Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1184/2021 07.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 17.05.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 07.08.2019-cu il tarixli **********942500 nömrəli, 31.10.2019-cu il tarixli **********9963600 nömrəli, 20.02.2020-ci il tarixli **********087600 nömrəli, 11.06.2020-ci il tarixli **********457900 nömrəli, 11.06.2020-ci il tarixli **********423000 nömrəli və 11.06.2020-ci il tarixli **********458600 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin mübahisələndirilən qərarları ilə Goranboy rayon İcra və Probasiya şöbəsinə dəvət edildikdən sonra tanış olmuş, ona həmin qərar 04.05.2021-ci il tarixdə təqdim edilmişir. İddiaçı qeyd olunan qərarla razı deyil. Belə ki, həmin qərara əsasən guya iddiaçıya məxsus olan “xxxx” MMC tərəfindən 4922.42 manat əsas, 1801.62 manat faiz və maliyyə sanksiyası qanunvericiliklə müəyyən edilmiş müddətə ödənilmədiyi üçün 100 manat olmaqla ümumilikdə 6824.04 manat və “xxxx” MMC tərəfindən 12566.81 manat əsas, 3936.52 manat faiz borcu olmaqla ümumilikdə 16503.33 manat vergi borcu vardır. Göstərilən tarixdə həmin MMC-ləri bağlamışdır, həmçinin ona məxsus MMC-lər tam şəkildə vergi borclarını ödəmişdir. Bu səbəbdə də o, həmin qərarlarla razı deyil. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırki iddianı öz adından qaldıra bilməz, çünki vergi və maliyyə sanksiyası “xxxx” MMC və “xxxx” MMC-yə hesablanmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən sənədlərdən 07.08.2019-cu il tarixli **********942500 nömrəli sənəd bildiriş xarakterlidir və həmin sənədin mübahisələndirilməsi inzibati məhkəmə icraatının predmeti deyil. 31.10.2019-cu il tarixli **********9963600 nömrəli qərarla “xxxx” MMC-yə ümumilikdə 6824.04 manat, 20.02.2020-ci il tarixli **********087600 nömrəli, 11.06.2020-ci il tarixli **********457900 nömrəli, 11.06.2020-ci il tarixli **********423000 nömrəli və 11.06.2020-ci il tarixli **********458600 nömrəli qərarlarla “xxxx” MMC-yə ümumilikdə 16503.33 manat vergi borcu hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarlar 07.08.2019-cu il, 31.10.2019-cu il, 20.02.2020-ci il və 11.06.2020-ci il tarixdə qəbul edilmiş, lakin iddiaçı hazırki iddia ərizəsini məhkəməyə göndərilməsi üçün poçt xidmətinə 06.05.2021-ci il tarixdə təqdim etmişdir. Göründüyü kimi iddiaçı iddianın verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən iddiaçıya 18.05.2021-ci il tarixli sərəncam göndərilməklə ona prosessual müddətin bərpa edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilmiş, buna baxmayaraq iddiaçı müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən qərarlarla hesablanmış vergi borcu və maliyyə sanksiyası ayrı-ayrılıqda “xxxx” MMC və “xxxx” MMC barəsində tətbiq edilsə də, iddia fiziki şəxs tərəfindən qaldırılmışdır. 23.06.2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya həmin MMC-lərin rəhbəri olmasını təsdiq edən sübut gətirməsi və iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi imkanı izah edilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş və zəruri sənədləri məhkəməyə təqdim etməmişdir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1184/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1184/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver