Məhkəmə qərarları › İş №2-1(114)-1192/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1192/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1192/2020 19.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialına qarşı qərarın ləğv edilməsitələbinə dair inzibati işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Dövlət X4 Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya 6 saylı X8 Komissiyası tərəfindən 3-cü əlillik dərəcəsi verilmiş, lakin Əmək və X2 Nazirliyində aparılmış araşdırma nəticəsində əlilliyi etibarsız hesab olunmuşdur. Bundan sonra DSMF-nin Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən əmək pensiyası üzrə aldığı 17178.24 manat pulun ondan tutularaq şöbənin bank hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əlilliyinin etibarsız hesab edilməsinin səbəbini bilmir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının əlillik dərəcəsi nazirlik tərəfindən etibarsız sayıldığına görə şöbə yalnız ona artıq ödənilmiş pulun geri qaytarılmasını tələb etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X4 Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Azərbaycan Respublikası Əmək və X2 Nazirliyində yaradılmış müvafiq komissiyanın araşdırmaları nəticəsində İddiaçı əlilliyi etibarsız hesab edilmiş və xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək qanunsuz olaraq ödənilmiş pensiya məbləği 17178.24 manat təşkil etmişdir. Göründüyü kimi hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarın verilməsinə əsas Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin yaratdığı müvafiq komissiyanın əlilliyin etibarsız hesab edilməsi barədə qərarı olmuşdur və nazirliyin müvafiq qərarına əsasən iddiaçıya artıq ödənilmiş vəsaitin bərpası istiqamətində Dövlət X4 Tovuz rayon şöbəsi hazırda mübahisələndirilən qərarı qəbul etmişdir. Bu hal isə iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət hesab edilə bilməz. Başqa sözlə iddiaçı pozulmasını iddia etdiyi hüquqlarının bərpası məqsədilə Dövlət X4 Tovuz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli qərarının verilməsinə əsas olmuş qərarı, yəni nazirliyin onun əlilliyinin etibarsız hesab edilməsi barədə qərarını mübahisələndirmədiyi halda bu qərarı mübahisələndirməsi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, eləcə də cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması həmin şərtlərə daxildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin tabeliyində Dövlət X5 X6 Tovuz rayon filialına qarşı qərarın ləğv edilməsitələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar