Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-119/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “**********159852 nömrəli xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, yük avtomobili nəqliyyatının fəaliyyəti, yanacaq doldurma məntəqələrinin fəaliyyəti, ixtisaslaşdırılmamış topdansatış ilə məşğul olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********153230 nömrəli qərarına əsasən iddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin vergi yoxlaması xx.xx.2018-ci tarixdən xx.xx.2021-ci ilədək olan vergi dövrünü əhatə etmişdir. Qeyd edilən yoxlama KY211702943 nömrə ilə vahid məlumat reyestrində qeydə alınmışdır. Yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022-ci il tarixləri, yoxlamanın növü növbədən kənar səyyar vergi yoxlaması qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********154380 nömrəli qərarı ilə səyyar vergi yoxlamasının müddəti iş həcminin çox olması ilə bağlı və əlavə araşdırmaların aparılması zərurəti yarandığı üçün 30 iş günü, sonradan xx.xx.2022-ci il tarixli, **********155976 nömrəli qərarı ilə eyni əsaslarla yenidən 30 iş günü artırılmışdır. Vahid məlumat reyestrində isə “xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (51 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması xx.xx.2022 tarixindən xx.xx.2022 tarixinədək (48 gün müddətinə) artırılmışdır. Əsas: Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunması” kimi qeydə alınmışdır. Yoxlamaların nəticələrinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********153623 nömrəli səyyar vergi yoxlaması aktına əsasən vergi yoxlaması nəticəsində 187.764,79 manat məbləğində mənfəət vergisinin (o cümlədən 2018-ci il üzrə 134.045,50 manat və 2019-cu il üzrə 53.719,29 manat), 229.705,09 manat məbləğində əlavə dəyər vergisinin (o cümlədən 2018-ci ilin son 2 ayi ərzində 10.863,65 manat, 2019-cu il ərzində 56.495,22 manat və 2021-ci ilin oktyabr ayı üzrə 162.346,22 manat), ümumilikdə 417.469,88 manat vergilərin azaldılması müəyyən edildi, 264,46 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablandığı (2019-cu ilin aprel ayı üzrə) müəyyən edilmişdir. Cavabdehin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərarına əsasən vergi ödəyicisi tərəfindən mənfəət vergisi hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2018-ci il üzrə 134.045,50 manat və 2019-cu il üzrə 53.719,29 manat, cəmi 187.764,79 manat azaldılması və əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2018-ci ilin son 2 ayı ərzində 10.863,65 manat, 2019-cu il ərzində 56.495,22 manat və 2021-ci ilin oktyabr ayı üzrə 162.346,22 manat cəmi 229.705,09 manat azaldılmasına, ümumilikdə 417.469,88 manat verginin azaldılmasına və 246,46 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablanması, nəticədə 417.205,42 manat verginin azaldılmasına, 2019cu il üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin və 2021-ci ilin oktyabr ayı üçün əlavə dəyər vergisinin bəyannamələrinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə yol verilmişdir. İddiaçı mənfəət vergisi üzrə 2018-ci il üzrə 134.045,50 manat, 2019-cu il üzrə 53.719.29 manat məbləğində mənfəət vergisi, əlavə dəyər vergisi üzrə 2018-ci il üzrə 10.863,65 manat, 2019-cu il üzrə 56.495,22 manat, 2021-ci il üzrə 162.346,22 manat, cəmi 417.205,42 manat həmin məbləğə 114.852,55 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərar əsasında ümumilikdə 417.205,42 manat əlavə hesablanmış vergilərin, 208.814,95 manat azaldılan məbləğ və ona hesablanmış 208.814,95 manat, həmçinin 2019-cu il üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2021-ci ilin oktyabr ayı üzrə bəyannamə təqdim etmədiyi üçün 80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarın “digər qeydlər” bölməsində göstərilmişdir ki, 1. Vergi ödəyicisində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi üçün təyin edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) nəticəsində 187764,79 manat məbləğində mənfəət vergisinin və 229.705,09 manat məbləğində əlavə dəyər vergisinin, ümumilikdə 417.469,88 manat vergilərin azaldilması və 264,46 manat məbləğində əlavə dəyər vergisinin artıq hesablanması, nəticədə 417.205,42 manat vergilərin azaldılması müəyyən edilmişdir. 2. Xərcləri (o cümlədən gətirləri) təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə mənfəət vergisinin hesablanması ilə bağhı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən analoji fbaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatlarının təqdim edilməsi üçün səyyar vergi yoxlamasının materiallarına baxılma zamanı 05 iyul 2022-ci il tarixli, **********594900 nömrəli məktubla yenidən idarənin Boyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bayannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən 05 iyul 2022-ci il tarixli, **********649606 nömrəli məktubla Yamin firmasının /VÖEN **********/, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN **********/ və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin /VÖEN **********/ neft məhsullarının satışı üzrə fəaliyyət göstərmələrinə baxmayaraq həmin vergi ödəyicilərinin çınqıl, satışı və daşıma xidməti (yük daşımaları) üzrə fəaliyyət göstərmədiyinin müəyyən edildiyi, neft məhsullarının satışı ilə yanaşı çınqıl satışı və daşıma xidməti (yük daşımaları) üzrə fəaliyyət göstərən vergi ödəyicisinin müəyyən edilmədiyi və qeyd'olunan səbəblərdən həmin vergi ödəyicilərinin analoji vergi ödəyicisi kimi götürmək mümkün olmadığı bildirilmişdir. **********404900 nömrəli tələbnamə ilə iddiaçıdan 626.020,37 manat vəsaitin 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. İddiaçı əvvəl iddia ərizəsi, daha sonra səlahiyyətli nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********159852 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 2018-ci il üzrə 134.045,50 manat, 2019-cu il üzrə 53.719.29 manat məbləğində, cəmi 187764.79 manat əlavə mənfəət vergisi, həmin məbləğə 93.882,40 manat maliyyə sanksiyası, 2018-ci il üzrə 10.863,65 manat, 2019-cu il üzrə 56.495,22 manat, 2021-ci il üzrə 162.346,22 manat, cəmi 229705.09 manat məbləğində əlavə dəyər vergisi, həmin məbləğə 114.852,55 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin qərar əsasında ümumilikdə 417.205,42 manat əlavə hesablanmış vergilərin, 208.814,95 manat maliyyə sanksiyasının, cəmi 626.020,37 manat məbləğin büdcəyə ödənilməsi barədə **********404900 saylı xx.xx.2022-ci il tarixli cavabdeh vergi orqanı tərəfindən tələbnamə verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin **********159852 saylı xx.xx.2022-ci il tarixli qərarı tamamilə əsassız və qanunsuzdur. Səyyar vergi yoxlaması səthi aparılmış, mənfəət və əlavə dəyər vergisi düzgün hesablanmamışdır. Belə ki, iddiaçı Göygöl rayonu, Qızılca kəndi (Gəncə-Daşkəsən yolunun sağ tərəfi) ərazisində yerləşən yanacaq doldurma məntəqəsində neft məhsullarının pərakəndə satışı ilə məşğul olmuşdur. xx.xx.2019-cu il tarixdə müəssisə fəaliyyətini dayandırmışdır və bu barədə vergi orqanlarına ərizə verilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarda yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2018 - oktyabr 2021 dövrləri müəyyən edilmişdir. Müəssisənin fəaliyyəti benzin və dizel yanacağının pərakəndə satışından ibarət olduğu üçün bu sahədə satışlar Azərbaycan Respublikası Tarif Şurasının "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" xx.xx.2015-ci il tarixli 2 nömrəli Qərarı və həmin Qərara dəyişikliklərin edilməsi haqqında xx.xx.2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş qiymətlərlə həyata keçirilirdi. Həmin Qərara əsasən Al-92 markalı benzinin 1 litri üçün qiymət 0,90 manat, dizel yanacağının 1 litri üçün qiymət 0,60 manat idi. Qərarın 2.6-cı bəndinə əsasən, pərakəndə satış tariflərinə aksiz, ƏDV, təchizat tarifləri, yol vergisi daxil edilmişdir. Vergi Məcəlləsinin 161.1.-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Vergi Məcəlləsinin 211.1.2.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. Göstərilənləri nəzərə alaraq, neft məhsullarının pərakəndə satışını həyata keçirən şəxslər üçün mənfəət vergisi və ƏDV məqsədləri üçün yol vergisi və ƏDV nəzərə almadan gəliri belə qaydada müəyyən edilir: Al-92 markalı benzin 1 litri üçün: 0.90 - 0.02 = 0.88 : 1.18 = 0.7457 manat; Dizel yanacağı 1 litri üçün: 0.60 - 0.02 = 0.58 : 1.18 = 0.4915 manat. 2018-ci ildə müəssisə tərəfindən ******* litr Al-92 markalı benzin, 7743401.0 litr dizel yanacağı alınmışdır. Cəmi : 12964796 litr. Yoxlama aktına əsasən 2018-ci ildə mallar satılmışdır: Al-92 markalı benzin: satışdan gəlir 3608883.56 manat : 07457 manat = 4839591.74 litr; Dizel üzrə: satışdan gəlir: 3057496.77 : 0.4915 manat = 6220746.23 litr; cəmi: ********.97 litr. Beləliklə, 2018-ci ildə 12964796 litr yanacağın alınmasını və ********.97 litr yanacağın satıldığını nəzərə alsaq, ümumi qalıq 1904458.03 litr təşkil etməlidir. Həmçinin, yoxlama aktında 2021-ci il üzrə əlavə 162346.22 manat ƏDV hesablanmasının vergi orqanı inventarizasiya zamanı 901923.46 manat dəyərində yanacağın faktiki olaraq anbarda olmadığı ilə əsaslandırmışdır. Aktda 901923.46 manat dəyərində yanacağın 2021-ci ilin oktyabrında təqdim edilmiş kimi qəbul edilərək həmin məbləğə 162346.22 manat ƏDV hesablandığı göstərilmişdir. Müəssisə tərəfindən vergi orqanına xx.xx.2018-ci il tarixinə olan mal qalığı barədə məlumat təqdim edilməsinə baxmayaraq, vergi orqanı heç bir əsas olmadan yoxlama dövrünün sonuna mal qalığı üçün əlavə ƏDV hesablamışdır. Həm də, vergi orqanı 2021-ci il üzrə əlavə 162346.22 manat ƏDV hesablayan zaman həmin malların alındığı 2018-ci ilin tariflərini (qiymətlərini) deyil, nədənsə 2021-ci ilin qiymətlərini əsas götürmüşdür. Halbuki, müəssisə yuxarıda qeyd edildiyi kimi, xx.xx.2019-cu il tarixdə fəaliyyətini dayandırmış, bu barədə vergi orqanlarına ərizə vermiş, buna görə də nəinki 2021-ci ildə, 2019-cu ilin 2-ci yarısı və 2020ci ildə də heç bir mal alqı-satqısı həyata keçirməmişdir. Həmçinin, cavabdeh vergi orqanına yoxlama çərçivəsində gəlirdən çıxılan xərcləri təsdiqedici müvafiq sənədləri təqdim etsə də, cavabdeh onları əsassız olaraq nəzərə almamışdır, bunun səbəbləri yoxlama aktında qeyd edilməmişdir. Bundan başqa, Vergilər Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Cavabdehin **********59852 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı 2018-ci il üzrə 134.045,50 manat əlavə mənfəət vergisi, 2018-ci il üzrə 10.863,65 manat əlavə dəyər vergisi, həmin məbləğlərə 72.454.57 manat maliyyə sanksiyası hesablanmışdır. Hətta həmin pozuntulara yol verildiyini ehtimal edilsə belə, AR Vergilər Məcəlləsinin 56.1.-ci maddəsinə görə, bu pozuntular üzrə vergi öhdəlikləri yarana bilməz, çünki həmin dövrdən 3 il keçmişdir. Bundan başqa, cavabdeh vergi orqanının səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında yoxlama ilə əhatə olunan vergi dövrünün noyabr 2018 - oktyabr 2021 dövrləri müəyyən edilməsinə baxmayaraq, vergi qanunsuz olaraq heç bir əsas olmadan xx.xx.2018-ci ildən sonrakı dövr üzrə faktiki yoxlama aparmış, həmin dövr üzrə sənədləri tələb etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli **********340700 nömrəli etirazını təqdim etmişdir. Etiraz qeyd olunur ki, xx.xx.2021-ci il tarixli, **********153230 nömrəli qərara əsasən iddiaçıda xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və aparılmış yoxlamanın nəticələri xx.xx.2022-ci il tarixli **********153623 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş bank çıxarışları, elektron gaimə-fakturalar, elektron vergi hesab-fakturaları, qaimə-fakturaya əlavələr, material hərəkəti barədə hesabatlar və əlavələri, materialların alınması üçün vəkalətnamələr, malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturaları, kassa mədaxil orderinin qəbzi, alqı-satqı müqavilələri, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) Gəncə Filialı tərəfindən 12 yanvar 2022-ci il tarixli **********500800 saylı, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) Gəncə Filialı tərəfindən 06 yanvar 2022-ci il tarixli **********596400 saylı məktublarla daxil olmuş vergi ödəyicisinin bank əməliyyatları barədə məlumatlar, vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə-fakturalar barədə məlumatlar, elektron vergi hesab-fakturaları barədə məlumatlar, idxal - ixrac əməliyyatları barədə məlumatlar, əlavə dəyər vergisinin depozit hesabından çıxarış əsasında aparıldı. Qeyd: Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə 05 yanvar 2022-ci il tarixli **********153276 saylı vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə təqdim edilmiş və vergi ödəyicisi tərəfindən 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2020-ci il tarixədək olan dövr üzrə yanacağın hərəkətinə dair aylar üzrə cədvəllər, yanacağın alınmasına dair 225 ədəd qaimə-fakturalara əlavələr, bank hesabından çıxarış, əmək haqqı cədvəlləri, müqavilələr, 2018-ilin noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə alınmış və təqdim edilmiş elektron-qaimə fakturalar və vəkalətnamələr yoxlamaya təqdim edilmişdir. Lakin vergi ödəyicisinin rəhbəri tərəfindən 01 yanvar 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövr üzrə mal-materialın aylar üzrə hərəkətini təsdiq edən cədvəllər, 01 yanvar 2018-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövr üzrə qaimə-fakturalara əlavələr, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən (VÖEN **********), fərdi sahibkar X1 (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən (VÖEN **********) alınmış malmaterialların əsas dəyərinin ödənilməsinə dair ödəniş sənədlər, "Gəncə Körpü Tikinti - 2" Açıq Səhmdar Cəmiyyətə (VÖEN **********) təqdim edilmiş 3500,0 ton şebenin (70000,00 manat ƏDV-siz dəyəri), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********) təqdim edilmiş 1625,0 ton mal-materialın (130000,00 manat ƏDV-siz dəyəri), 2018-ci il ərzində təqdim edilmiş 1116,67 litr Al - 95 markalı benzinin və 2019-cu ilin aprel ayı ərizndə təqdim edilmiş 100,00 litr Al-95 markalı benzinin alışını təsdiq edən sənədlər, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********) və "X3" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********) göstərilmiş nəqliyyat xidmətinin hansı nəqliyyat vasitələri ilə həyata keçirilməsini təsdiq edən sənədlər (nəqliyyat vasitəsinin adı və dövlət qeydiyyat nişanı göstərilməklə), işlərin görülməsinə dair aktların, balansında olan əsas vəsaitlər və icarəyə götürülmüş əsas vəsaitlər barədə məlumatlar, cəmiyyətin ƏDV depozit hesabından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********) ödənilmiş 18000,00 manat və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN **********) ödənilmiş 400,00 manat əlavə dəyər vergisinin ödənilməsinin səbəbləri barədə məlumat, 01 yanvar 2018-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövr üzrə debitor və kreditorların hərəkəti barədə məlumatlar, 01 yanvar 2018-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan dövr üzrə mal-materialların pərakəndə satışını təsdiq edən nəzarət kassa aparatlarının aylıq hesabatları və s. analoji sənədlər yoxlamaya təqdim edilməmişdir. b Bununla bağlı tərəfimizdən 26 yanvar 2022-ci il tarixdə imtina aktı tərtib edilmiş, tərtib edilmiş imtina aktı vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmış və aktın bir nüsxəsi vergi ödəyicisinin rəhbəri tərəfindən götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin bank hesabı açılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Filialına 05 yanvar 2022-ci il tarixli **********678400 saylı məktubla və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Gəncə" Filialına 05 yanvar 2022- ci il tarixli **********679100 saylı məktubla "Hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumatların verilməsi haqqında" Bildirişlər göndərilmişdir (bildirişlərin surəti səyyar vergi yoxlaması aktına əlavə edilmişdir). "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Gəncə Filialı tərəfindən 12 yanvar 2022-ci il larixli **********500800 saylı və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "Gəncə" Filialı tərəfindən 06 yanvar 2022-ci il tarixli **********596400 saylı məktublarla cəmiyyətin bank əməliyyatları barədə məlumatlar təqdim edilmişdir. Vergi orqanının məlumat bazasında yoxlama ilə əhatə olunan dövr üzrə cəmiyyətin qarşılıqlı əlaqələri ilə bağlı məlumat aşkar edilməmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş müvafiq vergi bəyannamələrinin və sosial sığorta hesabatlarının düzgünlüyünü yoxlayarkən müəyyən edilmişdir: Mənfəət vergisi üzrə: Cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 6673346,86 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 6783774,48 manat təşkil edərək hesabat ilini 110427,62 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci il ərzində Al-92 markalı benzin satışından 3608883,56 manat, dizel satışından 3057496,77 manat, Premium markalı benzin satışından 1188,73 manat, nəqliyyat xidmətlərinin göstərilməsindən 984,46 manat, çınqıl satışından 70000,00 manat, cəmi 6738553,52 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı 6008181,69 manat xərcin olduğu müəyyən edilməsinə baxmayaraq 72173,19 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı Al-92 markalı benzin satışından 3608883,56 manat, dizel yanacağı satışından 3057496,77 manat, cəmi 6666380,33 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı Al-92 markalı benzin üzrə 3293455,42 manat, dizel yanacağı üzrə 2691394,09 manat, icarə haqqı üzrə 2400,00 manat, əmək haqqı üzrə 10200,00 manat, sığorta haqqı üzrə 2244,00 manat, bank xidmət haqqı üzrə 8150,18 manat, sair xərclər üzrə 338,00 manat, cəmi 6008181,69 manat xərcləri olmaqla 658198,64 manat vergiyə cəlb edilən mənfəətin az göstərilməsi nəticəsində 131639,73 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi. Xərcləri təsdiq edən sənədlər yoxlamaya tam təqdim edilmədiyinə görə mənfəət vergisinin hesablanması ilə bağlı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi barədə məlumatlarının təqdim edilməsi üçün 05 may 2022-ci il tarixli **********660100 saylı məktubla idarənin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət edilmişdir. Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsi tərəfindən 06 may 2022-ci il tarixli **********691900 saylı məktubla vergi orqanında olan uçot baza məlumatlarına əsasən analoji fəaliyyətlə məşğul olan vergi ödəyicinin olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 72173,19 manat dəyərində malların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 72173,19 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablandı: M=G/(100+R)xR = 72.173,19/120x20=12.028,87. Burada M - vergi ödəyicisnin mənfəəti; G - vergi ödəyicisinin gəlirləri; R - şərti rentabellik normasıdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə müəyyən edilmiş 12028,87 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə (12028,87 x 20,0 % = 2405,77) 2405,77 manat mənfəət vergisi hesablandı və nəticədə cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində, ümumilikdə 134045,50 manat (131639,73 + 2405,77 = 134045,50) büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edildi. Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 3039428,24 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3055908,49 manat təşkil edərək hesabat ilini 16480,25 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2019-cu il ərzində Al-92 markalı benzin satışından 1797117,31 manat, dizel satışından 1230551,07 manat, Premium markalı benzin satışından 17425,00 manat, nəqliyyat xidmətlərinin göstərilməsindən 43482,37 manat, çınqıl satışından 130000,00 manat, cəmi 3218575,75 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı 2805410,65 manat xərcin olduğu müəyyən edilməsinə baxmayaraq 173482,37 manat dəyərində gəlirin əldə edilməsi ilə bağlı xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Səyyar vergi yoxlaması zamanı Al-92 markalı benzin satışından 1797117,31 manat, dizel yanacağı satışından 1230551,07 manat, Premium markalı benzin satışından 17425,00 manat, cəmi 3045093,38 manat gəlir əldə edildiyi, gəlirin əldə edilməsi ilə bağlı Al-92 markalı benzin üzrə 1668730,97 manat, dizel yanacağı üzrə 1109033,55 manat, Premium markalı benzin üzrə 17255,91 manat, icarə haqqı üzrə 1000,00 manat, əmək haqqı üzrə 6000,00 manat, sığorta haqqı üzrə 1350,00 manat, bank xidmət haqqı üzrə 1803,22 manat, sair xərclər üzrə 237,00 manat, cəmi 2805410,65 manat xərcləri olmaqla 239682,73 manat vergiyə cəlb edilən mənfəətin az göstərilməsi nəticəsində 47936,55 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən təqdim edilmiş 173482,37 manat dəyərində malların alışı ilə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı və 04 aprel 2003-cü il tarixli 42 saylı Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 173482,37 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablandı: M=G/(100+R)xR=173.482,37/100x20 = 28.913,73. Burada M - vergi ödəyicisnin mənfəəti; G - vergi ödəyicisinin gəlirləri; R - şərti rentabellik normasıdır. Beləliklə, səyyar vergi yoxlaması zamanı 2019-cu il üzrə müəyyən edilmiş 28913,73 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə (28913,73 x 20,0 % = 5782,74) 5782,74 manat mənfəət vergisi hesablandı və nəticədə cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 53719,29 manat (47936,55 + 5782,74 = 53719,29) büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edildi. Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci il üzrə 134045,50 manat və 2019-cu il üzrə 53719,29 manat, cəmi 187764,79 manat mənfəət vergisinin azaldıldığı müəyyən edildi Əlavə dəyər vergisi üzrə: Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində 2018-ci ilin noyabr ayı üzrə 3811,89 manat, dekabr ayı üzrə 7051,76 manat, 2019-cu ilin yanvar ayı üzrə 1103,86 manat, fevral ayı üzrə 10978,98 manat, mart ayı üzrə 15931,25 manat, may ayı üzrə 28384,48 manat, iyun ayı üzrə 96,65 manat və 2021-ci ilin oktyabr ayı üzrə 162346,22 manat, cəmi 229705,09 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2019-cu ilin aprel ayı üzrə isə 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edildi. Beləliklə aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində 229705,09 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı, nəticədə yoxlama ilə əhatə olunan dövrdə 229440,63 manat (229705,09 - 264,46 = 229440,63 ) büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edildi. Kənarlaşmaya səbəb aşağıdakılar olmuşdur: - Təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əvəzləşdirilən dövriyyənin aylar üzrə düzgün göstərilməməsi, yəni 2018-ci ilin noyabr ayı üzrə 3055,56 manat və 2019- cu ilin may ayı üzrə 130511,56 manat artıq göstərilməsi nəticəsində 2018-ci ilin noyabr ayı üzrə 550,00 manat və 2019-cu ilin may ayı üzrə 23492,08 manat, cəmi 240420,08 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edildi (əvəzləşdirmə cədvəli səyyar vergi yoxlaması aktına əlavə edilmişdir); - Təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi, yəni 2018-ci ilin noyabr ayı üzrə 18120,79 manat, dekabr ayı üzrə 39176,46 manat və 2019-cu ilin yanvar ayı üzrə 6132,54 manat, fevral ayı üzrə 60994,36 manat, mart ayı üzrə 88506,92 manat, may ayı üzrə 27179,19 manat, cəmi 240110,26 manat az göstərilməsi nəticəsində 43219,85 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edildi; - Yoxlama zamanı tərtib olunmuş material uçotu cədvəllərinə əsasən yoxlama dövrünün sonuna vergi ödəyicisinin 901923,46 manat (ƏDV-siz) dəyərində yanacaq qalığı qalmışdır: Lakin səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aparılmış inventarizasiyanın nəticəsinə əsasən vergi ödəyicisində yanacaq qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə) səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisində aparılmış inventarizasiyanın nəticəsinə əsasən 901923,46'manat (ƏDV-siz) dəyərində yanacağın faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı müəyyən edildiyi üçün həmin mallar yoxlama ilə əhatə edilən sonuncu hesabat dövründə, yəni 2021-ci ilin oktyabr ayında təqdim edilmiş kimi qəbul edilərək 2021-ci ilin oktyabr ayı üzrə 901923,46 manat əlavə dəyər vergisinə cəlb olunan dövriyyənin və 162346,22 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı müəyyən edildi (material uçotu cədvəli səyyar vergi yoxlaması aktına əlavə edilmişdir). - Əlavə dəyər vergisinin bəyannamələrində vergiyə cəlb edilən dövriyyələrin aylar üzrə düzgün göstərilməməsi, yəni 2019-cu ilin aprel ayı üzrə 1469,20 manat artıq göstərilməsi nəticəsində 264,46 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edildi. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə: Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci il üçün təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin düzgünlüyünü yoxlayarkən kənarlaşma aşkar edilmədi. Ödəmə mənbəyində tutulan vergi üzrə: Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci ilin İV rübü və 2019-cu ilin İ, İl rübləri üçün təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin düzgünlüyünü yoxlayarkən fərq müəyyən edilmədi. MDSS - işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) barədə hesabatlar üzrə: Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci ilin İV rübü və 2019-cu ilin İ, İl rübləri üçün təqdim edilmiş MDSS - İşəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) hesabatların düzgünlüyünü yoxlayarkən kənarlaşma aşkar edilmədi. İşsizlik sığortası üzrə rüblük hesabatlar (hüquqi şəxslər)üzrə: Səyyar vergi yoxlaması zamanı cəmiyyət tərəfindən 2018-ci ilin İV rübü və 2019-cu ilin İ, İl rübləri üçün təqdim edilmiş İşsizlik sığortası üzrə rüblük hesabatların (hüquqi şəxslər) düzgünlüyünü yoxlayarkən kənarlaşma aşkar edilmədi. VM-nin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Qeyd olunanlarda da göründüyü kimi, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən keçirilmiş səyyar vergi yoxlanası qanunvericiliyin tələbinə əməl edilməklə başa çatdırılmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçının iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti, ekspert rəyi əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159852 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Qeyd edilən maddə ilə vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədilə, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır. İddiaçı barəsində hesablanmış mənfəət vergisinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin normalarına görə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad olunmaqla hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına əsasən hesablamışdır. Vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı xərclər barədə sənədlərin iddiaçı tərəfindən tam təqdim edilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçıya münasibətdə şərti rentabelliyin tətbiqi əsassız sayılmalıdır. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə həmçinin VM-in 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır. Cavabdeh vergi ödəyicisinə əlavə vergilərin hesablanmasının və şərti rentabelliyin tətbiqinin səbəbi qismində həm də zəruri olan sənədlərin yoxlamaya təqdim olunmamasına istinad edir. Bununla bağlı nəzərə alınmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları təsdiq edən sənədlərin yoxlamaya təqdim edilməməsi, formalaşmış hüquqi mövqeyə əsasən, cavabdehi icraat çərçivəsində həmin sənədlərin əldə olunmasına yönəlik mümkün tədbirlərin görülməsi vəzifəsindən azad etmir. Digər tərəfdən, nəzərə alınmalıdır ki, əlavə verginin hesablanması zamanı cavabdehin istinad etdiyi sənədləri məhkəməyə, eləcə də ekspertizaya təqdim etmək vergi orqanının məsuliyyət sferasına aiddir və onun vəzifəsidir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi ödəyicisi tərəfindən büdcəyə çatacaq verginin azaldılması və ya gizlədilməsi halları yalnız yuxarıda istinad olunan normalara və tələblərə uyğun aparılmış inzibati icraat nəticəsində müəyyən edilə və qiymətləndirilə bilər. İş üzrə keçirilmiş ekspert rəyinə gəldikdə isə, ekspert rəyində haqlı olaraq qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəssisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2022-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-ci il, tərtib olunma tarixi xx.xx.2022-ci il və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq mənfəət vergisi üzrə yoxlama ilə əhatə olunan dövr 2018-2020-ci il tarixləri olduğundan 3 ildən əvvəlki dövrlərə dair də hesablanma aparılmışdır. Həmin tələblərin gözlənilməməsi nəticəsində yoxlama ilə 2018-ci il tarixdən 2022-ci il tarixədək olan dövr üzrə vergi ödəyicisinə əlavə olaraq 134.045,50 manat məbləğində 2018-ci ilin mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktında 2018 və 2019-cu illərdə Mənfəət vergisi üzrə xərc sənədlərinin tam təqdim edilmədiyi göstərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlirdən çıxılan xərc sənədlərinin bir hissəsi nəzərə alınmamış və bu səbəbdən həmin illər üzrə (2018- 2019) nəzərə alınmamış bir qisim xərc məbləğlərinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli və 04 aprel 2003-cü il tarixli, 42 nömrəli Qərarlarına müvafiq olaraq hesablama aparılmışdır. Həmin illər üzrə digər xərclər gəlirdən çıxılaraq yerdə qalan məbləğə mənfəət vergisi hesablanmışdır. Yəni vergi ödəyicisinə bir vergi ili üzrə mənfəət vergisi iki üsulla hesablanmışdır. Lakin Vergi Məcəlləsində belə bir qaydada mənfəət vergisinin hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda qeyd edilir ki, xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktında hansı səbəbdən 2018 və 2019-cu ilin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərc sənədlərinin nəzərə alınmaması göstərilməmişdir. Beləliklə, iş materiallarında olan sənədlərə və keçirilmiş səyyar vergi yoxlamasına əsasən İddiaçınə 2018-ci il üzrə 134.045,50 manat, 2019-cu il üzrə 53.719,29 manat hesablanmış mənfəət vergisi düzgünlüyü müəyyən edilmir. Ekspert rəyinə əsasən İddiaçınə hesablanmış 323.067,16 manat əlavə dəyər vergisinin düzgünlüyü də müəyyən edilmir. Belə ki, səyyar vergi yoxlaması aktında hansı səbəbdən əvəzləşdirilən ƏDV-nin aylar üzrə düzgün göstərilməməsi qeyd edilməmişdir. Bundan başqa, müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktının başlanması tarixi xx.xx.2022-cu il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-ci il, tərtib olunma tarixi xx.xx.2022-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il yoxlama ilə əhatə olunan dövr isə noyabr 2018-cı il tarixdən oktyabr 2021-cu il tarixədək olmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Aktının Vergi Məcəlləsinin tələblərinə əsasən müddət baxımından düzgün keçirilməməsi müəyyən olunur. Yəni müəəsisənin fəaliyyəti üzrə tərtib olunmuş səyyar vergi yoxlaması aktının başlanması tarixi xx.xx.2022-ci il, yoxlamanın başa çatması tarixi xx.xx.2022-cu il, tərtib olunma tarixi xx.xx.2022-ci il və vergi ödəyicisinin yergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın tarixi xx.xx.2022-ci il olmasına baxmayaraq yoxlama ilə əhatə olunan dövr noyabr 2018-cı il tarixdən oktyabr 2021-ci il tarixədək olduğundan 3 ildən əvvəlki dövrlərə (2018-ci ilin noyabr, dekabr və s. ayları üzrə) dair də hesablama aparılmışdır. Göstərilənlərə əsasən ekspertin gəldiyi qənaətə əsasən xx.xx.2022-ci il tarixli **********153623 nömrəli Səyyar vergi yoxlaması Akt ilə gəlinən nəticənin əsaslı olması müəyyən edilmir. Məhkəmə də, ekspert rəyi il razılaşır və ekspertin gəldiyi nəticəni əsaslı hesab edir. Bundan başqa, Səyyar vergi yoxlaması Aktının təhlili göstərir ki, cavabdeh 2021-ci il üzrə əlavə 162346,22 manat ƏDV hesablayan zaman həmin malların alındığı 2018-ci il ilin tariflərini deyil, 2021-ci ildə mövcud qiymətləri əsas götürmüşdür. Nəzərə alınmalıdır ki, iddiaçı xx.xx.2019-cu ildən fəalıyyətini dayandırmış, bu barədə cavabdehi məlumatlandırmış, ona görə də nə 2021-ci ildə, nə 2019-cu ilin ikinci yarısında, nə də 2020-ci ildə heç bir mal alqı-satqısı həyata keçirməmişdir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mübahisələndirilən inzibati aktın ləğv olunmasını tələb etməkdə haqlı sayılmalıdır. İnzibati-Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. 14 saylı Ərazi Vergilər İdarəsinin “vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159852 qərarı ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası üçün aparılmış tədqiqatın dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci 14 saylı Ərazi Vergilər İdarəsindən alınaraq 210005 kodlu, VÖEN**********, AZ34CTRE **********0002088501, X2, VÖEN********** müxbir hesab AZ41NABZ013602**********3944; SFİFT BİK CTREAZ22 saylı hesaba ödənilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-119/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-119/2023
08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver