Məhkəmə qərarları › İş №2-1(114)-12/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-12/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-12/2025 06.11.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçının nümayəndəsi-Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə müəyyən edilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 498.0 kv.m hissəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı əsasında ona verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Göygöl rayon Toğanalı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 11 saylı qərarı ilə 0.08 ha torpaq sahəsi verilmiş, həmin sahədə fərdi yaşayış evi inşa edərək yaşayır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddia ərizəsinə xx.xx.2022-ci il tarixli, **********23 nömrəli etiraz ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündə Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 saylı qərarı əsasında İddiaçı 800 kv.m olan torpaq sahəsində fərdi yaşayış evi tikilmək üçün ayrıldığı və X7 Kitabında xx.xx.2013-cü il tarixli, 444 nömrə ilə uçota alınması qeyd olunmuşdur. Həmçinin təqdim olunan sənədlər əsasında qeydiyyata alınmalı olan torpaq sahəsinə müayinə baxışı keçirilmişdir. Ərazi İdarəsinin elektron Xəritə məlumatlarına əsasən, torpaq sahəsinin Göygöl rayonu, Toğana kəndində sərhədlərindən kənarda dövlət mülkiyyətində aid əraziyə (meşə fondu torpaqlarına) düşüdüyü müəyyən edilmişdir. Göstərilən əsaslara görə iddia rədd edilməlidir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli, **********14 saylı bildirişdə göstərilmişdir ki, Ərazi İdarəsinin elektron xəritə məlumatlarına əsasən torpaq sahəsinin Göygöl rayonu, Toğana kəndinin sərhəddindən kənara dövlət mülkiyyətinə məxsus meşə fondu torpaqlarının ərazisində yerləşdiyi aşkar edilmişdir. Yuxarıda göstərilən əsaslara görə Gəncə İnzibati Məhkəməsi mütəxəssis təyin edilməsi barədə e-2-1(114)-2335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Həmin qərardada mütəxəssis qarşısında sual qoyulmuşdur ki, Göygöl rayonu, Toğanalı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı satılmış 800 kv.m torpaq sahəsi satıldığı zaman (2012-ci ildə) mülkiyyət mənsubiyyəti (dövlət və yaxud bələdiyyə) necə olmuşdur. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisləri e-2-1(114)-2335/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad əsasında torpaq sahəsinə baxış keçirmiş və məhkəməyə xx.xx.2022-ci il tarixli, **********41 nömrəli mütəxəssis rəyi təqdim etmiş və rəydə göstərmişlər ki, Göygöl rayonu Toğanalı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsi satıldığı zaman (2012-ci ildə) Dövlət Mülkiyyətində olmuş, hal-hazırda Dövlət Mülkiyyətində olan torpaq sahəsidir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssislərinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli rəyi əsasında iddia tələbi Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-1(114)-148/2023 nömrəli qərarı ilə təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-449/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-148/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ünvanlayaraq, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-449/2023 nömrəli qərarının ləğv edilməsini, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-148/2023 nömrəli qərarından verdiyi apellyasiya şikayəti üzrə icraatın təzələnməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-449/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı yeni açılmış hallarla bağlı ərizəni belə əsaslandırmışdır ki, o, 2011-ci ildə Toğanalı kənd sakini X5 ilə aralarında şifahi alqı-satqı edərək Göygöl rayonu Toğanalı kəndində yerləşən 0.08 ha torpaq sahəsini ondan almışdır. Həmin torpaq sahəsinin üzərində iddiaçı mülkiyyət hüququnun tanınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh orqan həmin torpaq sahəsinin dövlət mülkiyyətinə aid meşə fondu ərazisinə düşdüyünu bildirirərək imtina etmişdir. Bu səbəbdən iddiaçı həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-148/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli qərarında iddiaçıya satılmış torpaq sahəsinin dövlət mülkiyyətində olan ərazidə yerləşməsi əsas götürülərək iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərarla razılaşmayaraq Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(104)-449/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində (meşə fondu torpaqları) olan ərazidə yerləşməsi göstərilməklə şikayətin təmin edilməməsi qərara alınmışdır. İddiaçı qeyd edir ki, o, həmin torpaq sahəsini 2011-ci ildə Toğanalı kənd sakini X5 ilə aralarında şifahi alqı-satqı edərək 8000 manata almış və 1960-cı ildən Toğanalı Bələdiyyəsinin mülkiyyətində olan JN-468BB saylı şəhadətnamə ilə müəyyən edilmiş 0.06 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün Toğana Bələdiyyəsinin hesabına 600 manat pul ödəmişdir. İddiaçı 2014-cü ildə həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək ailə üzvləriylə birlikdə həmin evdə yaşayır. 2022-ci ildə həmin evə və torpaq sahəsinə çıxarış alınması üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edərkən torpaq sahəsinin meşə fondu torpağına aid olması və bu səbəbdən çıxarış verilə bilməməsi bildirilmişdir. İddiaçı 2024-cü ildə aralarında şifahi qaydada alqı-satqı edərək həmin torpaq sahəsini aldığı X1 ona verdiyi 8000 manat pulun, torpaq sahəsinin sənədləşdirilməsi üçün Göygöl rayonu Toğanalı Bələdiyyəsinə ödədiyi 600 manat pulun və məhkəməyə ödədiyi 100 manat dövlət rüsumun alınıb ona verilməsinə dair Göygöl Rayon Məhkəməsində iddia qaldırmışdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)-27/2024 nömrəli qətnaməsi ilə iddiaçının iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qətnamədə əsas kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin 650 kv.m sahəsinin mütəxəssis rəyinə əsasən bələdiyyə torpağı olması qeyd edilmişdir. İddiaçı qeyd edir ki, belə olan halda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi Gəncə İnzibati Məhkəməsinə saxta mütəxəssis rəyi təqdim etmiş, həmin rəy əsasında Gəncə İnzibati Məhkəməsi yalnış qərar qəbul etmiş, bununla da onun konstitusion hüququ pozulmuşdur. O bildirir ki, keçirilmiş məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi iştirak etmiş, qətnamə ona təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı qətnamə ilə tanış ola bilməmişdir. Yaxın vaxtlarda iddiaçı vəkili ilə işlə bağlı maraqlandıqda, ona iddiasının təmin edilməməsinin səbəb kimi mübahisəli torpaq sahəsinin 650 kv.m hissəsinin bələdiyyə torpağı olması bildirilmişdir. İddiaçı məhkəməyə müraciət edərək qətnaməni rəsmi qaydada alıb tanış olmuş və qətnamədə mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsinə üçün əsaslar olmasını görmüşdür. Belə ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(066)- 27/2024 nömrəli qətnaməsində mübahisəli torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 650 kv.m hissəsinin bələdiyyə torpağı olması iddiaçıya məlum olmuşdur. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-4788/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilərək, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə icraat təzələnməsi qərara alınmışdır. İddiaçı etibarnamə üzrə nümyəndəsi və vəkili Vəkil2 tərəfindən vəsatət verilmiş və vəsatətdə torpaq sahəsinin dövlət və yaxud bələdiyyə olması barədə yenidən mütəxəssisin təyin edilməsi, bundan başqa iş üzrə mütəxəssis rəyinin verilməsinin cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən yox, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinin mütəxəssisləri tərəfindən verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin vəsatəti təmin edilmiş və iş üzrə yenidən mütəxəssis rəyinin alınması barədə Gəncə İnzibati Məhkəmənin 2-1(114)-12/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmiş, mütəxəssis rəyinin verilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3- 40/2-4907/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. 1 Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə dair A 416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi naturada təqdim olunan 624.0 kv.m torpaq sahəsindən 498.0 kv.m hissəsi üst-üstə düşdüyü müəyyən olunmuşdur. 2 İddiaçının naturada təqdim etdiyi faktiki isdifadəsində olan torpaq sahəsi 624.0 kv.m təşkil edildildi müəyyən edilmişdir 3 Göygöl rayonu Toğanalı Bələdiyyəsinin müvafiq qərarı əsasında İddiaçı satılmış 0.08 ha torpaq sahəsi başqa şəxslərin adına qediyatına alınmış çıxarış sənədləri ilə üstüstə düşmür və eyni zamanda naturada təqdim olunan torpaq sahəsi TEKUİS-də 104 kv.m hissəsi dövlət mülkiyyətində olan su fondunun ərazisi kimi göstərilmişdir. 4 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi Göygöl rayonu, Toğanalı bələdiyyəsinin xəritəsində 655.0 kv.m bələdiyyə mülkiyyəti olduğu müəyyən edilmişdir. 5 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) 655.0 kv.m bələdiyyə mülkiyyəti olduğu müəyyən edilmişdir. 6 **********75-10301 nömrəli çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq X2 xüsusi mülkiyyətinə verilməsi aşkar edilmişdir. 7 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi, elektron baza məlumatlarına əsasən X2 xx.xx.2008ci il tarixdə verilmiş **********75- 10301 reyestr nömrəli çıxarışın Texniki pasportunun (metr) ölçüsünə əsasən üst-üstə düşmədiyi müəyyən olunmuşdur. 8 Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) JN- 468BB saylı torpaq sahəsi bələdiyyə mülkiyyəti, TEKUİS-də dövlət mülkiyyəti kimi göstərilmişdir. 9 Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) 468BB saylı torpaq sahəsi ilə İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 471.0 kv.m hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-12/2025 nömrəli qərardadı ilə iş üzrə Göygöl rayonu Toğanalı Bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı nümayəndəsi-Vəkil2 məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ünvanlayaraq iddia tələbinin Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə müəyyən edilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 498.0 kv.m hissəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-1(114)-12/2025 nömrəli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı nümayəndəsi-Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. İşin halları Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarından görünür ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 0.08 ha torpaq sahəsinin alğı-satqı yolu ilə satılması qərara alınmışdır. Torpaqların alğı-satqısına dair xx.xx.2012-ci il tarixli aktdan görünür ki, Toğanalı kəndi ərazisində yaşayan İddiaçı xx.xx.2011-ci il tarixdə torpaq sahəsi almaq üçün müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Toğanalı Bələdiyyəsi ərazisində 0.08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2012-ci il tarixli qərar qəbul edilmişdir. A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı satılmış 800 kv.m torpaq sahəsinin koordinatları onun adına işlənmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina bildirişində göstərilmişdir ki, A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsüsü ilə müəyyən edilmiş Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə fərdi yaşayış evi tikmək üçün İddiaçı satılmış 800 kv.m torpaq sahəsi Dövlət mülkiyyətində olan torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********41 nömrəli mütəxəssis rəyində müəyyən edilmişdir ki, Göygöl rayonu Toğanalı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsi satıldığı zaman (2012-ci ildə) Dövlət Mülkiyyətində olmuş, hal-hazırda Dövlət Mülkiyyətində olan torpaq sahəsidir. Göygöl rayon Məhkəməsinin 2(066)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş, A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən edilmiş İddiaçı istifadəsində olan 800 kv.m torpaq sahəsinin 650.0 kv.m sahəsi Göygöl rayonu Toğana bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-32-33/2-12444/2023 saylı mütəxəsss rəyi ilə müəyyən edilmişdir ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş, A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən edilmiş İddiaçı istifadəsində olan 800 kv.m torpaq sahəsinin 650.0 kv.m sahəsi Göygöl rayonu Toğana bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3- 40/2-4907/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə iddiaçı tərəfin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmişdir. 1 Göygöl rayonu Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə İddiaçı satılmış torpaq sahəsinə dair A 416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsi naturada təqdim olunan 624.0 kv.m torpaq sahəsindən 498.0 kv.m hissəsi üst-üstə düşdüyü müəyyən olunmuşdur. 2 İddiaçının naturada təqdim etdiyi faktiki isdifadəsində olan torpaq sahəsi 624.0 kv.m təşkil edildildi müəyyən edilmişdir. 3 Göygöl rayonu Toğanalı Bələdiyyəsinin müvafiq qərarı əsasında İddiaçı satılmış 0.08 ha torpaq sahəsi başqa şəxslərin adına qediyatına alınmış çıxarış sənədləri ilə üst-üstə düşmür və eyni zamanda naturada təqdim olunan torpaq sahəsi TEKUİS-də 104 kv.m hissəsi dövlət mülkiyyətində olan su fondunun ərazisi kimi göstərilmişdir. 4 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi Göygöl rayonu, Toğanalı bələdiyyəsinin xəritəsində 655.0 kv.m bələdiyyə mülkiyyəti olduğu müəyyən edilmişdir. 5 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) 655.0 kv.m bələdiyyə mülkiyyəti olduğu müəyyən edilmişdir. 6. **********75-10301 nömrəli çıxarış daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınaraq X2 xüsusi mülkiyyətinə verilməsi aşkar edilmişdir. 7 İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 0.08 ha torpaq sahəsi, elektron baza məlumatlarına əsasən X2 xx.xx.2008-ci il tarixdə verilmiş **********75- 10301 reyestr nömrəli çıxarışın Texniki pasportunun (metr) ölçüsünə əsasən üst-üstə düşmədiyi müəyyən olunmuşdur. 8. Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) JN-468BB saylı torpaq sahəsi bələdiyyə mülkiyyəti, TEKUİS-də dövlət mülkiyyəti kimi göstərilmişdir. 9. Xanlar rayonu Çaykənd kəndinin kompleks yerquruluşu lahiyəsində (DVJ) 468BB saylı torpaq sahəsi ilə İddiaçı adına olan xx.xx.2013-cü il tarixli 447 saylı A № 416311 nömrəli plan və ölçü sənədinin 471.0 kv.m hissəsi üst-üstə düşdüyü müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi

3. DƏDKR-in vəzifələri və hüquqları 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli 548 nömrəli Fərmanı

2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi İddiaçı istifadəsində olan Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə müəyyən edilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi səbəbi kimi göstərmişdir ki, həmin torpaq sahəsi dövlət mülkiyyətində (meşə fond torpaqları ərazisi) olan torpaq sahəsidir, həmçinin Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə satılmış 800.0 kv.m torpaq sahəsi alqı-satqı aktı ilə satılmış, notarial qaydada alqı-satqı edilməmişdir. Cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçının istifadəsində olan Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə müəyyən edilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsini dövlət mülkiyyətində olmuş torpaq sahəsi kimi göstərsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-4907/2025 nömrəli mütəxəssis rəyində, həmin torpaq sahəsinin 498.4 kv.m hissəsi Toğana bələdiyyəsinin mülkiyyətində olması göstərilmişdir. Bundan başqa Göygöl rayon Məhkəməsinin 2(066)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçının istifadəsində olan Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 650.0 kv.m hissəsi Göygöl rayonu Toğana bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Beləliklə bir daha sübut olunmuşdur ki, həmin torpaq sahəsi Göygöl rayon Toğana bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Həmin qətnamə predusial əhəmiyyətli olduğundan və həmin qətnamədə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması təsdiqini tapdığından, o, hissədə torpaq sahəsinin bələdiyyə və yaxud dövlət mülkiyyətində olması mübahisələndirilə bilməz. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-32-33/2-12444/2023 saylı mütəxəsss rəyi ilə müəyyən edilmişdir ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş, A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən edilmiş İddiaçı istifadəsində olan 800 kv.m torpaq sahəsinin 650.0 kv.m sahəsi Göygöl rayonu Toğana bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi xx.xx.2022-ci il tarixli, **********41 nömrəli mütəxəssis rəyinə münasibət bildirir ki, Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixdə sözü gedən torpaq sahəsini İddiaçı alqı-satqı edən dövr ərzində NECAS vəTEKUİS elektron xəritə bazası olmamışdır. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi xx.xx.2022-ci il tarixli, **********41 nömrəli mütəxəssis rəyində Göygöl rayonu Toğanalı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 11 nömrəli qərarı ilə İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsi satıldığı zaman (2012-ci ildə) Dövlət Mülkiyyətində olduğu və hal-hazırda Dövlət Mülkiyyətində olan torpaq sahəsi olması barədə cavabdeh orqan tərəfindən məhkəməyə hər hansı sübut, dəlill və arxiv məlumatına istinad edildiyi göstərilməmişdir. Məhkəmə onuda qeyd etməyi zərüri hesab edir ki, cavabde orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsi tərəfindən torpaq sahəsinin mülkiyyəti növü haqqında bir-birinə zidd rəy verməsi, bir daha onu göstərir ki, cavabdeh orqan iddiçıya imtina verməkdə haqlı olmamışdır. Bundan başqa məhkəmə cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin imtinasının əsaslarından biri olan Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, alqı-satqı aktı olduğundan imtina etməsi ilə razılaşmır. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, iddiaçı Həsənova X4 torpaqlarının idarə edilməsi haqqında qanunun 9.1-ci maddəsi ilə istisna edilmiş subyektlər siyahısında olduğundan cavabdeh orqan tərəfindən o, hissədə torpaq sahəsinin dövlət qeydiyyatına almaqdan imtina etməsində haqlı olmamışdır. Göstərilənlərə əsasən, İddiaçı iddiası təmin edilməli, Göygöl rayonu Toğanalı kəndində yerləşən Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş, A 416311 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü ilə müəyyən edilmiş 800.0 kv.m torpaq sahəsinin 498.0 kv.m hissəsi dövlət qeydiyyatına alınmalı, ona həmin torpaq sahəsinə dair müvafiq çıxarış və plan ölçü sənədləri verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı oğlu tərəfindən verilmiş iddia təmin edilsin. Göygöl rayon Toğanalı Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 11 nömrəli qərarı ilə müəyyən edilmiş, A416311 nömrəli planı və ölçü sənədində göstərilən 800.0 kv.m torpaq sahəsinin 498.0 kv.m hissəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar