Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1185/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsinə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İİ-ЖГ 476982 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 21 avqust 1999cu ildə başında ikinci dəfə insult səbəbi ilə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Samux rayon İcra Hakimiyyətinin 22 fevral 2024-cü il tarixli 5-72/2-254/2024 nömrəli məktubunda mərhum leytenant X6 1-ci Qarabağ müharibəsində iştirak etdiyi, döyüş əməliyyatları zamanı 1994-cü ildə minaya düşərək xəsarət aldığı və 1999-cu ildə əməliyyat olunarkən vəfat etdyi qeyd olunmuşdur. Azərbaycan Respublikası müdafiə nazirinin 12 yanvar 1996-cı il tarixli müvafiq nömrəli əmrindən çıxarışda N nömrəli hərbi hissə komandirinin sərəncamında olan leytenant X6 “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “E” bəndinə (hərbi quiiuqçunun şərəfini ləkələyən xətaıar törədilməsinə görə) əsasən ehtiyata buraxıldığı göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahlıq Xəstəxanasının 1999-cu il üzrə çıxarış epiqrizinin surətindən mərhum leytenant X6 “Sol orta beyin arteriyası hissəsinin qan dövranının kəskin pozulması. Beyin sol parietaltemporal bölgəsinin daxili hematoması. Əməliyyatdan sonrakı vəziyyət. Təkrar hemoqrafik insult” diaqnozun təyin olunduğu görünür. 21 avqust 1999-cu il tarixli ll->Kr 476982 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən mərhum leytenant X6 “Başında ikinci dəfə insult" səbəbindən vəfat etmişdir. Mərhum leytenant X6 1992-1994-cü illərdə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı xəsarət almasına dair müayinə və müalicədə olmasının müəyyənləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinə sorğu verilmiş və arxivin məktubunda N nömrəli hərbi hissənin 1992-ci il üzrə N nömrəli xəstəlik tarixinə əsasən onun həqiqətən 3 noyabr 1992-ci il tarixdən 23 noyabr 1992-ci il tarixədək “Remissiya mərhələsində olan, sağ tərəfli xroniki pielonefrit” diaqnozu ilə həmin hospitalda stasionar müalicədə olduğu göstərilmişdir. Məktubda, həmçinin saxlanılan arxiv bazasında mərhum leytenant X6 1992-1994-cü illərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar (ambulator) müayinə və müalicədə olması barədə məlumatların aşkar edilmədiyi bildirilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 31 may 2024-cü il tarixli 1623 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində mərhum leytenant X6 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək travma alması, müalicə və müayinəyə göndərilməsi barədə məlumatların aşkar edilmədiyi qeyd olunmuşdur. İddiaçı cavabdeh orqana “Şəhid” statusunun verilməsi ilə bağlı müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixində imtina cavabı verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-060/2-010758/2023 nömrəli məktubundan və Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünün surətindən görünür ki, N nömrəli hərbi hissədə tabor komandiri vəzifəsində həqiqi hərbi xidmətdə olmuş mayor M.Ə.Əzizovun tabeliyində olan leytenant X4 təhqir etməsi nəticəsində sonuncu xx.xx.2005-ci il tarixdə odlu silahdan atəş açaraq onu qəsdən qətlə yetirmişdir. Yuxanda göstəriləni və M.Ə.Əzizovun hadisənin baş verdiyi anda döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirmədiyini nəzərə alaraq, ona şəhid adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Ehtiyata buraxıldıqdan sonra vəfat etməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Əlavə olaraq, həqiqi hərbi xidmətdən ehtiyata (istefaya) buraxıldıqdan sonra xəstəlikdən vəfat etmiş hərbi qulluqçulara “Şəhid” statusunun verilməsinə hüquqi əsas yaradan maddi hüquq norma qanunvericilikdə müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, mərhum leytenant X6 ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası ilə əlaqəsi təsdiq olunmadığından, mərhuma “Şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü İM5 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” tələblərinə uyğun deyil. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əri X12 “Şəhid” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 15 noyabr 1984-cü ildən rəsmi nikahda olduğu X13 leytenant rütbəsində 1-ci Qarabağ müharibəsində iştirak etmiş, döyüş əməliyyatları zamanı 1994-cü ildə minaya düşərək xəsarət almışdır. Minaya düşərkən əri insult keçirmiş, 20 gündən artıq komada qalmışdır. Əri bu hadisədən sonra uzun müddət səhhətində yaranmış problemlərdən əziyyət çəkmişdir. Dəfələrlə Gəncə hərbi hospitalda, Bakıda Neyrocərrahiyyə xəstəxanasında müalicə olunsa da heç bir köməyi olmamış, 21 avqust 1999-cu ildə vəfat etmişdir. X5 ilə olan nikahlarından 3 övladlarıvardır. Əri vəfat edərkən oğlunun 10 yaşı var idi. O, həmişə atası ilə fəxr edir. Lakin bu günə kimi ərinə şəhid adı verilməməsi onları bir vətədaş kimi çox incidir. Odur ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərim X7 “Şəhid” adı verilməsi üçün müraciət etmiş, lakin müraciəti müsbət cavablandırılmamışdır. Cavabdeh orqan iddiaya qarşı xx.xx.2024-cü il tarixdə daxil olmuş iddiaya dair münasibətində qeyd edilmişdir ki, mərhum X14 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həqiqi hərbi xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkləyən xətalar törədilməsinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, mərhum X15 “başında ikinci dəfə insult” səbəbindən 21 avqust 1999-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, mərhum X8 xidmət keçdiyi N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il, vanvar-dekbar 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində onun Azərbaycan Respubalikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək xəsarət alması, müayinə və müayinəyə göndərilməsi barədə məlumatlar aşkar olunmamışdır. X2 ölümünün xidməti vəzifələrinin icrası ilə əlaqəsi təsdiq olunmadığından, mərhuma “Şəhid” adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qavdaları”nın tələblərinə uyğun deyil. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Maddə 2. Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Maddə 8. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir.
1. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə 10 saylı Qərarla “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nı təsdiq etmişdir.
2. Bu Qaydalar Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.
3. Həmin Qaydalara görə: Bənd 1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Bənd 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Məhkəmə qeyd edir ki, həmin normadan görünür ki, şəxsin istinad edilən normaya əsasən şəhid hesab edilməsi üçün onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, yəni dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması tələb olunur. Belə ki, iş materiallarından görünür ki, X14 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək həqiqi hərbi xidmət etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, 18-ci maddənin “E” bəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkləyən xətalar törədilməsinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuşdur. X16 “başında ikinci dəfə insult” səbəbindən 21 avqust 1999-cu il tarixdə vəfat etmişdir. X8 xidmət keçdiyi N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il, vanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində onun Azərbaycan Respubalikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında minaya düşərək xəsarət alması, müayinəyə göndərilməsi barədə məlumatlar aşkar olunmamışdır. Göründüyü kimi X14 xx.xx.1996-cı il tarixli əmr əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata təxris olunmuş, tərxis olunduqdan sonra , 21 avqust 1999-cu il tarixdə “başında ikinci dəfə insult” səbəbindən vəfat etmişdir, bu da Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırığının yerinə yetirilməsi ilə bağlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Beləliklə, iddiaçının yoldaşının şəhid olmasına dair halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum övladı qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Ona görə də, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əri X12 “Şəhid” statusu verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Əliyeva