Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1183/2025 03.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Qazax-Tovuz regional filialından daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyətı üzrə baxılmış və imtina cavabı verilmişdir. İmtina cavabında göstərilmişdir ki, təqdim edilən əmək kitabçası, hərbi bilet, diplomun surəti və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən əmək fəaliyyəti dövrləri 22 il 9 ay 20 gün (xx.xx.1973-cu il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil illəri, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 20 gün sığorta stajına uyğun olaraq 18361.80 manat (2024-cü il tarixinə indeksləşdirilmiş). xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək 4622,58 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22984.38 manat təşkil edir. bu məbləğ qanunvericilikdə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minumum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.2006-ci tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlar arası SMD” dövrün araşdırılması zəruriyyəti yaranmışdır. Fondun bir saylı X1 xx.xx.2024-cu il tarixli aktına əsasən, 71 nömrəli “Təsərrüfatlar arası SMD”nin sənədləri mühafizə olunmaq üçün Tovuz Rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd olunmuş dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (xx.xx.1996-ci il tarixdə işdən azad olma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) habelə təqdim edilən xx.xx.2024-cü il tarixli arayışda əmək haqqı ödənişləri qeyd edilmədiyindən həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, bu cavab qanunsuz və əsassızdır. Onun əmək pensiyası almaq hüququ mövcuddur. Belə ki, cavabdeh orqanın qeyd etdiyi kimi 2006 ilə kimi 18 il, 2 ay, 2 il hərbi xidmət dövrü, 2 il əyani təhsil müddəti və şübhələr olan qeyd etdikləri xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlar arası SMD” dövrün də hesablanaraq 25 il iş stajı bərpa edilməlidir. Bundan əlavə iddiaçı 2019-cu il tarixdən bu günə qədər də X6ndə təmir tikinti işçisi kimi fəaliyyət göstərir. Burada da 5 il iş stajı yaranır. Ümumilikdə 30 ilə yaxın əmək stajı var. Göstərdiyi halları nəzərə alaraq hesab edir ki, inzibati orqanlara etimad prinsipi baxımından yanaşılmaqla cavabdeh orqanın üzərinə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək dövrlərin doldurulma qaydası pozulduğu üçün (müvafiq olaraq xx.xx.1992-ci il tarixdə işdən çıxma əmrinin nömrəsi qeyd edilmədiyindən və xx.xx.1996-cı il tarixdə işdən çıxma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) həmin dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığı bildirilmiş və müraciətin müsbət həlli mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin surətinə, attestatına və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 15 il 22 gün təşkil edir. xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərə dair qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nı pozmaqla tərtib edildiyindən həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Eyni zamanda Ş. Məmmədovun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 10 il 8 ay 22 gün sığorta stajına uyğun olaraq 10809.82 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək (4 il 4 ay sığorta stajına uyğun olaraq) 4203.18 manat olmaqla, ümumilikdə 15013 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən qüvvədə olan əmək müqaviləsi (işəgötürən: “X6” MMC) olduğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı qanunvericiliklə tələb ediləndən az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Odur ki iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş etiraza əlavədə göstərilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 71 nömrəli “Təsərrüfatlararası SMD” də olan dövrə dair qeydlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nı pozmaqla tərtib edildiyindən (xx.xx.1996-cı il tarixdə işdən azad olma əmri SSRİ möhürü ilə təsdiq olunduğundan) habelə iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda əməkhaqqı ödənişləri qeyd edilmədiyindən həmin dövrlər mübahisələndirilərək sosial sığorta stajına daxil edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi bileti, diplomunun surətinə və Nazirliyin elektron informasıya ehtiyatlarında olan məlumatlara əsasən mübahisələndirilməyən sosial sığorta stajı (xx.xx.1973-cu il tarixdən 01.07 1975-ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1977-ci il tarixdən 28. 10. 1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 9 ay 20 gün təşkil edir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 18 il 2 ay 20 gün sığorta stajına uyğun olaraq 18361,80 manat (2024-cü il tarixə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixdən 01.01 2024-cü il tarixədək 4622,58 manat (2024-cü il tarixə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 22984, 38 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 71 nömrəli “Təsərrüfatlararası SMD” də dövrün araşdırılması zərurəti yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. xx.xx.1975-ci il tarixli, 213 nömrəli attestatdan görününür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək təhsil almışdır. xx.xx.1977-ci il tarixli əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işləmişdir. xx.xx.1977-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət keçmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ərizələrə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətlər etmişdir. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciət vərəqələrinə əsasən İddiaçı “ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlı müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciətə baxılacağı və müraciətlərin cavabının ünvan 1i ünvanına göndəriləcəyi bildirilmişdir. Tovuz rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, 7 №-li Təmir Tikinti sahəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə 99 №-li əmrlə Tovuzda tikilən universamın tikintisinə 5-ci dərəcəli suvaqçı təyin edilmiş, İddiaçı xx.xx.1992-ci il tarixdə 70 №-li əmrlə öz ərizəsinə əsasan suvaqçılıqdan azad edilməsi göstərilmişdir. Sabir adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx.xx.1995- ci il tarixdə 21 №-li əmrlə icarə üsulu ilə becərmək üçün 1.0 (bir) hektar üzüm bağının müqavilə yolu ilə verilməsi göstərilmiş, İddiaçı xx.xx.1996-cı il tarixdə 108 №-li əmrlə fəhləlikdən azad edilməsi göstərilmişdir. 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, 7 №-li Təmir-Tikinti sahəsində aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə 99 №-li əmrlə 7 №-li TTS-ə 5-ci dərəcəli suvaqçı təyin edilmiş, xx.xx.1992-ci il tarixdə isə öz ərizəsinə əsasən, 70 №-li əmrlə işdən azad edilmişdir. Vətəndaş xx.xx.1995ci il tarixdə 21 №-li əmrlə icarədar kimi Sabir adına sovxoza fəhlə kimi işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə isə 108 №-li əmrlə fəhləlikdən azad edilmişdir. Tovuz rayon Dövlət arxivinin vətəndaşa təqdim etdiyi xx.xx.2024-cü il tarixli 2-M-194 №-li əmək haqqı arayışının düzgünlüyü yoxlanaraq təsdiq edilmişdir. Sabir adına sovxozun 1995-1996-cı illərə aid əmək haqqı cədvəllərində vətəndaşın adı aşkarlanmamışdır. Yoxlama 7 №-li TTS-nin və Sabir adına sovxozun Tovuz rayon Dövlət Arxivində mühafizə olunan əmr kitablarına və əmək haqqı cədvəllərinə əsasən aparılmışdır. 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, “71 №-li Təsərrüfatlararası SMD” tikinti müəssisəsində aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, “71 №li Təsərrüfatlararası SMD”-nin sənədləri mühafizə olunması üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Göstərilən səbəblərə görə vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də işləməsi faktının düzgünlüyünü təsdiq etmək mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tovuz rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 71 №-li “Təsərrüfatlar arası SMD”-nin sənədləri Tovuz rayon Dövlət arxivinə təhvil verilməmişdir. Bu əsasdan vətəndaş İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixə kimi 71 №-li “Təsərrüfatlar arası SMD”-də işləməsinə dair (işlədiyi vəzifələr, aldığı vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsi, qulluq stajına görə aldığı əlavələr, işə qəbul edilmə və işdən azad edilməsinə dair əmrlər barədə) sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi mümkün olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Onun təqdim etdiyi 213 nömrəli attestatın surətində qeyd olunan məlumata əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil dövrü, ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrləri daxil olmaqla xx.xx.2006-cı il tarixinədək 18 il 2 ay 20 gün, xx.xx.2006-cı il tarixindən sonra Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2024-ci il tarixinədək 4 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2024cü tarixinə (əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatdığı tarix) mübahisələndirilməyən ümumi sığorta stajı 22 il 9 ay 20 gün təşkil edir. MEİS-in “Pensiya” altsistemində iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2024-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya kapitalı qeydə alındığından xx.xx.2024-cü il tarixinə mübahisələndirilməyən ümumi sığorta stajı 23 il 2 ay 20 gün təşkil edir. İddiaçı xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 71 nömrəli “Təsərrüfatlararası SMD”də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən 71 nömrəli “Təsərrüfatlararası SMD”nin sənədləri mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasında xx.xx.1996-cı il tarixli işdən azad olma əmri SSRİ-yə məxsus möhür ilə təsdiq olunduğundan, habelə Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən “Sabir” adına sovxozun 1995-ci və 1996-cı illərə aid əməkhaqqı cədvəllərində vətəndaşın adı aşkar edilmədiyindən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. “71 №-li Təsərrüfatlararası SMD”-nin möhürü ilə təsdiq edilmiş İddiaçı əmək haqqı barədə qrafikdən görünür ki, 1992-1995-ci illər üzrə əmək haqqı barədə məlumat vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il
Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları
1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
3. Əmək kitabçasının doldurulması 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
4. İş haqqında məlumatların daxil edilməsi 4.1. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndində görə, 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə yaşı 65 olmuşdur. Cavabdeh tərəfindən iddiaçının 23 il 2 ay 20 gün sığorta stajı qəbul edilir, lakin xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işlədiyi dövrlər mübahisələndirilir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını qeyd edərək həmin dövrləri qəbul etmir. Qeyd edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 71 nömrəli “Təsərrüfatlararası SMD”də olan əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən 71 nömrəli “Təsərrüfatlararası SMD”nin sənədləri mühafizə olunmaq üçün Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin əmək kitabçasında xx.xx.1996-cı il tarixli işdən azad olma əmri SSRİ-yə məxsus möhür ilə təsdiq olunduğundan, habelə Fondun 1 saylı X1 xx.xx.2024-cü il tarixli aktına əsasən “Sabir” adına sovxozun 1995-ci və 1996-cı illərə aid əməkhaqqı cədvəllərində vətəndaşın adı aşkar edilmədiyindən xx.xx.1995-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək olan dövr sığorta stajına daxil edilməmişdir. Məhkəmə əvvəla iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də işləməsi ilə bağlı qeyd edir ki, həmin dövrlə bağlı iddiaçıya məxsus əmək kitabçasında müvafiq qeyd aparılmışdır. Cavabdeh inzibati orqan tərəfindən isə həmin dövrlə bağlı əmək kitabçasının mötəbəliyinə şübhələrin nədən ibarət olması qeyd edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında göstərilən dövrün “71 №-li Təsərrüfatlararası SMD”-nin möhürü ilə təsdiq edildiyi eyni möhrlə təsdiq edilmiş İddiaçı əmək haqqı barədə qrafikdən görünür ki, iddiaçının 1992- 1995-ci illər üzrə əmək haqqı alması barədə məlumat vardır. Bu isə iddiaçının həqiqətən də xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “71 №-li Təsərrüfatlararası SMD”-də işlədiyini təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işlədiyi dövr üzrə qeyd edilməlidir ki, Tovuz rayon Dövlət Arxivi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Sabir adına sovxozun Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı xx.xx.1995-ci il tarixdə 21 №-li əmrlə icarə üsulu ilə becərmək üçün 1.0 (bir) hektar üzüm bağının müqavilə yolu ilə verilməsi göstərilmiş, İddiaçı xx.xx.1996-cı il tarixdə 108 №-li əmrlə fəhləlikdən azad edilməsi göstərilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək “Sabir” adına sovxozda işləməsi barədə məlumat mövcuddur. İddiaçının əmək haqqı alması barədə məlumatın olmaması isə həmin dövrün onun sosial sığorta stajına daxil edilməsini istisna etməməlidir. Odur ki, qeyd olunan dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Göstərilənlərə əsasən, müəyyən edilir ki, iddiaçının xx.xx.2024-cü il tarixdək 25 ildən çox əmək stajı mövcuddur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva