Məhkəmə qərarları › İş №2-1(114)-1203/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1203/2020

26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1203/2020 26.08.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm bələdiyyəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 X2 və Hərrac Komissiyası) qarşı Şəmkir rayon Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 4.27 ha sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə uzun müddətli icarə müqaviləsinin bağlanması öhdəliyinin Şəmkir rayon Zəyəm Bələdiyyəsinin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Şəmkir rayon Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Şəmkir rayon Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 4.27 ha sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə uzun müddətli icarə müqaviləsinin bağlanması öhdəliyinin Şəmkir rayon Zəyəm Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iş materialarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, habelə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, hazırda mübahisələndirilən Şəmkir rayon Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan xx.xx.2019-cu il tarixdə **********58 nömrə ilə qeydiyyata alınmış 4.27 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 X2 və Hərrac Komissiyasının xx.xx.2020-ci il tarixli protokoluna əsasən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə 49 illik hər il icarə haqqı 210.0 manat olmaq şərti ilə hərracdan iddiaçıya satılmış və iddiaçıya bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı 011274 nömrəli şəhadətnamə verilmişdir. Hazırki mübahisədə icarə müqaviləsinin bağlanması tələb olunan torpaq sahəsi iddiaçıya hərracdan satılmış, hərrac komissiyasına təqdim olunan sənədlərin mötəbərliliyi cavabdeh tərəfindən mübahisələndirilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 6.2-ci hissəsində qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 15.3-cü hissəsində göstərilmişdir ki, mülki icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyati üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şəmkir rayon Zəyəm Bələdiyyəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə X1 X2 və Hərrac Komissiyası) qarşı Şəmkir rayon Zəyəm Bələdiyyəsinin mülkiyyətində olan 4.27 ha sahəsi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə uzun müddətli icarə müqaviləsinin bağlanması öhdəliyinin Şəmkir rayon Zəyəm Bələdiyyəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar