Məhkəmə qərarları › İş №2-1(114)-1203/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1203/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1203/2024 24.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclasının katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı X9, X12, X19 və X10 Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayış əsasında X9, X12, X19 və X10 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı Quliyev X6 Aynurə Məhərrəm qızı, X12, X19 və X10 ona məxsus olan mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə (bundan sonra mətndə cavabdeh) etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi bildirilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X9, X12, X19 və X10 ona məxsus olan Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvandan qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin evin onun adına olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** saylı Çıxarış almışdır. Üçüncü şəxslər onun mülkiyyətində olan evdə qeydiyyatdadırlar. Üçüncü şəxslərin onun mülkiyyətində olan evdə qeydiyyatda qalmaları onun mülkiyyət huququnun pozulması deməkdir. Ona görə də həmin şəxsləri müstəsna mülkiyyəti olan evindən qeydiyyatdan çıxarmaq istəyir. O, Cavabdehnə ərizə ilə müraciət edərək adı çəkilən şəxsin ona məxsus ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Ancaq cavabdeh orqan ona xx.xx.2023-cü il tarixli 3-13-57/2-Q- 334xx/xx/2023 saylı məktubla imtina cavabı verərək məhkəməyə müraciət etməyini bildirmişdir Məhkəmənin sorğusuna cavab olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 65 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, İddiaçı Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında ailə üzvləri X13, X14 və X20 ilə birgə yaşayır. Eyni zamanda üçüncü şəxslər X4 şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında ailə üzvləri X9, X12 və X23 ilə birgə yaşayır. İddiaçı və X7 ev ünvanları eyni olmasına baxmayaraq bir binanın ayrı-ayrı mənzillərində yaşayırlar. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 16-5/8-13-2708/2023 nömrəli cavab məktubundan məlum olur ki, X9, X12, X19 və X23 iddiaçının ailə üzvləri sırasına aid deyil. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 12161/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli, 10 saylı Qərardan çıxarışda aidiyyəti mənzilin ünvanı ünvan 3air X15 adına xx.xx.2007-ci il tarixli, **********01-05101- 093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 40-724 reyestr nömrəli "daşınmaz əmlakın bağışlanması" müqaviləsinə əsasən Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında yerləşən mənzil İddiaçı bağışlanmış və onun adına xx.xx.2021-ci il tarixli, **********01-05101-083001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin üçüncü şəxslər X16 və digərlərinin qeyd olunan mənzildən istifadə hüququnun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Həmin məktuba əlavə edilmiş xx.xx.2004-cü il tarixli 230791 nömrəli müqavilə ilə müəyyən edilir ki, X5 tərəfindən Gəncə şəhəri, Tblisi küçəsi,bina 24/21, otaq 10 yerləşən mənzil X1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 65 nömrəli məktubuna əlavə edilmiş qeydiyyat vəsiqəsi ilə də müəyyən olunduğu kimi, xx.xx.2004-cü il tarixli 230791 nömrəli müqavilə ilə X5 tərəfindən Gəncə şəhəri, Tblisi küçəsi,bina 24/21, otaq 10 yerləşən mənzil X2 və X7 ünvan 4 ünvanına mülkiyyət hüququ xx.xx.2004-cü il tarixində 43 nömrə ilə reyestr kitabında yazılaraq, 21433 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və üçüncü şəxslər isə gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək üçüncü şəxsləri tanıdığını, onunla qonşu olduqlarını, onlarla hər hansı qohumluq münasibətinin olmadığını bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini ********** qeydiyyat nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, elektron məhkəmə sorğu sistemdən çıxarışlar, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12161/2023 nömrəli məktubu, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 65 nömrəli, cavabdehin xx.xx.2023-cü il tarixli nömrəli imtinası təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında xx.xx.2021-ci il qeydiyyat tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışında üçüncü şəxslər Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında qeydiyyatda olduqları göstərilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-12161/2023 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2004-cü il tarixli 230791 nömrəli müqavilə ilə Gəncə şəhəri, Tblisi küçəsi,bina 24/21, otaq 10 yerləşən mənzil X11 X5 tərəfindən satılmışdır. Həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli 65 nömrəli cavab məktubuna əsasən İddiaçı Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında ailə üzvləri X13, X14 və X20 ilə birgə yaşayır. Eyni zamanda üçüncü şəxslər X4 şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanında ailə üzvləri X9, X12 və X23 ilə birgə yaşayır. İddiaçı və X7 ev ünvanları eyni olmasına baxmayaraq bir binanın ayrı-ayrı mənzillərində yaşayırlar. Həmçinin üçüncü şəxs X7 ünvan 4 ünvanına mülkiyyət hüququ xx.xx.2004-cü il tarixində 43 nömrə ilə reyestr kitabında yazılaraq, 21433 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Məhkəmənin sorğusu ilə əldə edilmiş sənədlərdən göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil ilə eyni ünvan göstəricilərinə malik digər mənzil də mövcuddur ki, hazırda iddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslərdə iddiaçıya məxsus mənzil də deyil, eyni ünvan göstəricilərinə malik digər mənzildə qeydiyyatdadırlar və digər mənzilə dair üçüncü şəxs X8 adına 21433 nömrəli qeydiyyat vəsiqəsi qeydə alınmışdır və üçüncü şəxslər X9, X17 və X3 Elsəvər Surxay oğlunun ailə üzvləridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı daşınmaz əmlak obyektlərinin ünvan reyestrini aparan orqana müraciət edərək, ünvanla bağlı ziddiyyətli halı aradan qaldırdıqdan sonra məhz onun mənzilində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddia qaldıra bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı X9, X12, X19 və X10 Gəncə şəhəri, Tbilisi küçəsi, ev 24/21, mənzil 10 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar