Məhkəmə qərarları › İş №2-1(114)-1182/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1182/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1182/2021 29.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçı “X18” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Qanuni nümayəndə1, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı “X18” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qazax rayon X12 (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, "xxxx" MMC və "xxxx" MMC) qarşı 19.11.2003-cü il tarixli, 17 saylı qərarının etibarsız hesab olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Qazax rayonu X10 19.11.2003-cu il tarixli, 17 saylı qərarına əsasən bələdiyyənin ümumi istifadəsində olan daşlı örüş sahəsindən 70 ha torpaq sahəsinin «Diatomit» X13 bentonit gil istehsalı məqsədi ilə uzun müddətli istifadəyə verilməsi və bələdiyyə ilə «Diatomit» X15 arasında icarə müqaviləsinin bağlanması, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin hazırlanıb verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilməsi qərara alınmışdır. "xxxx" MMC «Diatomit» X9 hüquqi varisidir. İddiaçı “X18” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə -iddiaçı) cavabdehlər Qazax rayon Daş Salahlı kənd bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 təşkli üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “Aqrar İslahat Komissiyasının qərarının “X17” ASC-nin balansında olan torpaq sahəsinin Qazax rayonu X12 ayrılması, bələdiyyənin həmin torpaq sahəsini "xxxx" MMC-nin icarəsinə verilməsi barədə 19.11.2003-cü il tarixli, 17 saylı qərarının və tərəflər arasında bağlanmış 19.11.2003-cü il tarixli 1/15 saylı icarə müqaviləsinin etibarsız hesab olunması” tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 24.05.2021-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərildikdən sonra 01.10.2021-ci il tarixdə iddiaçı “X18” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Qazax rayon X12 (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 təşkli üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) qarşı yenilənmiş iddia ərizəsi təqdim edərək “X18” ASC-nin balansında olan torpaq sahəsinin Qazax rayonu X16 tərəfindən "xxxx" MMC-nin icarəsinə verilməsi barədə 19.11.2003-cü il tarixli, 17 saylı qərarının etibarsız hesab olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14.10.2021-ci il tarixli qərardadı ilə yenilənmiş iddia ərizəsi inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, 2018-ci ildə "xxxx" MMC cavabdeh "AzRosPromİnvest” MMC-yə qarşı iddia ərizəsi ilə özbaşına torpaq sahəsində inşa edilmiş konstruksiyalar və tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən məcburi qaydada çıxarılması və dəymiş zərərin ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsindən məlum olmuşdur ki, dövlət mülkiyyətində, "xxxx" MMC-nin isə qanuni istifadəsində olmasına baxmayaraq torpaq sahəsinin bir hissəsi bələdiyyə tərəfindən "xxxx" MMC-yə ayrılmışdır. Belə ki, Qazax rayonu X10 19.11.2003-cü il tarixli, 17 saylı qərarına əsasən bələdiyyənin ümumi istifadəsində olan daşlı örüş sahəsindən 70 ha torpaq sahəsinin “Diatomit” X13 (hazırkı hüquqi varisi - "xxxx" MMC) bentonit gil istehsalı məqsədi ilə uzun müddətli istifadəyə verilməsi və icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Göstərilən faktlara əsaslanaraq, səlahiyyətli dövlət orqanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə qarşı 19.11.2003-cü il tarixli 17 saylı qərarının etibarsız hesab edilməsinə dair iddia ərizəsi verilmişdir. Bu iş üzrə aparılmış məhkəmə araşdırması zamanı aşkar olunmuşdur ki, mübahisəli torpaq sahəsi (mədən) bələdiyyənin balansında olan torpaq sahəsi kimi onun xəritəsində örüş sahəsi şəklində aks olunmuşdur. Beləliklə, mübahisəli torpaq sahəsi ilə bağlı belə bir ziddiyətli vəziyyət yaranmışdır: 1) dağ-mədən ayırmaları, habelə reyestr məlumatlarına əsasən bu torpaq sahəsi dövlət obyektlərinin (faydalı qazıntı yataqları) yerləşdiyi dövlət mülkiyyətində olan torpaqlara aiddir; 2) Qazax rayon Aqrar İslahat Komissiyasının qərarı ilə həmin torpaq sahəsi 1999-2000-ci illərdə örüş torpaq sahəsi kimi bələdiyyənin balansına verilmişdir. Qeyd edilən məhkəmə işlərinin gedişatı ərəfəsində, iddiaçı qanuni istifadəsində olmuş və təsisçisi olduğu müəssisəyə pay haqqı kimi qoyduğu torpaq sahəsinin və ətrafının Qazax rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən Qazax rayon X12 verilməsi və Qazax rayon X10 19.11.2003-cü il tarixli 17 saylı qərarı və bağladığı 19.11.2003-cü il tarixli 1/15 saylı icarə müqaviləsinə əsasən “Diatomit” X13 icarəyə verilməsi məlum olmuşdur. Həmin məhkəmə işlərində “X18” ASC nə cavabdeh, nə də üçüncü şəxs qismində işə cəlb edilməmişdir. “Daş Salahlı” gil yatağında dağ-mədən işləri 1972-ci ildən aparılır Belə ki, 1970-1980-ci illərdə aparılış geoloji-kəşfiyyat işləri nəticəsində aşkar edilmiş gil ehtiyatları X11 Komitəsinin Mineral Ehtiyatlar Fonduna daxil edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 23.12.1978-ci il tarixli 441 nömrəli (217,05 ha) və 12.09.1986-cı il tarixli 289 nömrəli (138 ha) qərarları ilə ətraf kolxoz və sovxozların ərazisindən ümumilikdə 355,05 ha torpaq sahəsi SSRİ Qara Metallurgiya Nazirliyinin Azərbaycan X1 tərkibində olmuş X19 İdarəsinə ayrılmışdır. Buna dair “Torpaqdan istifadə hüququna aid” B№000305 (217,05 ha) və B№ 003123 (138 ha) dövlət aktları verilmişdir. SSRİ Qara Metallurgiya Nazirliyinin 01.08.1991-ci il tarixli 3 saylı əmri ilə X19 İdarəsi Azərbaycan X2 tərkibindən çıxarılaraq "xxxx" Dövlət Şirkətinin tabeliyində müstəqil hüquqi status əldə etmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 28.01.2002-ci il tarixli 31 saylı sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş X19 İdarəsinin bazasında onun hüquqi varisi olan “X20” ASC yaradılmışdır. 20.05.2005-ci il tarixli dövlət qeydiyyatına əsasən “X20” ASC “X18” ASC-yə çevrilmişdir. Beləliklə, “X18” ASC X19 İdarəsinin hüquqi varisidir və onun adına rəsmiləşdirilən 355,05 ha sənaye təyinatlı dövlət torpaqlardan istifadə hüququ “X18” ASCyə məxsusdur. Həmin torpaq sahəsindən istifadə hüququna dair müvafiq dövlət aktlarına əsasən DƏDRX-dən 02.08.2006-cı il tarixli çıxarışlar alınmışdır. Daha sonra həmin torpaqlardan 315,54 ha sahəsinin üzərində 50 il müddətinə istifadə hüququ Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr 971 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”na uyğun olaraq "xxxx" MMCnin nizamnamə kapitalına (fonduna) verilmişdir. Buna dair 14.04.2010-cu il tarixli çıxarışlar alınmışdır. "xxxx" MMC hazırda hasilat apardığı bentonit gili yataqlarının ehtiyatları dövlət balansında olmaqla, sonuncu istismara verilmiş mədən (karxana) 1992-ci ildən istifadə edilir. Bu fakt hər il müvafiq forma üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilən hesabatlarda əks olunub. Lakin göstərilənlərə zidd olaraq, Aqrar İslahat Komissiyası tərəfindən mübahisəli torpaq sahəsi bələdiyyəyə ayrılmışdır. “X18” ASC 1992ci ildən 2006-cə ilədək, "xxxx" MMC isə 2007-ci ildən mübahisəli torpaq sahəsinə faktiki sahiblik etmişdir. İddiaçı tərəfindən həmin ərazinin icarəyə götürülməsi, orada dağ-mədən sənayesinə aid işlərin həyata keçirilməsində heç bir qanun pozuntusu olmamış, əksinə aqrar islahat komissiyası tərəfindən faktiki istifadəsində olan dövlət mülkiyyətinə aid torpaq sahəsi qanunsuz olaraq Qazax rayon X12 ayrılmış, Bələdiyyə isə "xxxx" MMC-nin icarəsinə vermişdir. Həmin vaxt fəaliyyət göstərən X7rşıya qoyulmuş aqrar islahatı başa çatdırdığı üçün ləğv edilmişdir. İddiaçı “X18” ASC-nin balansında olan torpaq sahəsinin Qazax rayonu X16 tərəfindən "xxxx" MMC-nin icarəsinə verilməsi barədə 19.11.2003-cü il tarixli, 17 saylı qərarının etibarsız hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və iddia tələbinin əsassız olması ilə əlaqədar rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisə edilən torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsi barədə qərar qəbul etmişdir. Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, eyni iddia tələbi ilə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Qazax rayon X12 qarşı məhkəməyə müraciət etmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 15.11.2019-cu il tarixli 2-1(083)-1825/2019 nömrəli qərarı ilə tələbi təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-305/2020 saylı 16.03.2020-ci il tarixli Qərarı ilə Gəncə İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmişdir. AR Ali Məhkəməsinin 14.10.2020-ci il tarixli 2-1(102)-1621/2020 saylı Qərarına əsasən iddiaçının və üçüncü şəxsin kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsi X6 dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) cavabdeh Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı bələdiyyənin 19.11.2003-cü il tarixli 17 saylı qərarından şikayət verilmə üçün prosessual müddətin bərpa edilməsi və 19.11.2003-cü il tarixli 17 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli 2-1(114)-266/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməməsi, Qazax rayon Daş Salahlı kənd bələdiyyəsinin 19.11.2003-cü il tarixli, 17 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 13.08.2021-ci il tarixli 2-1(104)-446/2021 nömrəli qərardadı ilə "xxxx" MMC-nin şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli 2-1(114)-266/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını və həmin torpaq sahəsinin Diatomit X13 verilməsinə dair 19.11.2003-cü il tarixli 17 saylı qərarının və 19.11.2003-cü il tarixli, 1/15 saylı icarəyə verilməsi haqqında müqavilənin qanuni olması AR Ali Məhkəməsinin 01.06.2021-ci il tarixli 2-2(102)-236/2021 nömrəli Qərarında da öz təsdiqini tapmışdır. Adları çəkilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, eyni mübahisə predmeti (bələdiyyə qərarının etibarsız hesab edilməsi) müxtəlif subyektlər tərəfindən bir neçə dəfə müvafiq instansiyalarda mübahisələndirilsə də, torpaqların mülkiyyətində olması və Diatomit EİB-ə verilməsi barədə qərarın və icarə müqaviləsinin qanuni və əsaslı olması artıq bir neçə dəfə öz təsdiqini tapmışdır. Mübahisəli torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədlərinin yerdə və xəritədə müəyyən edilməsi, torpaq sahəsinin yerquruluşu planının və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə keçirilməsi və yerdə yoxlandıqdan sonra qanunla torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ərazi qurumu tərəfindən təsdiq edilməsi həmin, eləcə də sonuncu tərəfindən torpaqdan müvəqqəti istifadə hüququnu qanuna müvafiq qaydada qeydə alınaraq bu barədə şəhadətnamənin verilməsi torpaq sahəsinin Qazax rayonu X10 mülkiyyətində olması və sonuncunun həmin torpaq üzərində qanuna müvafiq qaydada sərəncam hüququna malik olması qənaətinə gəlməyə əsas verir. Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyi cavabdeh Qazax rayonu X12 qarşı qərarın etibarsız hesab edilməsinə dair iş üzrə Aygül İsgəndərovanın sədrliyi ilə keçirilən iclasda “X18” ASC məhkəmə qərarının onun maraqlarına toxunduğunu bildirmiş, üçüncü şəxs qismində işə cəlb olunmasını və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Məhkəmənin 16.07.2021-ci il tarixli 2-1(083)-1825/2019 nömrəli qərardadı ilə vəsatət təmin edilməmişdir. Belə ki, məhkəmə iclasına “X18” ASC-nin nümayəndəsi bildirmişdir ki, tərəflərindən təsis olunmuş "xxxx" MMC-nin üçünücü şəxs kimi cəlb edildiyi hazırkı iş üzrə mübahisədən və məhkəmə proseslərindən məlumatlı olmuş, lakin işə AR Ali Məhkəməsində baxılan zaman onların maraqlarına uyğun qərar qəbul ediləcəyini güman etmişlər. Beləliklə, AR Konstitusiya Məhkəməsi Plenumunun “AR İPM-nin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeləri nəzərə alınmaqla, inzibati məhkəmə icraatına cəlb olunmamış “X18” ASC iddia etdiyi hüququnun pozulmasından iş üzrə məhkəmə prosessinin getdiyi müddət ərzində məlumatı olduğu üçün vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “məhkəmə qətnaməsi haqqında” 24.11.2005-ci il tarixli 4 nömrəli Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiayallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquqi varislər məhkəmədə eyni iddia tələblərini, eyni əsaslarla üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İş materiallarına iddiaçının təsis sənədlərinin təsdiqlənmiş surəti, 25.09.1980-ci il tarixli 000305 nömrəli və 09.12.1986-cı il tarixli 003123 nömrəli dövlət aktlarının surətləri, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin surəti, Qazax RAİK-nın 24.03.1997-ci il tarixli 04 saylı qərarının təsdiqlənmiş surəti, Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.10.2020-ci il tarixli 2-1(102)- 1621/2020 nömrəli, 01.06.2021-ci il tarixli 2-2(102)-236/2021 nömrəli qərarları, Gəncə İnzibati Məhkəməsinin 16.07.2021-ci il tarixli 2-1(083)-1825/2019 nömrəli qərardadı, Gəncə Apellyasiya Məhkəməsinin 13.08.2021-ci il tarixli 2-1(104)-446/2021 nömrəli qərardadı, Qazax rayonu X10 19.11.2003-cü il tarixli 17 nömrəli qərarının surəti iş əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəlləsinin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmışdır. Həmin normada deyilir ki, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçı da həmin normaya əsasən hazırda inzibati akt Qazax rayonu X10 19.11.2003cü il tarixli, 17 saylı qərarının etibarsızlığının tanınmasını məhkəmədən tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. «İnzibati icraat haqqında» Qanunun 64-cü maddəsinin müddəalarına görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1 hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2 müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt. 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qeyd olunan Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı 19.11.2013-cü il tarixli 17 nömrəli qərarın etibarsızlığını xahiş edir. Mübahisələndirilən inzibati akt Qazax rayon X16 tərəfindən yazılı formada qəbul olunmuş (65.1.1); «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən bələdiyyə səlahiyyətli inzibati orqan olmuş (65.1.2); qanunvericilikdə müəyyən edilmiş qərar formasında tərtib edilmiş (65.1.3); maraqlı şəxslərdən inzibati və cinayət məsuliyyətinə səbəb ola biləcək hərəkətlər etməyi tələb etməmiş (65.1.4); həmin qərar icra olunaraq “X14 Birliyi” ilə icarə müqaviləsi bağlanmış və bu müqavilə əsasında hüquqlar dövlət reyestrində qeydiyyata alınmış (65.1.5); qərar “Diatomit X13 ünvanlanmışdır(65.1.6). Beləliklə, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Digər tərəfdən məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi torpağın dövlət mülkiyyətində olması və ona icarəyə verilməsi barədə arqumentlərlə bağlı qeyd edir ki, həmin məsələlərə əvvəlki məhkəmə işlərində baxılmış, həm apellyasiya instansiya məhkəməsi, həm də kassasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı artıq öz mövqelərini bildirmiş və bu barədə məhkəmə qərarları artıq qanuni qüvvəsini aldığı üçün məcburilik və preyudisiayallıq yaratmışdır. Qeyd olunanlara əsasən məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X18” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qazax rayon X12 (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında X3 Təşkili üzrə Dövlət Agentliyi, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, "xxxx" MMC və "xxxx" MMC) qarşı 19.11.2003-cü il tarixli, 17 saylı qərarının etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar