Məhkəmə qərarları › İş №2-1(114)-120/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-120/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-120/2023 30.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən (indiki ünvan 1sı X5 mülkiyyət hüququnun bərpa edilərək, dövlət reyestrində qeydiyyatına alınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6611/2021 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyətı üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının ulu babası olan Molla X4 Sovet hakimiyyəti qurulanadək Gəncə şəhərində tanınmış və var-dövlətli şəxslərdən olub. Onun mülkiyyətində bir çox daşınar və daşınmaz əmlaklar, Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən (indiki Gəncə şəhəri, Nizami küçəsi 50) 3,1 ha torpaq sahəsi olmuş, bu fakt X18 19 fevral 2020-ci il tarixli Arxiv arayışı ilə təsdiq edilib. Həmin əmlakın ulu babası tərəfindən satın alınması isə 1888-ci il tarixli, 82 saylı notariat aktın arxiv qovluğundakı sənədlərlə də təsdiq edilir. X11 1920-1922-ci illərdə siyasi əqidəsinə görə Sovet höküməti tərəfindən siyasi repressiyaya məruz qalmış və həmin dövrdə güllələnmişdir. Bu fakt da Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2002-ci il 22 yanvar tarixli, 2-33 saylı qətnaməsi ilə təsdiqlənib. Səbail Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(009)-835 saylı qətnaməsi ilə mərhum X1 onun ulu babası olması, onun isə 1921-ci il tarixdə güllələnərək öldürülməsi faktı tanınıb. Bundan sonra ulu babasından miras qalmış əmlakı vərəsəlik qaydasında əldə etmək üçün Gəncə şəhərində yerləşən Notariat Kontoruna müraciət etmiş, notarius iddiaçıdan tələb etdiyi əmlakın babasının mülkiyyətində olması ilə bağlı arayış tələb etmişdir. Həmin arayışın alınması üçün cavabdehə müraciət etsə də, DƏDRXnin 18 fevral 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən torpaq sahəsinin və ümumiyyətlə Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən torpaq sahəsinin babasının mülkiyyətində olması ilə bağlı arxiv məlumatlarında hər hansı sənəd aşkar edilməyib. Göründüyü kimi, siyasi repressiaya məruz qalmış şəxs kimi X21 mülkiyyətində olan torpaq sahələri dövlət tərəfindən özəlləşdirilmişdir. Hal-hazırda vaxtilə onun ulu babasına məxsus olmuş torpaq sahəsinin üzərində əmlak kompleksi inşa edilmişdir. Hesab edir ki, Dövlət Əmlakının Dövlət Reyestri Xidmətinin heç bir arxiv sənədinin olmaması barədə 18 fevral 2021-ci il tarixli cavab məktubu əsassızdır, çünki X18 arxiv arayışına görə Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən 3,1 ha torpaq sahəsi rəsmi reyestr sənədləri əsasında X9 məxsus olması qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AZ-İİ 091550 nömrəli xx.xx.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, Fəttahov X10 1920-ci ildə ölmüşdür. -Azərbaycan Respublikası X18 2/307 nömrəli xx.xx.2008-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası X18 sənədlərindən Yelizavetpol şəhər notariusu X8 tərtib, təstiq etdiyi, 4 vərəqdən ibarət 6 saylı siyahı üzrə 6 saylı aktlar kitabında 224 saylı reysetr qeyydiyatına alınmış işdə saxlanılan rus dilində tərtib edilmiş «Daşınılmaz» əmlakın satın alınmasına dair notariat aktın 16.01. 1888-ci ilə dair layihəsindən məlum olur ki, Gəncə sakini X26 Fəttah (X28 Fattax oqlu) oğlunun Yelizavetpol şəhərinin 1-ci hisəssində İmamlı küçəsində, uzunluğu 102 sajına, eni isə 76 sajına (3, 1 ha) bərabər olan boş torpaq sahəsi olmuşdur, həmin sahəni o həmşəhərlisi Yelizavetpol sakini X23 Rza (X24 İrza oqlı) oğlundan 250 rubl boş torpaq sahəsini hərracdan satın alınmasını rəsmiləşdirmişdir və daşınmaz əmlakını notarial qaydasında təsdiq edilmişdir. -Azərbaycan Respublikası X18 İ-67 a/x nömrəli xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası X18 sənədləri üzrə Yelizavetpol şəhər notariusu X8 tərtib və təsdiq etdiyi 4 vərəqdən ibarət 6 saylı siyahı üzrə 6 saylı aktlar kitabında 224 saylı reyestr qeydiyyatına alınmış işdə saxlanılır. Rus dilində tərtib edilmiş “Daşınmaz əmlakın satın alınmasına dair” notariat aktın 16 yanvar 1888-ci ilə dair layihəsindən məlum olur ki, Gəncə sakini X3 (əski əlifbada göstərildiyi kimi X6) Yelizavetpol şəhərinin 1-ci hissəsində İmamlı küçəsində, uzunluğu 102 sajına, eni 76 sajına bərabər olan boş torpaq sahəsi olmuşdur. Həmin sahəni o həmşəhərlisi Yelizavetpol şəhər sakini X7 205 rubla (sənəddə olduğu kimi)(sənədin sərlövhəsində akt kitabı №6, reyestr №224- də hərracdan satın alınması 250 rubl göstərilmişdir) boş torpaq sahəsini hərracdan satın alınması rəsmiləşdirilmiş və daşınmaz əmlakını notarial qaydasında təsdiq edilmişdir -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 225 nömrəli imtina qərarı ilə İddiaçı ünvan 3 ünvanda yerləşən 3.1 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi göstərilən əmlakın hüquq müəyyənedici sənədlərinin olmaması səbəbindən imtina edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubda bildirilir ki, Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və onun üzərində inşa edilmiş əmlak kompleksi kimi müəssisə hüquqmüəyyənedici sənədlər əsasında 2010-cu il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində mövcüd arxiv materiallarına əsasən ünvan 4 ünvanda “ünvan 5rskaya küçəsi, 83 olması və həmin ərazinin Molla X2 məxsus olması barədə hər hansı sənəd aşkar olunmamışdur. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, hazırki tələblə iddiaçı mərhum ulu babası X9 məxsus olmuş Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin indiki ünvan 6 torpaq sahəsi olmasını iddia edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcüd arxiv materiallarına, eyni zamanda müvafiq notariat işinə aid sənədlərə əsasən ünvan 4 ünvanda “ünvan 5rskaya küçəsi, 83 olması və həmin ərazinin Molla X2 məxsus olması müəyyən olunmur, başqa sözlə mübahisələndirilən torpaq sahəsinin (Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin) koordinatları bəlli deyil. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin alınmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənədlər əsasında Gəncə şəhəri ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Göründüyü kimi, sözügedən torpaq sahəsinin koordinatlarını əks etdirən sənəd iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. İddiaçı müvafiq sənədlər əsasında Yelizavetpol şəhərinin 1-ci hissəsində, İmamlı küçəsi, 4 yolu, Oktyabrskaya küçəsi, 83 saylı ünvanda yerləşən 3,1 ha torpaq sahəsinin onun mərhum ulu babası X9 məxsus torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından həmin torpaq sahəsinin hazırda iddia olunan Gəncə şəhəri, Nizami küçəsi 50 ünvanında yerləşən torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Beləliklə müəyyən olunur ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin mərhum ulu babasına məxsus olmuş sahə ilə eyni olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar