Məhkəmə qərarları › İş №2-1(114)-1190/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1190/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1190/2023 16.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “KAT-2020” Mənzil Tikinti Korporativinin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı KAT-2020 Mənzil Tikinti Korporativinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs X3) sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı KAT-2020 Mənzil Tikinti Korporativi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Gəncə şəhəri, H.Əliyev prospekti 50 saylı (hazırki X7 prospekti-302) ünvanda yerləşən 2.28 ha torpaq sahəsinə dair X1 adına verilmiş 0.03 ha torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən (hazır ki, X7 prospekti) 2,28 hektar torpaq sahəsi Gəncə Şəhər İcra Hakimiyyətinin 19 oktyabr 2005ci il tarixli, 322 saylı Sərəncamının 1-ci bəndi ilə çox mərtəbəli yaşayış binalarının tikintisi üçün ayrılmışdır. Bu sərəncam Gəncə şəhər Nizami rayon bələdiyyəsinin 27 oktyabr 2006-cı il tarixli, 10 saylı iclasının 10/4-li qərarını əldə tutaraq qəbul edilmişdir. Qeyd olunan Sərəncam və qərarın ləğvi ilə bağlı iddia qaldırılsada 2 saylı Yerli İqtisad Məhkəməsinin 29 sentyabr 2006-c1 il tarixli qətnaməsi, Gəncə Apellyasiya Məhkəməsinin 05 oktyabr 2007-ci il tarixli, 2/1(104)-10(07-2)2007 saylı qətnaməsi və AR Ali Məhkəməsinin 08 avqust 2008-ci il tarixli, 2-1(102)-128/2008-ci il tarixli Qərarı ilə iddia tələbləri təmin edilməmişdir. Qeyd olunan sərəncam və qərarların qanuniliyi təsdiq edilməklə kooperativ üçün ayrılmış torpaq sahəsinin kooperativin sahibliyində və istifadəsində olması faktı təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə müraciət edilsə də cavabdeh tərəfindən hərəkətsizlik edilərək müraciətinə heç bir cavab verilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Eyni zamanda iddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadlarına əsasən iddia tələbi “KAT-2020 Mənzil Tikinti Korporativinə məxsus olan Gəncə şəhəri, H.Əliyev prospekti 50 saylı ünvanda yerləşən 2.28 ha torpaq sahəsinə dair X1 adına verilmiş 0.03 ha torpaq sahəsinə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamın ləğv edilməsi” tələbinə dəyişdirilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz edilmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxsin vəkili X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 oktyabr 2005-ci il tarixli 322 N-li sərəncamından görünür ki, Heydər Əliyev prospekti 50 saylı ünvanda 2.28 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMM-nə təhkim edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş X6 Filialının 14 sentyabr 2020-ci il tarixli, 863/3 nömrəli arxiv arayışından görünür ki, Gəncə şəhər Nizami bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli, 154 nömrəli sərəncamı ilə Gəncə şəhəri, İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2005-ci il tarixli 322 N-li sərəncamı əsasında ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün "xxxx" MMM-nə təhkim edilmiş 22.800 (iyirmi iki min səkkiz yüz) kvadrat metr torpaq sahəsinin bələdiyyə tərəfindən aidiyyatı M.M.M-yə 20 (iyirmi) il müddətinə icarəyə verilməsi və illər üzrə icarə haqqının vaxtaşırı bələdiyyənin büdcəsinə odənilməsinin təmin edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2006-cı il tarixli Torpaq sahəsinin Kadastr planından görünür ki, kadastr planı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 oktyabr 2005-ci il tarixli 322 N-li sərəncamı və Gəncə şəhər Nizami bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli, 154 nömrəli sərəncamı ilə "xxxx" MMM-ə çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün icarəyə verilmiş 22.800 m2 torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 81 N-li sərəncamından görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən 0.03 ha torpaq sahəsinin 49 il müddətinə X1 istifadəsinə verilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 302 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi üzərində X1 49 il müddətinə icarə hüquqları qeydiyyata alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-757/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021ci il tarixli, 81 saylı sərəncamı və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, X7 prospekti, 302 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində X1 icarə hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixli, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, aparılmış araşdırma zamanı həmin 0.03 ha torpaq sahəsinin "xxxx" MMM-nin adına tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 121 nömrəli "Torpaq sahəsinin kadastr planın"da qeyd olunan 2.28 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 2006-cı ildə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 19 oktyabr 2005-ci il tarixli 322 N-li sərəncamı və Gəncə şəhər Nizami bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli, 154 nömrəli sərəncamına əsasən iddiaçının icarəsinə verilsə də, icarə hüquqları qeydə alınmamışdır. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 81 saylı sərəncamı və xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən, Gəncə şəhəri, Nizami rayonu, X7 prospekti, 302 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi üzərində X1 icarə hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2021ci il tarixli, **********68 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-757/2023 nömrəli etiraz məktubunda qeyd olunmuşdur ki, aparılmış araşdırma zamanı həmin 0.03 ha torpaq sahəsinin "xxxx" MMM-nin adına tərtib edilmiş xx.xx.2006-cı il tarixli, 121 nömrəli "Torpaq sahəsinin kadastr planın"da qeyd olunan 2.28 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi müəyyən edilmişdir. Hazırki işdə iddiaçının tələbi 0.03 ha torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə sərəncamın ləğvi olsa da, ilkin tələbdən görünür ki, onun hüquqi marağı həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxsin adına aparılmış qeydin ləğvinə yönəlmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:- -14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. -139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. -148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından, iddiaçının isə həmin sahəyə dair hər-hansı hüququ rəsmiləşdirilmədiyindən iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı KAT-2020 Mənzil Tikinti Korporativinin cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar