Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-119/2020 10.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında,şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1977-ci ilin may-dekabr aylarında Şəmkir rayon Kökəltmə birliyində sürücü vəzifəsində, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Şamxor Avtonəqliyyat müəssisəsində sürücü vəzifəsində və xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək 1 nömrəli X14 zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 İdarəsinin 47 nömrəli xx.xx.1975-ci il tarixli əmri ilə sürücü vəzifəsinə təyin edilmiş və 42 nömrəli xx.xx.1977-ci il tarixli əmrlə tutduğu vəzifədən azad edilmiş, Şamxor şəhər X10 46 nömrəli xx.xx.1978-ci il tarixli əmri ilə 1 nömrəli yeməkxanaya şagird qəbul edilmiş, 66 nömrəli xx.xx.1978-ci il tarixli əmri ilə xörək paylayan vəzifəsinə keçirilmiş və 16 nömrəli xx.xx.1982-ci il tarixli əmri ilə vəzifədən azad olunmuş, Şamxor rayon X1 Birliyinin 20 nömrəli xx.xx.1982-ci il tarixli əmri ilə birliyə çilingər təyin edilmiş və 68 nömrəli xx.xx.1983-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuş, X2 172 nömrəli xx.xx.1983-cü il tarixli əmri ilə xəstəxanaya sürücü təyin edilmiş və 24 nömrəli xx.xx.1989-cu il tarixli əmri ilə tutduğu vəzifədən azad edilmiş, 1 nömrəli X14 Zavodunun 9 nömrəli xx.xx.1989-cu il tarixli əmri ilə zavoda sürücü qəbul edilmiş və 3 nömrəli xx.xx.1999-cu il tarixli əmri ilə Şərab zavodu Aşıq Teymur aına sovxozla birləşdikdən sonra sovxozun islahat komitəsi ilə əlaqədar olaraq uzun müddətli məzuniyyətə buraxılmışdır. Qeyd olunan müddətlər ona məxsus ******* nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Bundan başqa iddiaçı 1977-ci ilin may-dekabr aylarında Şəmkir rayon Kökəltmə birliyində işləmiş, eləcə də Avtonəqliyyat Müəssisəsinin xx.xx.1977-ci il tarixli 114 saylı əmri ilə müəssisəyə sürücü təyin edilmiş, xx.xx.1978-ci il tarixli 35 saylı əmri ilə sürücülükdən azad olunmuşdur. İddiaçı yuxarıda qeyd edilən əmək stajına əsaslanaraq xx.xx.2019-cu il tarixdə DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, X13 10 il ərzində hər gün işə gedib gəlmiş, Kamaz-5410 markalı maşınla çaxır və spirt daşımış, hər ay 120-140 rubl əmək haqqı almış, həmin vaxt zavodun müdiri Malik Həsənov olmuşdur. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının 1989-1999-cu illərdə işləməsi arxiv sənədləri ilə təsdiq edilmədiyinə görə həmin illər nəzərə alınmamışdır, həmin illər nəzərə alınmadan iddiaçının 15 il 05 ay 06 gün sığorta stajı var. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 16742,88 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. -Dövlət X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-1-205 saylı arxiv arayışından görünür ki, İddiaçı 1977-ci ilin may-dekabr aylarında Şəmkir rayon Kökəltmə birliyində işləmiş və əmək haqqı almış, eləcə də Avtonəqliyyat Müəssisəsinin xx.xx.1977-ci il tarixli 114 saylı əmri ilə müəssisəyə sürücü təyin edilmiş və xx.xx.1978-ci il tarixli 35 saylı əmri ilə işdən azad olunmuşdur. -Dövlət X8 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli K-1-14 saylı arxiv arayışından görünür ki, İddiaçı Şamxor şəhər X10 46 nömrəli xx.xx.1978-ci il tarixli əmri ilə 1 nömrəli yeməkxanaya şagird qəbul edilmiş və 16 nömrəli xx.xx.1982-ci il tarixli əmri ilə işdən azad olunmuş, Şamxor rayon X1 Birliyinin 20 nömrəli xx.xx.1982-ci il tarixli əmri ilə birliyə çilingər təyin edilmiş və 68 nömrəli xx.xx.1983-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad olunmuş, həmçinin 1 saylı Üzüm emalı zavodunun xx.xx.1989-cu il tarixli əmri ilə onun zavodda saatdan artıq işləməsi qeyd edilmişdir. -İddiaçı məxsus xx.xx.1979-cu il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında olan qeydlərdən görünür ki, sonuncu xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X6 İdarəsində, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Şamxor şəhər X11, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Şamxor rayon X1 Birliyində, xx.xx.1983cü il tarixdən xx.xx.1989-cu il tarixədək X3 və xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək 1 nömrəli X14 Zavodunda işləmişdir. -X6 İdarəsi tərəfindən verilmiş əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək X6 İdarəsində işləmiş və əmək haqqı almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X5 Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh iddiaçının 15 il 05 ay 06 gün sığorta stajını etiraf və qəbul edir. İddiaçıya məxsus əmək kitabçasından da görünür ki, onun xx.xx.1989-cu il tarixdən xx.xx.1999-cu il tarixədək 1 nömrəli X14 Zavodunda işləməsi barədə qeydlər var. Arxiv arayışında iddiaçının həmin zavoda işə qəbulu və işdən azad edilməsi barədə məlumat olmasa da həmin zavodda işləməsi barədə məlumatın olması əmək kitabçasındakı qeydlərin mötəbər olmasını deməyə əsas verir. Beləliklə də həmin illər də sosial sığorta stajına hesablanacağı təqdirdə (15 il 05 ay 06 gün + 09 il 10 ay 03 gün = 25 il 03 ay 09 gün) onun pensiya təyinatı hüququ yaranır. Bundan əlavə iddiaçının 1977-1978-ci illərdə də digər müəssisələrdə (1977-ci ilin maydekabr aylarında Şəmkir rayon Kökəltmə birliyində və xx.xx.1977-ci il tarixdən xx.xx.1978ci il tarixədəkAvtonəqliyyat Müəssisəsində) işləməsi arxiv arayışları ilə təsdiq olunur. Həmin illərin də onun sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından onun maraqlarına uyğundur. Məhkəmə qeyd olunan əmək kitabçasını və arxiv arayışlarını mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarəvə təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1977-ci ilin may-dekabr aylarında, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək və xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-119/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-119/2020
10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver