Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1190/2020 17.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə (bundan sonra ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsi) qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Tərtər rayonu “Pravda” adına kolxozda kolxozçu, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri N.Nərimanov adına tikiş fabrikində usta köməkçisi və usta, xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X4 filialında nəzarətçi, 1998-2000-ci illərdə X5 Qaraqoyunlu filialında nəzarətçi işlədiyi illərin ona pensiya hüququ verən sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, kolxozda işləməsi barədə arxiv arayışı, eləcə də Əmanət Bankında işləməsi barədə əmrlər yoxdur. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 25 il sosial sığorta stajı və ya hal-hazırki dövr üçün 28800 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Tərtər rayonu “Pravda” adına kolxozda, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri N.Nərimanov adına tikiş fabrikində, xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək X4 filialında, 1998-2000-ci illərdə X5 Qaraqoyunlu filialında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Tərtər rayonu “Pravda” adına kolxozda işləməsi barədə arxiv arayışı, eləcə də Əmanət Bankında işləməsi barədə müvafiq əmrlər mövcud deyil. Hətta onun iddia etdiyi müddətlərin hamısı hesablandıqda belə tələb olunan 25 il sosial sığorta stajı, eləcə də müvafiq pensiya kapitalı yaranmır. Göründüyü kimi iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə qeyd edilən iş illəri sosial sığorta stajına daxil edilsə belə, həmin sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə həmin nəticə əldə olunmursa belə mübahisəyə mahiyyəti üzrə baxılmasının əhəmiyyəti yoxdur. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir. Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Tərtər rayon şöbəsinə qarşı iş illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1190/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1190/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver