Məhkəmə qərarları › İş №2-1(114)-1186/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1186/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1186/2025 19.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsi döyüşlərində iştirak etdiyinə görə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Dədə Qorqud küçəsi, ev 50, mənzil 10-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. İddiaçı 1992-ci ilin sentyabr ayının 1-də Gəncə şəhəri, Kəpəz rayon hərbi komissarlığı vasitəsi ilə könüllü kimi, 1993-cü ilin dekabr ayında könüllülər ləğv edilənədək Birinci Qarabag müharibəsində iştirak etmişdir. Belə ki, ilk əvvəl o, N saylı hərbi hissənin (Gəncə batalyonu, X4) tərkibində Tərtər istiqamətində Marquşavan, 3-cü sovxoz döyüşlərində, N saylı hərbi hissənin tərkibində isə (komandir batalyon Elxan Qədimov) Ağdərə (Mardakert) rayonu istiqamətində gedən döyüşlərdə, Dranbon, Çıldıran və digər kəndlər uğrunda gedən ağır döyüşlərdə fəal iştirak etmişdir. Onunla döyüşlərdə iştirak edən döyüş yoldaşlarının hamısı müharibə veteranı olmaqla, veteran vəsiqəsi almışlar. İddiaçı hərbi xidmət dövründə erməni vandallarına qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir. Onun İ Vətən müharibəsi zamanı erməni vandallarına qarşı döyüşlərdə iştirak etməsi arxiv arayışı ilə də tam təsdiq olunur. Onunla birlikdə N və N nömrəli hərbi hissələrdə qulluq etmiş hərbçi yoldaşlarının hamısı bu gün müharibə veteranlarıdır. O isə "Müharibə veteranı" kimi dövlət tərəfindən müəyyən edilmiş imtiyazlardan istifadə edə bilmir. İddiaçı hesab edir ki, onun Birinci Vətən müharibəsi zamanı erməni vandallarına qarşı ağır döyüşlərdə iştirak etməyini nəzərə alıb ona "Müharibə veteranı" adı və vəsiqəsi verilməlidir. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya"sına müraciət etsə də, cavabdeh orqan xx.xx.2024-cü il tarixdə, 3-25-2/2-M-7706 20h024 nömrəli məktubla ona imtina cavabı vermişdir. Həmin imtinada göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçı cavabdeh orqanın imtinasından narazıdır. Ona görə ki, həmin imtina ilə onun hüquqları kobud şəkildə pozulmuşdur. Onun isə məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Cavabdeh Müdafiə Nazirliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Cavabdeh orqan hesab edir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: "1988-ci il fevralın 1-7 dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Hazırki iddia tələbinin təmin edilməsini istisna eden faktiki asasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən tərtib edilmiş 05.03 2024-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 14 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin oktyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ə.B. Məhərrəmovun döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonrakı xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən sonrakı xidməti təsdiqlənmir və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh tərəfindən işə onların iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbi müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları İddiaçı qeydiyyat kartasında onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək hərbi xidmət keçdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N sentyabr 1992-ci il tarixli 14 №-li əmrilə İddiaçı (əsas: § 5, sıra 82, səh 41, əmrdə hərbi rütbəsi göstərilməyib) xx.xx.1992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin oktyabrdekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin katibliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1965-ci il təvəllüdlü Məhərrəmov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsi üzrə “Səfəbərliklə göndərilənlərin qeydiyyat kitabı”na əsasən, xx.xx.1993-cü il tarixdə keçmiş Gəncə Hərbi Polisinin tərkibinə hərbi xidmətə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrində (əsas: §-1, səh-49, əmrdə atasının adı "Baxtiyar" yazılmışdır) Gəncə şəhəri Nizami RHK-dan göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş, könüllülər dəstəsinin siyahısında, atıcı vəzifəsində, sıravi əsgər İddiaçı Baxtiyar oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 91 №-li əmrində (əsas: §-2, səh-61, əmr olduğu kimi köçürülmüşdür) buraxdıqları böyük səhvlərə görə, komandirin əmrindən çıxdıqlarına və özbaşına silahları götürüb getdiklərinə görə, hərbi hissənin şəxsi heyətinin ümumi siyahısından çıxarılaraq bütün növ təminatlardan məhrum edilmiş hərbi qulluqçuların siyahısında, atıcı vəzifəsində, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 14 №-li əmrilə (əsas: §-5, sıra-82, səh-41, əmrdə hərbi rütbəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1993-cü il tarixli 95 №-li əmrində (əsas: §-1, bənd-3, səh-68, sıra-1, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır əmr olduğu kimi köçürülmüşdür) hərbi komissarlıqdan hərbi polisə toplanışa gəlmiş, hərbi qulluqçu, sıravi «А.Б.Магеррамов»ип xx.xx.1993-cü il tarixdən şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1993-cü il tarixli 107 №-li əmrində (əsas: §-1, bənd-6, səh-77, sıra-1, əmrdə adı tam, atasının adı yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) sıravi «Э.Mareррамов»un həmin gündən Cəbrayıl rayonuna 3 (üç) gün müddətinə ezamiyyətə, həbs olunanları müşayət etmək üçün, göndərilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1993-cü il tarixli 109 №-li əmrində (əsas: §-1, bənd-4, səh-79, sıra-1, əmrdə adı və atasının adı tam yazılmamışdır, əsas kimi "ezamiyyət vərəqəsi" göstərilmişdir, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) sıravi «Э.Б.Магеррамов»ип xx.xx.1993-cü il tarixdən Cəbrayıl rayonundan gəlmiş hesab edilməsi barədə məlumat vardır. Gəncə şəhəri Hərbi Polis şöbəsi rəisinin xx.xx.1993-cü il tarixli 123 №-li əmrində (əsas: §-1, bənd-1, səh-92, sıra-5, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmr rus əlifbası ilə yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Hərbi Polis İdarəsi rəisinin şifahi sərəncamına əsasən, Gəncə şəhəri Hərbi Polis şöbəsində toplanışda olan hərbi qulluqçuların toplanışı ləğv olunduğundan, sıravi «А.Б.Магеррамов»un şəxsi heyətin siyahısından, bütün növ təminatlarda çıxarılması və hərbi qeydiyyata düşmək üçün RHKna göndərilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (keçirilib N №-li hərbi hissəyə), N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, Gəncə şəhəri Hərbi Polis şöbəsinin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə

1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə nəzərdə tutulduğu kimi, Müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar əsasında verilir. Digər tərəfdən qeyd olunan Əsasnamənin tələbinə görə, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqanlar tərəfindən verilir. Məhkəmə araşdırması zamanı iddiaçının hərbi biletinin olması müəyyən edilməmişdir. İşdə olan İddiaçı qeydiyyat kartasında onun xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilədək hərbi xidmət keçdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək (keçirilib N №-li hərbi hissəyə), N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, Gəncə şəhəri Hərbi Polis şöbəsinin döyüş əməliyyatlarında iştirakı barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 71 №-li əmrində (əsas: §-1, səh-49, əmrdə atasının adı "Baxtiyar" yazılmışdır) Gəncə şəhəri Nizami RHK-dan göndərilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlarla təmin olunmuş, könüllülər dəstəsinin siyahısında, atıcı vəzifəsində, sıravi əsgər İddiaçı Baxtiyar oğlunun adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 91 №-li əmrində (əsas: §-2, səh-61, əmr olduğu kimi köçürülmüşdür) buraxdıqları böyük səhvlərə görə, komandirin əmrindən çıxdıqlarına və özbaşına silahları götürüb getdiklərinə görə, hərbi hissənin şəxsi heyətinin ümumi siyahısından çıxarılaraq bütün növ təminatlardan məhrum edilmiş hərbi qulluqçuların siyahısında, atıcı vəzifəsində, sıravi əsgər İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 14 №-li əmrilə (əsas: §-5, sıra-82, səh-41, əmrdə hərbi rütbəsi göstərilməmişdir) İddiaçı hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin oktyabr-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır. Məhkəmə qeyd edir ki, göründüyü kimi iş materialları ilə iddiaçının İ Qarabağ müharibəsi zamanı xidmət etdiyi N nömrəli hərbi hissə üzrə hərbi xidmətdən qanunda nəzərdə tutulan qaydada tərxis olunması təsdiq edilmir. Belə olan halda ona müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi mümkün deyil. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan normanın mənasına görə, şəxsin hərbi xidmət keçməsi onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətə daxil olması və xidmətdən tərxis olunması ilə müəyyən olunur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar