Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1175/2021 26.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı hüquqi varisi X1 nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə şəhəri, 9-cu məhəllə, Bakı küçəsində, mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərindəki hüquqların qabaqcadan qeydiyyatını aparmaqla həmin hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhəri, 9-cu məhəllə, Bakı küçəsində, mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323.6 kv.m olan qeyriyaşayış sahəsinin üzərindəki hüquqların qabaqcadan qeydiyyatını aparmaqla həmin hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoylması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, 9-cu məhəllə, Bakı küçəsində mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323,6 kv.m olan qeyri-yaşayış sahəsi üzərində hüquqlar onun və X6 adına hər birinə 1/2 hissədə paylar olmaqla “qabaqcadan qeydiyyata alınmış və bu barədə 09.09.2011-ci il tarixində, **********98-06301 reyestr nömrəli, “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış” verilməklə daşınmaz əmlak dövlət reyestrinin 2 nömrəli reyestr kitabının 4 nömrəli vərəqəsində qabaqcadan qeydiyyata alınmışdır. 08.08.2019-cu il tarixdə, Bərdə rayon 1 saylı notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq olunmuş AN-İ N ******* saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında X7 məxsus 1/2 hissəyə dair hüquqlar (661.8 kv.m qeyri- yaşayış sahəsi, 0,30 ha torpaq sahəsi) X6 etibarnamə üzrə nümayəndəsi X14 tərəfindən 19.000 (on doqquz min) manata ona satılmışdır. Alqı-satqı müqaviləsindən sonra hüquqların adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 29.03.2021-ci il tarixli, **********03 nömrəli məktubla faktiki olaraq 08.08.2019-cu il tarixli, AN-İ N ******* saylı “daşınmaz əmlakın alqısatqı müqaviləsi” üzrə əldə etdiyi hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından və beləliklə də adına “hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”ın verilməsindən imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 19.05.2021-ci il tarixdə öldüyündən 23.09.2021-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə məhkəmə iddiaçını hüquqi varisi X4 ilə əvəz etmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi varisi X1 nümayəndəsi (vəkili) X8 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həqiqətən sözügedən daşınmaz əmlakın tikintisi başa çatmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı Çıraq qızının hüquqi varisi X1 etibarnamə üzrə nümayəndəsi X2 şəhəri 9-cu məhəllə, Bakı küçəsi ərazisində yerləşən sənəd üzrə 0.60 ha torpaq sahəsi üzərində yerləşən yarımçıq tikili olan qeyri yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 13.07.2021-ci il tarixli ********** saylı ərizə və ərizəyə əlavə olunan hüquq müəyyənedici sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmiş, vətəndaşın ərizəsinə baxılmış, iddia ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, üzərində yarımçıq tikili kimi qeydiyyata alınması tələb olunan tikili hal-hazırda yarımçıq tikili deyil, tikili tikilib başa çatdırılmışdır. Bu səbəbdən də sözügedən əmlakı yarımçıq tikili kimi qeydiyyata alıb dövlət reyestrindən arayışın verilməsi mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim olunmaqla müraciət olunacağı təqdirdə sözügedən qeyri yaşayış binası, həmçinin qeyri yaşayış binasının yerləşdiyi 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini 08.08.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi, Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən tərəfindən verilmiş arayış, Muğan Bank ASC-nin Bərdə rayon filialının 07.08.2014-cü il tarixli 395/2014 nömrəli məktubu, 07.08.2014-cü il tarixli xəzinə mədaxil orderi, 13.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, 22.06.2021-ci il tarixli, AZ-İİ 181935 nömrəli ölüm haqqında şəhadətnamə, cavabdehin 29.03.2021-ci il tarixli **********03 nömrəli imtina məktubu və 11.10.2021-ci il tarixli **********27 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş arayışdan görünür ki, Bərdə şəhəri, 9-cu məhəllə, Bakı küçəsində mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323,6 kv.m olan daşınmaz əmlak İddiaçı və X6 ½ hissəsi kimi daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. 08.08.2019-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, X3 şəhəri, 9-cu məhəllə, Bakı küçəsində mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323,6 kv.m olan daşınmaz əmlakı İddiaçı mülkiyyətinə vermişdir. 22.06.2021-ci il tarixli, AZ-İİ 181935 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 19.05.2021-ci il tarixdə ölmüşdür. 13.07.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 vəfat etmiş İddiaçı vərəsəsi kimi tanınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş qaydada tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. 17.2. Tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. 17.7. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasınm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuşdur. Həmin normaya görə bu əsaslara aiddir: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsınə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1-ci maddə); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol (8.0.2-ci maddə); daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakmdakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı 8.0.3-cü maddə); qanuni qüvvəyə minmiş məhkəmə qərarları. (8.0.4-cü maddə); bu Qarnın qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları" tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və ya qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (8.0.5-ci maddə); mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) (8.0.6-cı maddə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər (8.0.7-ci maddə); bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər (8.0.8-ci maddə) və s. 9.1 və 9.2-ci maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. İşin faktiki hallarından görünür ki, qabaqcadan qeydiyyatı tələb olunan tikintinin tikintisi artıq başa çatdırılmışdır. Belə olan halda iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 17-ci maddəsinə əsaslanaraq tələbinin təmin olunması hüququna malik ola bilməz. Belə ki, həmin maddənin tələbinə görə tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinin tələbinə uyğun olmuşdur. Ona görə də məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddiaçı hüquqi varisi X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Bərdə şəhəri, 9-cu məhəllə, Bakı küçəsində, mülkiyyətdə olan 0,60 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 1323.6 kv.m olan qeyri-yaşayış sahəsinin üzərindəki hüquqların qabaqcadan qeydiyyatını aparmaqla həmin hüquqların qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1175/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1175/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver