Məhkəmə qərarları › İş №2-1(114)-1198/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1198/2020

11.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1198/2020 11.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 (bundan sonra DƏDRX-nin 3 saylı X8) qarşı daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X4rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu Kolayır kəndində yerləşən məişət evinin üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayonu Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli yığıncağının 06 saylı qərarına əsasən iddiaçının müraciəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin rəyi nəzərə alınaraq dəyəri 2100 manat, sahəsi 300 kv.m olan Kolayır kəndində yerləşən "Məişət evi" iddiaçıya satılmışdır. Samux rayonu Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli qərarının icrası məqsədilə iddiaçı "Məişət evi"nin dəyərini ödəyərək ödəniş qəbzini təqdim etmişdir. Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli 212 saylı arxiv arayışında da Samux rayon Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 06 saylı qərarına əsasən "Məişət evi" nin iddiaçıya satılması barədə qeyd edilmişdir. Kolayır bələdiyyəsinin məişət evinin iddiaçıya satılası barədə qərarı tam qanuna müvafiq olaraq verilmişdir. Belə ki, xx xxxxxx 2000-ci il tarixli X9 Komissiyasının qərarı ilə Kolayır bələdiyəsinə təhvil verilən əsas vəsaitlər siyahısında Kolayır bələdiyyəsi ərazisində yerləşən məişət evi də vardır. Bu barədə Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 232 saylı arxiv arayışı mövcuddur. İddiaçı vicdanlı alıcıdır və hesab edir ki, alqı-satqı vasitəsilə öz vəsaiti hesabına aldığı əmlak dövlət qeydiyyatına alınmalı və hüquq müəyyənedici sənəd verilməlidir. Bu baxımdan cavabdehə müraciət edərək həmin məişət evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, aparılan araşdırma zamanı həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına dair Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxxx 2017-ci il tarixli 232 saylı arxiv arayışında Samux rayon Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 06 saylı iclas protokoluna əsasən sahəsi 300 kv.m olan məişət evinin satıldığı qeyd edilmişdir. Əsas vəsaitlərin qəbulu-təhvil aktında Kolayır bələdiyyəsinə məxsus 1986-cı ildə tikilmiş məişət evinin alıcı İddiaçı təhvil verildiyi qeyd edilmişdir. Həmin binanın yerləşdiyi 300 kv.m torpaq sahəsinə dair DT və XK-nin Samux rayon şöbəsi tərəfindən tərtib edilmiş, Dövlət torpaq kadastr kitabında xx.xx.2007-ci il tarixində 160 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının “Torpağın mülkiyyətə verilməsinə dair” JN-083F saylı şəhadətnamə ilə üst-üstə düşdüyü və X3 mülkiyyət hüququnun qeydə alındığı və üzərində mübahisə olduğu müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -DƏDRX-nin 3 saylı X6 xx.xx.2020-ci il tarixli, **********41 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. -Samux rayon Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 06 saylı iclas protokolunun surətindən görünür ki, İddiaçı müraciəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin rəyi nəzərə alınaraq dəyəri 2100 manat, sahəsi 300 kv.m olan Kolayır kəndində yerləşən "Məişət evi"nin ona satılması qərara alınmışdır. - xx.xx.2007-ci il tarixli əsas vəsaitlərin qəbul-təhvil aktından görünür ki, Kolayır bələdiyyəsi tərəfindən bələdiyyənin balansında olan məişət evi İddiaçı təhvil verilmişdir. -Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 215 nömrəli arxiv arayışından görünür ki, xx xxxxxx 2000-ci il tarixli X9 Komissiyasının qərarı ilə Kolayır bələdiyəsinə təhvil verilən əsas vəsaitlər siyahısında Kolayır bələdiyyəsi ərazisində yerləşən məişət evi də vardır. -Samux rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli 214 nömrəli və 216 nömrəli arxiv arayışlarından görünür ki, Samux rayon Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 06 saylı iclas protokoluna əsasən dəyəri 2100 manat, sahəsi 300 kv.m olan məişət evi İddiaçı satılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Samux rayonu Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli yığıncağının 06 saylı qərarına əsasən iddiaçının müraciəti və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin rəyi nəzərə alınaraq dəyəri 2100 manat, sahəsi 300 kv.m olan Kolayır kəndində yerləşən "Məişət evi" iddiaçıya satılmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək həmin əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Samux rayon Kolayır bələdiyyəsinin xx xxx 2007-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı satılmış Samux rayon Kolayır kəndində yerləşən sahəsi 300 kv.m olan “məişət evi”nin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar