Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1189/2020 17.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X11 Publik hüquqi şəxsin Tərtər rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X11 Publik hüquqi şəxsin Tərtər rayon filialınaqarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi, əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi və ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etməyinə və ən azı 10 il iş stajının olmasına görə 55 yaşının tamam olduğu xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur və hesab edir ki, pensiya qanunvericiliyinə əsasən sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etdiyinə görə ona 55 yaşı tamam olduğu xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və pensiyası təyin edilərkən 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməlidir. Bununla bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçıməhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının sağlamlıq imkanları məhdud övladına şöbə tərəfindən müavinət ödənilib, şöbə yalnız 2014-cü ildən pensiya təyinatına etiraz edir, pensiyanın yəni 36 ay geriyə verilməsi mümkündür. İddiaçıya ötən il pensiya təyin edilmiş, lakin iddiaçı 2014-cü ildən təyin olunmasını tələb edir, həmçinin təhsil illəri də şöbə tərəfindən qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təhsil illəri onun uşaqlıqdan əlil uşağa görə təyin edilmiş yaşa görə əmək pensiyasına xx.xx.2017-ci il tarixdən əlavə edilmişdir və pensiya qanunvericiliyinə əsasən əmək pensiyasının keçmiş dövr üçün 36 aydan artıq verilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına aid edilmədiyinə və əmək pensiyalarının keçmiş dövr üçün 36 aydan artıq müddət üçün verilməsinin mümkün olmadığına görə İddiaçı pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. -İddiaçı məxsus BT 045924 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil almışdır. -İddiaçı məxsus ИT ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -xx.xx.2020-ci il tarixli müayinə aktından görünür ki, İddiaçı X2 adlı uşağa anadan olduğu xx.xx.1982-ci il tarixdən vəfat etdiyi xx.xx.2012-ci il tarixədək özü qulluq göstərmişdir. -DSMF-nin Tərtər rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2020-ci il tarixli, 206 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən180.86 manat pensiya təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, İddiaçı məxsus BT 045924 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, sonuncu 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil almışdır. Məhkəmə qeyd olunan diplomu mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra — inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil aldığı zaman qüvvədə olmuş qanunvericilik normalarına əsasən təhsil alma müddəti iş stajına aid edilmişdir. Təqdim edilmiş sənədlərdən və araşdırmanın nəticəsindən görünür ki, iddiaçıya əmək pensiyası təyin edilmişdir və cavabdehin imtina məktubundan da görünür ki, “Əmək pensiyaları haqqında” qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına hesablanması nəzərdə tutulmadığına görə həmin müddət iddiaçının sosial sığorta stajına hesablanmamışdır. Belə olan halda iddiaçının təhsil illərinin sosial sığorta stajına hesablanmaması onun aldığı pensiya məbləğinə təsir edən haldır. Həmçinin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı özü xx.xx.1959-cu ildə anadan olmuş və sağlamlıq imkanları məhdud övladına səkkiz yaşınadək qulluq etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunununda sağlamlıq imkanları məhdud uşağı olan anaların yaşa görə əmək pensiyasının təyin edilməsi xüsusiyyətləri öz əksini tapmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2017-ci ilədək qüvvədə olmuş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi iddiaçı xx.xx.1959-cu ildə anadan olmaqla xx.xx.2014-cü ildə 55 yaşı tamam olmuşdur və mövcud qanunvericiliklə o sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyinə, eləcə də 10 il sığorta stajına malik olduğuna görə onun pensiya hüququ xx.xx.2014-cü ildə artıq yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2017-ci il 10 mart tarixli 543-vqd nömrəli qanunun 1.103-cü bəndinə görə 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilmişdir. Buna görə də hazırki mübahisə üzrə pensiyanın yenidən hesablanması iddiaçının pensiya hüququ qazandığı dövrdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən həll edilməlidir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının 1979-1982-ci illər ərzində X5 Texnikumunda təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməsi və ona sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etməyinə və ən azı 10 il iş stajının olmasına görə 55 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı məxsus BT 045924 nömrəli diplomla sonuncunun 1979-1982-ci illər üzrə təhsil aldığı müddətin əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi, pensiyanın xx.xx.2014-cü il tarixdən təyin edilməsi və pensiya fərqinin həmin vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi tabeliyində Dövlət X11 Publik hüquqi şəxsin Tərtər rayon filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1189/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1189/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver