Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1200/2020 03.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialı) qarşı məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun hərbi təqaüdünün məbləğinin dəqiqləşdirilərək məlumat vərəqəsinin yenidən tərtib edilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətən torpaqlarının azadlığı uğrunda döyüşlərdə iştirak etmək üçün Rusiya Federasiyasından vətənə qayıtmış və Şəmkir rayon Hərbi Komissarlığına müraciət edərək N992-ci ildə döyüşlərdə könüllü olaraq iştirak etmişdir. xx.xx.N993-cü ildən xx.xx.N994-cü il tarixinədək təkrar hərbi xidmətə çağırılaraq N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissənin tərkibində döyüşlər gedən Qarabağ ərazilərində gedən döyüşlərdə iştirak etmişdir. Döyüş tapşırığını yerinə yetirərkən mərmi partlaması nəticəsində kəllə beyin travması və müxtəlif bədən xəsarətləri almış, uzun müddət müalicələr aldıqdan sonra N995-ci il tarixində hərbi xidmətdən xəstəliyinə görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N7-ci il tarixli, N2NN nömrəli qərarında qeyd olunur ki, xəstəliyinin səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.20N9-ci il tarixli, 4NN000AACZY saylı rəyi ilə onun əmək qabiliyyətinin olmadığı müəyyən edilmiş və ona hərbi xidmət vəzifələrinin icrası zamanı yaralanmağı ilə əlaqədar olaraq 2-ci qrup əlillik verilmiş və əmək qabiliyyətsiz olduğu müəyyən edilməklə müddətsiz 2-ci qrup müharibə əlilliyi verilmişdir. O, ehtiyyata buraxılanadək N nömrəli hərbi hissənin idarə heyətində hərbi xidmət keçmiş, hərbi hissənin tərbiyəvi işlər şöbəsinin təlimatçısı vəzifəsində çalışmışdır. Bütün bunlar öz təsdiqini arxiv sənədlərində tapır. Ona təyin edilən pensiya düzgün hesablanmamışdır. Bu da, müvafiq normativ hüquqi aktların kobud surətdə pozulması ilə əlaqədar yol verilən vəzifəli şəxslərin qanunsuz hərəkətləridir. O, ehtiyyata keçirilməzdən əvvəl işlədiyi kapitan ştatlı tərbiyəvi işlər şöbəsinin təlimatçısı vəzifəsi bugünki, briqadanın tərbiyəvi işlər şöbəsinin təlimatçısı vəzifəsinə tam uyğun gəlir. Hesab edir ki, hal-hazırda həmin hərbi qeydiyyat ixtisasına uyğun vəzifə hərbi hissələrin tərbiyəvi işlər şöbəsinin təlimatçısı vəzifəsinə tam uyğun gəlir və onun pensiyası bugünki həmin vəzifədən hesablanılmalıdır. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı istefada olan kapitan İddiaçı xx xxx N968-ci tarixdən xx xxx N970-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə, xx xxxxxx N993-cü il tarixdən xx xxxxx N994-cü il tarixədək isə Azərbaycan Ordusunda N nömrəli motoatıcı briqadanın səxsi heyətinin sosial müdafiəsi üzrə təlimatçısı vəzifəsində həqiqi hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx xxxxx N994-cü tarixli əmri ilə tutduğu vəzifədən azad edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N35 nömrəli, xx xxxxxx 2007-ci il tarixli Qərarının tələblərinə müvafiq olaraq İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun N2.2-ci maddəsinə əsasən (Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının N325 nömrəli, xx xxxxxx 20N8-ci il tarixli qərarı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktının məlumatları əsasında) ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün nazirlik tərəfindən tərtib olunmuş NN835 nömrəli, xx.xx.20N9-cu il tarixli "Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası üçün əsas götürülən təminat xərcliyi, “Əmək pensiyaları haqqında” Qanunun N.0.5-ci maddəsinə müvafiq olaraq, onun tutduğu (yeganə olaraq) sonuncu vəzifəsinin vəzifə maaşının və "kapitan" hərbi rütbəsinə görə maaşın 20N9-cu ilin aprel ayına olan normalarına uyğun olaraq qeyd edilmişdir. Belə ki, bu maddənin müddəalarına görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N0-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən hərbi qulluqçulara təminat xərcliyinin verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Belə ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə “briqadanın təlimatçısı” vəzifəsinin aylıq vəzifə maaşı xx.xx.N993-cü il tarixdən 8N00 manat, xx.xx.N994-cü il tarixdən N8000 manat, xx.xx.N994-cü il tarixdən 36000 manat, xx.xx.N995-ci il tarixdən 49500 manat, xx.xx.N996-cı il tarixdən 60000 manat, xx.xx.N998ci il tarixdən N95000 manat, xx.xx.200N-ci il tarixdən 290000 manat, xx.xx.2004-cü il tarixdən 420000 manat, xx.xx.2006-ci il tarixdən N68 manat, xx.xx.2008-ci il tarixdən 265 manat, xx.xx.20N0-cu il tarixdən 290 manat, xx.xx.20NN-ci il tarixdən 365 manat, xx.xx.20N3-cü il tarixdən 402 manat, xx.xx.20N6-cı il tarixdən 440 manat, xx.xx.20N8-ci jl tarixdən 485 manat, xx.xx.20N9-cu il tarixdən isə 6N5 manat müəyyən edilmişdir. Halhazırda həmin vəzifə "briqadanın ideoloji iş və mənəvi-psixoloji bölməsinin psixoloqu" kimi adlandırılır. Bütün bunları nəzərə alaraq, hesab edir ki, İddiaçı barəsində nazirlik tərəfindən tərtib edilmiş NN835 nömrəli, xx.xx.20N9-cu il tarixli "Məlumat vərəqi"ndə onun vəzifə maaşındakı sonrakı artımlar nəzərə alındığından, bu vəzifə maaşının miqdarının yenidən dəqiqləşdirilməsini, habelə barəsində yeni "Məlumat vərəqi"nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzə Mərkəzi filialına göndərilməsi məqsədə uyğun deyildir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir İş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəmkir rayon Hərbi Komissarlığının xx xxxxxx 2008-ci il tarixli, 49 nömrəli arayışının surətindən görünür ki, N949-cu il təvəllüdlü ehtiyyatda olan zabit kapitan İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxx 20N8-ci il tarixli, 9/2-3099 nömrəli arxiv arayışının surətindən görünür ki, ehtiyatda olan kapitan İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, 8 nömrəli şəxsi heyət üzrə əmrilə briqada hərbi qulluqçuların təlim tərbiyəsi və sosial müdafiəsi aparatında müqavilə əsasında təlimatçı vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli, N50 nömrəli əmrilə hərbi hissənin geyim, əşya xidmətini yoxlamaq üçün yaradılmış komissiyanın tərkibində komissiyanın sədri kapitan İddiaçı adı qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx xxxxxx 20N8-ci il tarixli, N325 nömrəli qərarının surətindən görünür ki, Şəmkir RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N994-cü ilin fevral ayında aldığı və xx.xx.20N8-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və XN canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələrinə əsasən “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” diaqnozu qoyulmuşdur. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx xxxxxx 20N9-cu il tarixli müayinə aktının məlumatlarının surətindən görünür ki, İddiaçı xx.xx.20N9-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin xx xxxx 20N9-cu il tarixli, 3353 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə 565,25 manat pensiya almışdır. - Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında MN- NN835 nömrəli Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqinin surətindən görünür ki, motoatıcı briqadanın hərbi qulluqçularının təlim tərbiyəsi və sosial müdafiəsi bölməsinin təlimatçısı İddiaçı 03 il 0N ay 03 gün iş stajına əsasən vəzifə maaşına görə 485,00 manat, rütbə maaşına görə N27,00 manat, xidmət illərinə görə əlavə 30,60 manat (5%), ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, ümumilikdə 706,60 manat təminat xərcliyi hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin “Əmək pensiyasının təyin edilməsi haqqında” xx xxx 20N9-cu il tarixli, **********3 nömrəli qərarının surətindən görünür ki, İddiaçı hüququ yarandığı xx.xx.20N9-cu il tarixdən 2-ci qrup əlilliyə görə 565,28 manat pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx xxxx 20N9-cu il tarixli, ********* nömrəli qərarının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə təyin edilmiş 565,28 manat pensiya məbləği artırılaraq 952,74 manat təşkil etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli, N2/46 nömrəli məktubundan görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədi ilə şəxsi (pensiya) işinə tərəflərindən yenidən baxılmış və məlum olmuşdur ki, pensiyasının hesablanmasında heç bir səhvə yol verilməmişdir. İddiaçıya aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx N993-cü il tarixdən xx xxxxx N994-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli motoatıcı briqadanın səxsi heyətinin sosial müdafiəsi üzrə təlimatçısı vəzifəsində həqiqi hərbi xidmətdə olmuş, hərbi hissə komandirinin xx xxxxx N994-cü tarixli, 95 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək hərbi hissənin şəxsi heyətinin siyahısından silinmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, N35 nömrəli Qərarının tələblərinə müvafiq olaraq İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun N2.2-ci maddəsinə əsasən (Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının xx xxxxxx 20N8-ci il tarixli, N325 nömrəli qərarı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktının məlumatları əsasında) hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün nazirlik tərəfindən xx.xx.20N9-cu il tarixli, NN835 nömrəli "Məlumat vərəqi” «kapitan» hərbi rütbəsi və sonuncu vəzifəsi üzrə vəzifə maaşına uyğun tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunidir və məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən maddi hüquq normaları ilə əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun N2.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun N0-cu maddəsinin 2-ci bəndinin 3-cü hissəsinə əsasən hərbi qulluqçulara təminat xərcliyinin verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli N35 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın: N-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun N.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və N.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 3-cü bəndinə əsasən, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların N-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 gün ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Göründüyü kimi, İddiaçı aylıq pensiyası üçün əsas götürülən təminat xərcliyi, “Əmək pensiyaları haqqında” Qanunun N.0.5-ci maddəsinə müvafiq olaraq, onun tutduğu (yeganə olaraq) sonuncu vəzifəsinin vəzifə maaşının və "kapitan" hərbi rütbəsinə görə maaşın 20N9-cu ilin aprel ayına olan normalarına uyğun olaraq qeyd edilmişdir. Belə ki, halhazırda həmin vəzifə "briqadanın ideoloji iş və mənəvi-psixoloji bölməsinin psixoloqu" kimi adlandırılır. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə “briqadanın təlimatçısı” vəzifəsinin aylıq vəzifə maaşı xx.xx.N993-cü il tarixdən 8N00 manat, xx.xx.N994-cü il tarixdən N8000 manat, xx.xx.N994-cü il tarixdən 36000 manat, xx.xx.N995-ci il tarixdən 49500 manat, xx.xx.N996-cı il tarixdən 60000 manat, xx.xx.N998ci il tarixdən N95000 manat, xx.xx.200N-ci il tarixdən 290000 manat, xx.xx.2004-cü il tarixdən 420000 manat, xx.xx.2006-ci il tarixdən N68 manat, xx.xx.2008-ci il tarixdən 265 manat, xx.xx.20N0-cu il tarixdən 290 manat, xx.xx.20NN-ci il tarixdən 365 manat, xx.xx.20N3-cü il tarixdən 402 manat, xx.xx.20N6-cı il tarixdən 440 manat, xx.xx.20N8-ci jl tarixdən 485 manat, xx.xx.20N9-cu il tarixdən isə 6N5 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 İdarəsinin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx xxxx 20N9-cu il tarixli, ********* nömrəli qərarının surətindən görünür ki, İddiaçı 2-ci qrup əlilliyə görə təyin edilmiş 565,28 manat pensiya məbləği artırılaraq 952,74 manat təşkil etmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı barəsində nazirlik tərəfindən tərtib edilmiş NN835 nömrəli, xx.xx.20N9-cu il tarixli "Məlumat vərəqi"ndə onun vəzifə maaşındakı sonrakı artımlar nəzərə alındığından, bu vəzifə maaşının miqdarının yenidən dəqiqləşdirilməsi, habelə barəsində yeni "Məlumat vərəqi"nin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzə Mərkəzi filialına göndərilməsi istisna edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun N9.N-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N9.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.N-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialı) qarşı məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7. maddəsinin tələblərinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X2 üzrə Mərkəzi filialı) qarşı məlumat vərəqəsinin yenidən tərtib edilərək göndərilməsi tələbinə dair iddiası tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1200/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1200/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver