinin mənəvi-psixoloji hazırlıq üzrə müavini gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 81-ci maddəsinin “v” bəndinə (işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçrildikdə) müvafiq olaraq aşağı vəzifəyə keçirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsəduyğun hesab edilmişdir. Həmçinin 2021-ci ilin dekabr ayında SQ “Qazax” ƏSDV-nın 5-ci sərhəd komendantlığının döyüşə dəstək bölüyü komandirinin müavini gizir İddiaçı xidməti ərazidə “Smart” tipli mobil telefondan istifadə etməsi faktı DTİ (Daxili Təhlükəsizlik İdarəsi) tərəfindən araşdırılmışdır. Yoxlama zamanı gizir İddiaçı “whatsapp” proqramı vasitəsi ilə İİR mobil operatoruna məxsus +**********08 nömrəli abonentlə yazışması, “Durak” mobil oyun tədbiqinin dostuq siyahısında milliyyətcə erməni olan “Ваня Цугунян” adlı istifadəçinin olması və “Youtube” internet portalının “Meydan TV” kanalına anonim qaydada şikayət xarakterli müraciət ünvanlaması faktları müəyyən edilmişdir. İstiqamətlər üzrə araşdırma aparılaraq hərbi qulluqçunun izahatı alınmışdır. Məlum olmuşdur ki, İddiaçı əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəliyi kobud şəkildə pozmuşdur. Gizir İddiaçı xidmətə qəbul edilərkən həmin öhdəliklə tanış olmuş və DSX-nin rəisinin “DSX əməkdaşlarının Respublika daxilində və xarici ezamiyyətlər zamanı əcnəbilərlə xidmətdənkənar əlaqələri barədə məruzə edilməsi haqqında” əmrin tələbləri tərəfindən pozulduqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdar edilərək öhdəliyi imzalamışdır. Gizir İddiaçı “Facebook”, “Tik- Tok” və “İnstaqram” sosial şəbəkələrindən istifadə etməsi; orada hərbi geyimdə silahla fotoşəkillərini yerləşdirməsi faktları aşkar edilmişdir. Həmçinin sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidmətinin Aparatında və hərbi hissələrində dövlət sirri təşkil edən məlumatların mühafizəsinin informasiya təhlükəsizliyinin, məxfiçilik rejiminin qorunmasının təmin edilməsi və mobil telefonların istifadəsinin tənzimlənməsi haqqında" əmrin və “DSX əməkdaşlarının Respublika daxilində və xarici ezamiyyətlər zamanı əcnəbilərlə xidmətdənkənar əlaqələri barədə məruzə edilməsi haqqında” əmrin tələblərini pozması müəyyən edilmişdir. Aparılmış araşdırma nəticəsində Dövlət Sərhəd Xidməti rəisinin müavini-X3 31 dekabr 2021-ci il tarixli, 966 ş/h nömrəli əmri ilə sabiq hərbi qulluqçu İddiaçı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmət uyğunsuzluğa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin 4-cü sərhəd komendantlığı mühafizə və təminat tağımı təminat qrupunun komandiri vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və onunla bağlanmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv olunmuş, 29 dekabr 2021-ci il tarixdən şəxsi heyətin siyasindən və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinə göndərilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin:

1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifəvə hərbi xidmət haqqında” Əsasnamənin 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X1rşı əmrdə dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli “Qazax” X1rşı əmrdə dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar