Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-12/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı Muğum oğlunun, Üçüncü şəxsin nümayəndəsi Zeynalov Rövşən Rza oğlunun iştirakları ilə İddiaçı Muğum oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6rşı (üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı) üçüncü şəxsin adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Muğum oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı xx.xx.2018-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızının adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(83)-2156/2018 nömrəli qərardadı ilə Zeynalova Şövkət Abdulla qızı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında İddiaçı Muğum oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 tanınmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-214/2019 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı Muğum oğlu iddia ərizəsi ilə eyni zamanda məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək yekun məhkəmə qərarı çıxarılanadək üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızının adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən 2418,73 kv.m həyətyanı torpaq sahəsinin və torpaq sahəsində yerləşən tikilinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsinin və torpaq sahəsində yerləşən tikilinin satılmasının və özgəninkiləşdirilməsinin cavabdehə və digər üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-214/2019 nömrəli qərardadı ilə İddiaçı Muğum oğlunun müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(83)-214/2019 nömrəli işə mahiyyəti üzrə baxılıb qurtaranadək Zeynalova Şövkət Abdulla qızının adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünə əsasən 2418,73 kv.m həyətyanı torpaq sahəsinin və torpaq sahəsində yerləşən tikilinin üzərinə həbs qoyulması, həmin torpaq sahəsinin və torpaq sahəsində yerləşən tikilinin satılması və özgəninkiləşdirilməsinin cavabdehə və digər üçüncü şəxslərə qadağan edilməsi qərara alınmış, qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X8 həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(83)-214/2019 nömrəli qərardadına əsasən Zeynalova Şövkət Abdulla qızının mülkiyyətində olan Gədəbəy rayon X1 xx.xx.1999-cu il tarixli 09 nömrəli qərarı əsasında verilmiş 2418.73 kv.m həyətyanı torpaq sahəsinin (tam) üzərinə həbs qoyulmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı Muğum oğlu məhkəməyə ərizə təqdim edərək Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Muğum oğlunun cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı Gədəbəy Rayon X1 xx.xx.1999-cu il tarixli, 09 saylı qərarının üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına aid hissədə ləğv edilməsi tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırki inzibati iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-214/2019 nömrəli qərardadı ilə İddiaçı Muğum oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6rşı (üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı) üçüncü şəxsin adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(83)- 214/2019 nömrəli iş üzrə icraat İddiaçı Muğum oğlunun cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı Gədəbəy rayon X2 xx.xx.1999-cu il tarixli, 09 saylı qərarının üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına aid hissədə ləğv edilməsi tələbinə dair iş üzrə qəbul olunacaq qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-12/2020 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İşin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 nümayəndəsinin iştiralını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı Muğum oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək üçüncü şəxsZeynalova Şövkət Abdulla qızının adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X7 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsZeynalova Şövkət Abdulla qızının nümayəndəsi Zeynalov Rövşən Rza oğlu Zeynalova Şövkət Abdulla qızının adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin qanunvericiliyin tələblərinə uyğun verildiyindən, həmin sənədin ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə mübahisəli torpaq sahəsinin ona məxsus olmasınını sübut edəcək heç bir sənəd əlavə edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Muğum oğlu xx.xx.2017-ci il tarixdə cavabdeh Gədəbəy rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gədəbəy rayon X1 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarının üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2135/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Gədəbəy rayon X1 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarının üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına aid hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən olunur ki, iş üzrə təyin edilmiş mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, A seriyalı 116885 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əsasən X5 ayrılmış 2335.53 kv.m torpaq sahəsinin koordinatları ilə JN-2xx xxx 50500038 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən Zeynalova Şövkət Abdulla qızına ayrılmış 0.43 hektar torpaq sahəsinin koordinatları üst-üstə düşmür. “A” seriyalı 116885 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində əsasən X5 ayrılmış 2335.53 kv.m torpaq sahəsinin yerləşdiyi yer kəndin şimal-qərbində digər şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri və bələdiyyəyə məxsus yol ilə üst-üstə düşür, lakin X3 ayrılmış 2335,53 kv.m torpaq sahəsi faktiki olaraq köhnə qonşuluqları ilə həmsərhəd olaraq Zeynalova Şövkət Abdulla qızının yaşadığı yerdir. İstər X3 ayrılmış torpaq sahəsinin plan ölçü sənədi üzrə koordinatları, istərsə də Zeynalova Şövkət Abdulla qızına verilmiş plan ölçü sənədlərinin koordinatları onlara ayrılmış torpaq sahəsi ilə uyğun gəlmir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2135/2017 nömrəli qərarından üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-250/2019 nömrəli qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(83)-2135/2017 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və xx.xx.2020-ci il tarixli, 2-1(102)-1103/2020 nömrəli qərar ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-250/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(102)-1103/2020 nömrəli qərarında qeyd edilmişdir ki, məhkəmə X4 və Zeynalova Şövkət Abdulla qızına aid torpaq sahələrinin plan ölçüsü sənədlərini araşdıraraq müəyyən etmişdir ki, həmin sənədlərdə Gədəbəy rayon X1 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı əsasında Ş.A.Zeynalovaya 2418,73 m2, A.V.Baqdanovaya isə 2335.53 m2 torpaq sahəsi verilməsi qeyd edilmiş, lakin sonuncunun torpaq sahəsinin plan ölçüsü dövlət torpaq kadastr kitabında qeydiyyata alınmamışdır. Həmin plan ölçü sənədlərində torpaq sahələrinin Gədəbəy rayon X1 xx.xx.1999-cu il tarixli, 09 nömrəli qərarı əsasında verildiyi qeyd olunduğundan məhkəmə kollegiyası iş materiallarına əlavə olunmuş həmin aktı nəzərdən keçirmiş və müəyyən etmişdir ki, sözügedən qərarda torpaq sahəsinin kimə verildiyi qeyd olunmamışdır. Belə ki, həmin qərar Gədəbəy rayonu Saratovka kəndində keçirilən torpaq islahatı ilə bağlı ümumi məsələləri tənzimləməklə konkret hər hansı bir torpaq sahəsinin üçüncü şəxs Zeynalova Şövkət Abdullaq qızına və ya X3 verilməsi barədə göstəriş nəzərdə tutulmamışdır. Qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən aktın onun hüquqların pozduğunu, həmin aktla mübahisəli torpaq sahəsinin üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızına verildiyini bildirsə də, iş materiallarına əlavə olunmuş sənədlərlə iddiaçının dəlilləri öz təsdiqini tapmır. Bununla da həmin torpaq sahəsinə dair iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Göstərilənlərdən aydın olur ki, mübahisələndirmə haqqında iddialara baxarkən iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsinin onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda və yalnız iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququ olduqda iddia mümkün sayılır. Məhkəmələr də öz növbəsində belə işlərə baxarkən iddianın əsaslılığının yoxlanılmasında diqqətli olmalı, hüquqa müdaxilənin aşkar şəkildə və birmənalı nəzərə çarpdığını müəyyən etdikdə iddianı mümkün saymalıdırlar. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli torpaq sahəsinin hər hansı əsaslarla iddiaçının sahibliyində və istifadəsində olması iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçı üçüncü şəxsin adına olan sənədin mübahisələndirilməsi ilə bağlı subyektiv hüquqa malik deyildir, həmçinin qeyd edilən torpaq ilə əlaqədar bir dəfə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı Muğum oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6rşı (üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı) üçüncü şəxsin adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamış və həmin halları təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Muğum oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6rşı (üçüncü şəxs Zeynalova Şövkət Abdulla qızı) üçüncü şəxsin adına xx.xx.2010-cu il tarixdə qeydə alınmış 468 nömrəli, A seriyalı 117242 nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-12/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-12/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver