Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1185/2024 04.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı onun pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən X3 xx.xx.1989-cu il tarixdən müvəqqəti olaraq uşaq xəstəxanasında kiçik tibb işçisi, xx.xx.1990-cı il tarixdən daimi olaraq uşaq yoluxucu şöbəsində kiçik tibb işçisi, xx.xx.2021-ci il tarixdən Tərtər R.M.X p.h.ş-in yoluxucu xəstəliklər şöbəsində xadimə, xx.xx.2022-ci il tarixindən Tərtər R.M.X p.h.ş-in yoluxucu xəstəliklər şöbəsinin xadiməsi vəzfəsindən həmin şöbəyə sanitar qadın vəzifəsinə keçirilmişdir və hal hazırda həmin vəzifədə işləyir. Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.1990-cı ildən xx.xx.2021-ci ilədək (30 il 11 ay 19 gün) daimi olaraq Mirbəşir (Tərtər) X4 (İnfeksoin) Xəstəliklər Şöbəsində kiçik tibb işçisi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) Xəstəliklər Şöbəsində xadimə işləmişdir, xx.xx.2022-ci ildən hal-hazıradək (11 ay) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) Xəstəliklər Şöbəsində sanitar qadın vəzifəsində işləyir, işlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 33 il 7 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Tərtər Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli. 1076 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1989-cu il tarixdən hal-hazıradək Tərtər RMX PHŞ- nın yoluxucu xəstəliklər şöbəsində sanitar qadın vəzifəsində işləyir. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023cü il tarixli, 3-17-1/2-A-227439/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyünü iş, tutduğunu vəzifə və malik olduğunu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunu vəzifəyə və malik olduğunu peşəyə görə gördüyünü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Tərtər Rayon Mərkəzi Xəstəxanası” nin ona dair arayışında və 13 noyabr 1990-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasın da onun xx.xx.1989-cu il tarixindən bugünədək sözügedən müəssisədə yoluxucu xəstəliklər şöbəsində sanitar qadın peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda sanitar qadın peşəsində işlədiyi müddətdə bilavasitə xəstələrə xidmət edibetməməyi barədə hər hansı məlumat göstərilməyib. Bu səbəbdən də güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı onun tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək (9 ay ) Mirbəşir (Tərtər) rayon Mədəniyyət evinin nəzdində doqquz aylıq makinaçılıq kursunda təhsil aldığı müddətin , xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək (7 ay ) müvəqqəti olaraq Mirbəşir (Tərtər) Uşaq Xəstəxanasında kiçik tibb işçisi, xx.xx.1990-ci ildən xx.xx.2021-ci ilədək ( 30 il 11 ay 19 gün) daimi olaraq Mirbəşir (Tərtər) X4 (İnfeksoin) Xəstəliklər Şöbəsində kiçik tibb işçisi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (1 il 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində xadimə, xx.xx.2022-ci ildən hal-hazıradək 1 (bir) il (1 ay ) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) xəstəliklər Şöbəsində sanitar qadın vəzifəsində işlədiyi müddətlərin, ümumilikdə xx.xx.2006-cı ilədək 17 il 3 ay 15 gün ümumi, 16 il 6 ay 15 gün xüsusi (güzəştli ) şərtlərlə iş stajının, pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək isə 29 il 7 ay 6 gün ümumi, 28 il 3 ay 6 gün xüsusi ( güzəştli ) şərtlərlə iş (sığorta) stajının, hal-hazıradək isə 34 il 3 ay 1 gün ümumi, 33 il 7 ay 16 gün xüsusi (güzəştli ) şərtlərlə iş(sığorta) stajının ona sığorta stajı kimi hesablanması və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1963-cü ildə anadan olmuş, xx.xx.1981-ci ildən xx.xx.1982-cü ilədək (9 ay) Mirbəşir (Tərtər) rayon Mədəniyyət evinin nəzdində doqquz aylıq makinaçılıq kursunu bitirmiş, əmək fəaliyyətinə xx.xx.1989-cu ildən başlamışdır. Belə ki, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək (7 ay ) müvəqqəti olaraq Mirbəşir (Tərtər) Uşaq Xəstəxanasında kiçik tibb işçisi, xx.xx.1990-cı ildən xx.xx.2021-ci ilədək ( 30 il 11 ay 19 gün) daimi olaraq Mirbəşir (Tərtər) X4 (İnfeksoin) Xəstəliklər Şöbəsində kiçik tibb işçisi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək (lil 8 ay 27 gün) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) Xəstəliklər Şöbəsində xadimə işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək (11 ay) Tərtər Rayon Mərkəzi X5 Şəxsinin Yolxucu (İnfeksion) Xəstəliklər Şöbəsində sanitar qadın vəzifəsində işləyir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1076№-li güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş güzəştli arayışda olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 17 il 3 ay 15 gün ümumi, 16 il 6 ay 15 gün güzəştli şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək isə 29 il 7 ay 6 gün ümumi, 28 il 3 ay 6 gün güzəştli şərtlərlə iş (sığorta) stajına, hal-hazıradək isə 34 il 3 ay 1 gün ümumi, 33 il 7 ay 16 gün güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. Qeyd olunan bütün əmək fəaliyyəti əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1076 №-li güzəştli arayışda müvafiq qeydlərlə və möhürlərlə təsdiq edilmişdir. Əmək kitabçamda göstərilən əmək fəaliyyətim əmək müqaviləsinə dair Elektron İnformasiya sistemi Portalından çıxarılmış bildirişlərlə təsdiq edilir. Beləliklə, əmək kitabçasında, eləcə də işəgötürən tərəfindən verilmiş güzəştli arayışda olan qeydlərə əsasən o, xx.xx.2006-cı ilədək 17 il 3 ay 15 gün ümumi, 16 il 6 ay 15 gün xüsusi (güzəştli) şərtlərlə iş stajına, pensiya hüququnun yarandığı 55 yaşının tamam olduğu xx.xx.2018-ci ilədək isə 29 il 7 ay 6 gün ümumi, 28 il 3 ay 6 gün güzəştli şərtlərlə is (sığorta) stajına, hal-hazıradək isə 34 il 3 ay 1 gün ümumi, 33 il 7 ay 16 gün güzəştli şərtlərlə iş (sığorta) stajına malikdir. xx.xx.2006-cı ilədək 17 il 3 ay 15 gün ümumi, 16 il 6 ay 15 gün xüsusi (güzəştli) şərtlərlə iş stajına, 55 yaşının tamam olduğu pensiya hüququnun yarandığı xx.xx.2018-ci ilədək isə 29 il 7 ay 6 gün ümumi, 28 il 3 ay 6 gün güzəştli şərtlərlə iş (sığorta) stajına malik olduğundan, xx.xx.2006-cı ildən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında » Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ №-li Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan 3(üç) mühüm şərtdən (55 yaşma çatmaq, azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) ikisi ( azı 20 il ümumi iş stajına malik olmaq və bu müddətin azı 10 ilini əmək şəraiti xüsusilə zərərli və digər olan işlərdə işləmək) mövcud olmuş, üçüncü şərt olan 55 yaşına çatmaq isə xx.xx.2018-ci il tarixdə mövcud olmuşdur. Bu səbəbdən də onun xüsusi (güzəştli) şərtlərlə yaşa görə əmək pensiyası hüququ 21 aprel 2018-ci il tarixdə yaranmışdır. Ona görə də yaranmış pensiya hüququndan istifadə edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh ona xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-227439/2023 №-li məktubla imtina cavabı vermişdir . Cavabdeh orqanın iddiaya qarşı xx.xx.2023-cü il tarixli yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 'Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 9 1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən 29.06 2022-cı il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınlar 55 yaşına çatdıqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasf’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş. vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və.s) iş yerinin arayışında dəqiq göstərilməlidir. İddiaçının təqdim etdiyi ‘Tərtər Rayon Mərkəzi Xəstəxanasfnın arayışında və 13 noyabr 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi, onun xx.xx.1989-cu il tarixdən bugünədək sözügedən müəssisədə yoluxucu xəstəliklər şöbəsində sanitar qadın peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının sanitar qadın peşəsində işlədiyi müddətdə bilavasitə xəstələrə xidmət edibetməməyi barədə hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 11953,27 manat, həmin tarixdən 01.01,2019-cu il tarixədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 6251,66 manat olmaqla cəmi pensiya kapitalı 18204,93 manat təşkil edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1 -ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla. 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, iddiaçının xx.xx.2006-cı il tarixədək olan 16 il 6 ay 16 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 11953,27 manat müəyyən edilmişdir. İddiaçı həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2019-cu il tarixə indeksləşdirilərək 6251,66 manat pensiya kapitalı qeydə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmənin həmin tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A- 227439/2023 nömrəli imtinası, ИT-İ ******* nömrəli əmək kitabçasının surəti, arayışlar, cavabdehin xx.xx.2023-ci il tarixli etirazı , Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Tərtər Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmənin sorğusu əsasənda əldə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Tərtər Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı hal-hazırda xəstəxananın yoluxucu xəstəliklər şöbəsində sanitar qadın işləyir və onun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər kabinetinin 21 iyun 1993-cü ii tarixli 320 saylı qərarına əsasən zərərli iş stajı hesab edilir. Cavabdeh orqan etirazında iddiaçının təqdim etdiyi ‘Tərtər Rayon Mərkəzi Xəstəxanasnın arayışında və 13 noyabr 1990-cı il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlardan onun xx.xx.1989-cu il tarixdən bugünədək sözügedən müəssisədə yoluxucu xəstəliklər şöbəsində sanitar qadın peşəsində işlədiyi qeyd olunsa da, sözügedən arayışda iddiaçının sanitar qadın peşəsində işlədiyi müddətdə bilavasitə xəstələrə xidmət edib-etməməyi barədə hər hansı məlumat göstərilməməsi əsası ilə İddiaçı güzəştli iş stajını müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Tərtər Rayon Mərkəzi xəstəxanasının publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilib ki, İddiaçı xx.xx.1990 -cı il tarixli 12 nömrəli əmrlə Tərtər Rayon Uşaq xətəxanasının yolxucu şöbəsinə kiçik tibb işçisi təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli 4/2 §346 nömrəli əmrlə Tərtər RMX PHŞ - in yolxucu şöbəsinə xadimə, xx.xx.2022 - ci il tarixli 27/9 §199 nömrəli əmrlə Tərtər RMX PHŞ - in yolxucu şöbəsinə sanitar qadın təyin edilmişdir. İddiaçı vəzifəsi Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Tibbi və sosial təminat müəssisələrinin “ a” bəndinin 2 - ci sırasında göstərilənlərə əsasən kiçik tibb heyətinə daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 əsasən Sanitar qadın şöbənin sanitar - gigiyena rejiminə uyğun olaraq otaqlarda və dəhlizlərdə təmizlik işlərini yerinə yetirir. Dərman, alət və avadanlıq alınarkən onların şöbəyə daşınması üçün böyük tibb bacısına köməklik ğöstərir. Təsərrüfat bacısından yataq dəstlərini, təsərrüfat inventarını və yuyucu vasitələri alır və onların düzgün saxlanılmasını və istifadə olunmasını təmin edir. Hər yemək qəbulundan sonra yataq xəstələrinin çarpayıyam stollarını yığışdırır. Palata tibb bacısının göstərişi ilə xəstələri müalicə - diaqnostika kabinetlərinə müşayiət edir.Kuryer funksiyasını yerinə yetirir, tibb müəssisələrində əczaçılıqda istifadə olunan qabları yuyur. Qızdırıcı, su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nazaslıqlar barədə təsərrüfat bacısına xəbər verir. Sanitar qadın kiçik tibb heyətinə aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012 - ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş Tibb müəsssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatına əsasən kiçik tibb işçisinin əmək funksiyası: Kiçik tibb işçisi tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq edir.Çətin olmayan tibbi manipulyasiyaları aparır. Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin edir. Xəstələrə qulluq əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləyir.Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirir.Ağır xəstələrin daşınmasında iştirak edir. Xəstələr və qonaqlar tərəfindən müəssisənin daxili intizam qaydalarına riayət olunmasını izləyir.Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirdiyi qeyd olunmuşdur. Bununla da cavabdeh orqanın iddiaçının bilavasitə iddiaçının sanitar qadın peşəsində işlədiyi müddətdə bilavasitə xəstələrə xidmət edib-etməməyi barədə əsas aradan qalxmışdır. Belə ki, məktubda aydın ifadə olunub ki, iddiaçı yoluxucu xəstələrlə birbaşa əlaqədə olmuş, onlara xidmət etmişdir. Həmçinin cavabdeh orqan etirazda iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 11953,27 manat, həmin tarixdən 01.01,2019cu il tarixədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 6251,66 manat olmaqla cəmi pensiya kapitalı 18204,93 manat təşkil etməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir və bununla da cavabdehin qeyd etdiyi əsas aradan qalxmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin nəzərə alınmalıdır ki, hazırkı iddiaçının 1 iyul 2022-ci il tarixə 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunuun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Odur ki, məhkəmənin qənaətinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutulmaqla İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1185/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1185/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver