Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1184/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi Məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2022-ci il tarixdən aldığı 803,77 manat pensiya məbləğinin üzərinə fərdi hesabında həmin dövrdə olan 19483,19 manat pensiya kapitalı:72=270,59 manat əlavə edilməklə pensiyanı 1074,56 manata çatdırıb üzərinə Azərbaycan Respublikası Prezindentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğində 10% 107,45 manat əlavə etməklə 1181,81 manat hesablamağı, daha sonra pensiyasına 14,7% indeksləşmə tətbiq olunmaqla pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 1355,53 manata çatdırılması vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazılıq iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
4. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 4549/2024 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı təqdim edərək, iş üzrə icraata xitam verilməsi xahiş etmişdir.
6. Qərar əsasında iddiaçının mövcud pensiya məbləği olan 1127,70 manat pensiya məbləği yenidən hesablanaraq 1472,89 manat müəyyən edilmişdir. Artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə cavabdehin izahatını və Əmək pensiyasının yenidən hesablanması haqqında qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
10. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı cavabdehin üzərinə xx.xx.2022-ci il tarixdən aldığı 803,77 manat pensiya məbləğinin üzərinə fərdi hesabında həmin dövrdə olan 19483,19 manat pensiya kapitalı:72=270,59 manat əlavə edilməklə pensiyanı 1074,56 manata çatdırıb üzərinə Azərbaycan Respublikası Prezindentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğində 10% 107,45 manat əlavə etməklə 1181,81 manat hesablamağı, daha sonra pensiyasına 14,7% indeksləşmə tətbiq olunmaqla pensiyanın məbləği xx.xx.2023-cü il tarixdən 1355,53 manata çatdırılması vəzifəsinin qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva