Məhkəmə qərarları › İş №2-1(114)-1176/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1176/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1176/2024 10.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı sərəncamların ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X41) qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Agentliyinin xx.xx.2015-ci il tarixli 24 nömrəli və xx.xx.2015-ci il tarixli 29 nömrəli sərəncamların Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən 5760 kv.m torpaq sahəsinin üçüncü şəxs X37 icarəyə verilməsi və özəlləşdirilməsi hissələrində ləğv edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən ümumi sahəsi 293 kv.m olan qeyri-yaşayış binası üzərində X38 xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 24 nömrəli sərəncamı ilə Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5760.0 kv.m torpaq sahəsinin X31 icarəsinə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin sonuncuya icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi ilə X41 arasında özəlləşdirilən dövlət müəssisə və okyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli 78 nömrəli müqavilə bağlanmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 29 nömrəli sərəncamı ilə Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5760.0 kv.m torpaq sahəsi X1 qərara alınmış, həmin torpaq sahəsinin sonuncuya satılması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi ilə X41 arasında xx.xx.2015-ci il tarixli 150 nömrəli özəlləşdirilən dövlət müəssisəs və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır.

4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-25/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 3 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyində olan “Qonaq evi”in hərracdan satılma yolu ilə özəlləşdirilməsinə dair ƏMDK-nin 23 yanvar 2015-ci il tarixli sərəncamı, həmin sərəncam əsasında 24 fevral 2015-ci ildə keçirilmiş hərracın 1 nömrəli protokolu, hərracın qalibi olmuş X41 ilə ƏMDK arasında bağlanmış “Qonaq evi”nin alqı-satqısına dair 27 fevral 2015-ci il tarixli 2950 nömrəli müqavilənin etibarsız hesab olunması, qalan hissədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. Həmin qətnamə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(104)-589/2017 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.

5. Dövlət əmlakının özəlləşdirilməsinin ləğvi barədə xx.xx.2019-cu il tarixli 03 nömrəli sərəncama əsasən ünvan 3 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan “Qonaq evi”nin hərracdan satılması yolu ilə özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli sərəncamının, həmin sərəncam əsasında xx.xx.2015-ci il tarixində keçirilmiş hərracın 1 nömrəli protokolunun və hərracın qalibi olmuş X41 ilə Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2950 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Bərdə Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(021)-25/2016 nömrəli qətnaməsi nəzərə alınmış, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli 21 nömrəli sərəncamı ləğv edilmişdir.

6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-544/20 nömrəli qətnaməsi ilə iddiaçı X31 cavabdehlər X21, X10, X22, İddiaçı, X23, X32, X33, X24, X14, VNümayəndə İbrahim oğluna, X6, X15, X34, X25, X8, X26 və X27 qarşı "mülkiyyətində olan torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının həyata keçrilməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sahibliyinə və istifadəsinə verilməsi" tələbinə dair iddiasının təmin olunmaması, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar X16, X9, X17, İddiaçı, X18, X28, X29, X19, X12, VNümayəndə İbrahim oğlunun, X5, X13, X30, X20 və X7 cavabdehlər X37 və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "xx.xx.2015-ci il tarixli 150 saylı alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması" tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi, X42 ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyi arasında xx.xx.2015ci il tarixli 150 saylı "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqısatqı müqaviləsi və cavabdeh X31 adına verilmiş xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********38-06301 reyestr nömrəli RX seryalı ******* saylı çıxarışın etibarsız hesab olunması qət edilmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)-1239/2022 nömrəli qətnaməsi ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)-544/20 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmaqla, ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı X31 mülkiyyətində olan Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən 5760 kv.m torpaq sahəsində yerləşən 293 kv.m qeyriyaşayış binası və həmin binadan küçəyə giriş-çıxış üçün zəruri olan yol hissəsi istisna olmaqla, qalan torpaq sahəsinin cavabdehlərin zəbtindən azad edilməsi və ilk iddia üzrə iddiaçının faktiki sahibliyinə və istifadəsinə qaytarılması, həmin torpaq sahəsindən ilk iddia üzrə cavabdehlərin ilk iddia üzrə iddiaçının istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə törətdikləri maneələrin aradan qaldırılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-11494/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin 28 avqust 2015-ci il tarixli, 24 nömrəli sərəncamı ilə Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən X31 mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi 5760 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Agentlik ilə Əli Babayev arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 78 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi sonuncunun icarəsinə verilmişdir. Sonradan Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli, 29 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Agentlik ilə bağlanmış xx.xx.2015-ci il tarixli 150 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi Əli Babayev tərəfindən özəlləşdirilmişdir. İİ. Məhkəmədə icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs X41) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Agentliyinin xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli 29 nömrəli sərəncamların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 20 nəfər ailə üzvü olmaqla 1993cü ildən Azərbaycan Respublikasının Kəlbəcər rayonu mənfur düşmən tərəfindən işğal olunandan sonra dövlət tərəfindən məcburi köçkün kimi ünvan 3 ünvanında 5760 kv.m torpaq sahəsində və orada yerləşən "Qonaq evi"ndə məskunlaşmışlar. 30 ildir ki, orada yaşamaqlarına baxmayaraq, yaşadıqları "Qonaq evi" üçüncü şəxs X37 o vaxtki Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Agentliyi tərəfindən satılmışdır. Onlar məhkəməyə müraciət edərək, "Qonaq evi"nin özəlləşdrilməsinə dair 23 yanvar 2015-ci il tarixli sərəncamı, həmin sərəncam əsasında keçirilmiş hərracın 1 saylı protokolu, alqısatqı müqaviləsini mübahisələndirmişlər. Bərdə Rayon Məhkəməsinin 28 oktyabr 2016-cı il tarixli, 2(021)-25/2016 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin bu işlər yekunlaşdıqdan sonra, Əmlak Məsələləri Dövlət Komitəsinin Torpaqların İdarəetmənin Təşkili üzrə Dövlət Agentliyi guya ki, "Qonaq evi"ndən başqa 5760 kv.m torpaq sahəsini də Əli Babayevə satmışdır. Birinci dəfə işə baxılarkən heç bir sənəd mövcud olmamışdır. Bundan sonra isə Əli Babayev onların ailə üzvləri ilə birgə həmin torpaq sahəsindən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmələr isə işə baxarkən guya 28 avqust 2015-ci il tarixli sərəncamla həmin torpaq sahəsinin Əli Babayevə icarəyə verilməsi barədə və 11 sentyabr 2015-ci il tarixli 29 saylı sərəncamla qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmişdir. Bu işlərə də baxılarkən ümumiyyətlə həmin sənədlərin mövcüdluğu öz təsdiqini tapmamış, iş materiallarında mövcud olmamışdır. Ancaq Ali Məhkəmənin 25 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmin sərəncamlar mübahisələndirilmədən alqı-satqı müqavilələrinin mübahisələndrilməsi yol verilməzdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə onların sorğu məktubuna cavab olaraq həmin sərəncamları onlara verməmiş və bunun yalnız məhkəmə qaydasında verilməsinin mümkünlüyünü bildirmişdir. Qeyd edilməlidir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə onların məcburi köçkün olaraq həmin torpaq sahəsində və orada yerləşən "Qonaq evi"ndə məskunlaşdıqları halda həmin ərazilərin satılması qanunsuzdur.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

12. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Agentliyinin xx.xx.2015-ci il tarixli 24 nömrəli və xx.xx.2015-ci il tarixli 29 nömrəli sərəncamların Bərdə şəhəri X59 küçəsi 52 ünvanında yerləşən 5760 kv.m torpaq sahəsinin üçüncü şəxs X37 icarəyə verilməsi və özəlləşdirilməsi hissələrində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. II. Prosessual məsələlər

13. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardaı ilə X41 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

15. İddiaçıların vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri, mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil omuş və etiraz onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli, 21 nömrəli sərəncamı ilə ünvan 5 ünvanında yerləşən "Qonaq evi"nin hərrac vasitəsilə özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, qeyd edilən hərracın qalibi xx.xx.2015-ci il tarixli, 01 nömrəli hərrac protokoluna əsasən X41 olmuşdur və onunla Əmlak Məsələləri Dövlət Komitəsi arasında xx.xx.2015-ci il tarixli, 2950 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq, həmin əmlakın yerləşdiyi 5760 kv m torpaq sahəsinin icarəyə verilməsi barədə Komitə yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2015-ci il tarixli, 24 nömrəli sərəncam verilmiş və onun əsasında tərəflər arasında xx.xx.2015-ci il tarixli, 78 nömrəli icarə müqaviləsi bağlanmışdır. Sözügedən torpaq sahəsinin özəlləşdirilməsi barədə Komitə yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2015-ci il tarixli, 29 nömrəli sərəncam verilmiş və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmin torpaq sahəsi icarəçi X41 ilə Agentlik arasında bağlanılmış xx.xx.2015-ci il tarixli, 150 nömrəli alqı-satqı müqaviləsi əsasında özəlləşdirilmişdir. Bildirirlər ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən müvafiq sərəncamlar qəbul edilən zaman iddiaçının həmin sahə üzərində hər hansı hüququ mövcud olmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məcburidir. Daşınmaz əmlak üzərində mülkiyyət və s. hüquqlar ancaq qeydiyyat sənədlərinə əsasən müəyyən olunur. Belə olan halda iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hər hansı hüququnun mövcud olmaması onun həmin sahə üzərində hər hansı hüququnun mövcudluğunu istisna edir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-754/2022-ci il tarixli qərarından görünür ki, bundan əvvəl mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı işə mülki məhkəmə icraatında baxılan zaman iddiaçının mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı iddia irəli sürülməsi üçün hər hansı subyektiv hüquqa malik olmadığı məhkəmə qərarı ilə müəyyən olunmuşdur (Qərarın on yeddinci səhifəsinin beşinci abzası). Göründüyü kimi, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi X31 mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın 4.6.4-cü, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"yə uyğun olaraq icarəyə götürülmüş torpaq sahəsi ilk növbədə 100% dəyəri ilə satın alınması üçün icarəçi X37 təklif olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının sözügedən torpaq sahəsində hər hansı hüquqları qeydiyyata alınmadığından, Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən mübahisələndirilən sərəncamlar qəbul edilən zaman, iddiaçının həmin torpaq sahəsinin icarəyə götürülməsi və özəlləşdirilməsi ilə bağlı hər hansı hüququ pozulmamışdır. Eyni zamanda, iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-544/20 nömrəli qətnaməsindən (qətnamənin dördüncü səhifəsinin altı və yeddinci abzasları) və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-754/2022 nömrəli qərarından (qərarın on beşinci səhifəsinin beşinci abzası) görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi ilə bağlı hazırda mübahisələndirilən sərəncamlardan məlumatlı olmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı 3 il ərzində mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsindən və özəlləşdirilməsindən məlumatlı olmuşdur. Göründüyü kimi, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunda tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərinə hər hansı hüquqları sübut olunmadığından, onun hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

17. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisələndirdikləri sərəncam rəsmi qaydada cavabdeh orqan tərəfindən onlara təqdim edilməmişdir. İşə mülki məhkəmələrdə baxılan zaman da iş materiallarında yalnız mübahisəli torpaq sahəsinə dair icarə və alğı-satqı müqavilələri olmuş, inzibati akt olan sərəncamlar isə mövcud olmamışdır. Həmin sərəncamlar onlara təqdim edilmədiyindən hesab edir ki, iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddət də ötürülməmişdir.

19. Cavabdehin nümayəndəsi X35 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

21. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır.

22. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

23. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

24. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. İş materialları ilə müəyyən olunur ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən ümumi sahəsi 293 kv.m olan qeyri-yaşayış binası xx.xx.2015-ci il tarixdən X38 xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 24 nömrəli sərəncamı ilə həmin qeyriyaşayış binasının yerləşdiyi 5760.0 kv.m torpaq sahəsinin X31 icarəsinə verilməsi qərara alınmış və tərəflər arasında özəlləşdirilən dövlət müəssisə və okyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2015-ci il tarixli 78 nömrəli müqavilə bağlanmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X4 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2015-ci il tarixli 29 nömrəli sərəncamı ilə Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5760.0 kv.m torpaq sahəsinin X1 qərara alınmış və tərəflər arasında xx.xx.2015-ci il tarixli 150 nömrəli özəlləşdirilən dövlət müəssisəs və obyektlərinin, fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır.

26. Hazırda iddiaçı ünvan 3 ünvanında 5760 kv.m torpaq sahəsində yerləşən "Qonaq evi"ndə məskunlaşdıqlarını əsas gətirməklə, sözügedən sərəncamları mübahisələndirir.

27. Məhkəmə ilk növbədə qeyd edir ki, qanuni qüvvədə olan məhkəmə qərarı (Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(104)- 1239/2022 nömrəli qətnaməsi) ilə iddiaçının Bərdə şəhəri, X59 küçəsi, 52 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 5760.0 kv.m torpaq sahəsinə dair subyektiv hüququnun olmaması müəyyən edilmişdir.

28. Belə ki, X41 cavabdehlər İddiaçı və digərlərinə qarşı torpaq sahəsinin sahibliyinə və istifadəsinə verilməsi tələbinə dair ilkin iddia qaldıran zaman, İddiaçı və digərləri də həmin şəxsə qarşı xx.xx.2015-ci il tarixli 150 saylı alqı-satqı müqaviləsinin və xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması" tələbinə dair qarşılıqlı iddia qaldırmışlar. Həmin işə mülki mühakimə icraatı qaydasında baxılan zaman qarşılıqlı iddia üzrə iddiaçıların qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadıqları qeyd edilmişdir.

29. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(104)-1239/2022 nömrəli qətnaməsində (5-ci vərəq, 3 və 4-cü abzaslar) qeyd edilmişdir ki:

30. “Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçıların hazırkı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışlar. Belə ki, işin müəyyən eidlmiş hallarına əsasən qarşılıqlı iddia üzrə iddiaçılar ilk iddia üzrə iddiaçının mükiyyətində olan Bərdə şəhəri, X59 küçəsi 52 ünvanında yerləşən 5760 kvm. torpaq sahəsində yerləşən 293 kv.m sahədən ibarət «qonaq evi»ndə məskunlaşmışlar. İlk iddia üzrə iddiaçının tələbi isə tikilinin yerləşdiyi 293 kvm hissəsi və tikilidən küçəyə giriş-çıxış üçün zəruri olan yol hissəsi istisna olmaqla, qalan torpaq sahəsi üzərində istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi ilə bağlı cavabdehlərin törətdikləri maneələrin aradan qardırılmasına və torpaq sahsənin onun sahibliyinə qaytarılmasından ibarət olmuşdur. Göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçıların məskunlaşdığı yer 5760 kvm. torpaq sahəsində yerləşən 293 kv.m sahədən ibarət «qonaq evi» olmuşdur ki, həmin qonaq evinin yerləşdiyi torpaq sahəsi və küçəyə giriş-çıxış üçün zəruri olan yol hissəsi istisna olmaqla, qalan torpaq sahəsi qarşılqılı iddia üzrə iddiaçıların məskunlaşdığı sahə hesab edilmir. Qarşılıqlı iddia üzrə iddiaçılar həmin torpaq sahəsində ağaclar əkməsi isə onları bu sahədə məskunlaşması anlamına gəlməməkdədir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən isə görünür ki, həmin torpaq sahəsi boş olmaqla, torpaq sahəsini kol-kos basmışdır.

31. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar xx.xx.2015-ci il tarixli, 150 saylı "Ozəlləşdirilənndövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi"ni mübahilələndirmək üçün subyektiv hüquqa malik olmamışlar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işin digər faktiki hallarına hüquqi qiymət verilməsinə zərurət qalmamaqla, qarşılıqlı iddia təmin edilməli olmayan iddia olmuşdur.”

32. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

33. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

34. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

35. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Məhkəmə onu da qeyd edir ki, hətta iddiaçının hazırkı iş üzrə subyektiv hüququnun mövcudluğu halında belə, iddia mümkün iddia deyildir.

37. Belə ki, mübahisələndirilən sərəncamlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

38. İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin normaya görə, barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt və ya barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt) mübahisələndirmə haqqında iddianın predmeti ola bilər.

39. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

40. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

41. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

42. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncamlar xx.xx.2015ci il və xx.xx.2015-ci il tarixlərdə qəbul edilmişdir.

43. İddia ərizəsinə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)-544/20 nömrəli qətnaməsindən (qətnamənin dördüncü səhifəsinin altı və yeddinci abzasları) və Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)-754/2022 nömrəli qərarından (qərarın on beşinci səhifəsinin beşinci abzası) görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi və özəlləşdirilməsi ilə bağlı hazırda mübahisələndirilən sərəncamlardan ən gec halda həmin vaxtdan etibarən məlumatlı olmuşdur.

44. Yəni, iddiaçının sözügedən sərəncamlardan 2022-ci ildən məlumatı olmuş, lakin onu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş və müddəti ötürmüşdür.

45. İddiaçının vəkil olan nümayəndəsi Nümayəndə məhkəmə iclasında hazırda mübahisələndirdikləri sərəncam rəsmi qaydada cavabdeh orqan tərəfindən onlara təqdim edilmədiyi üçün iddianın qaldırılması üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddət də ötürülmədiyini bildirmişdir.

46. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı tərəf ən geci 2022-ci ildə bu barədə məlumatlı olsa da, yalnız 2023-cü ilin iyul ayında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək, sözügedən sərəncamların surətinin təqdim edilməsini xahiş etmiş və müraciətləri xx.xx.2023-cü il tarixli məktubla cavablandırılaraq, sərəncamlar barədə məlumat verilmişdir. İddiaçı tərəf həmin məktubu aldıqları vaxtdan da müddəti ötürməklə hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişlər.

47. Göründüyü kimi, bütün hallarda 30 günlük müddət iddiaçı tərəfindən ötürülmüşdür.

48. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

49. İPM-in: - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar