Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1209/2020 27.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi İddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviçin (Hocamurat) və vəkili X3 iştirakları ilə İddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviçin (Hocamurat) Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviç (Hocamurat) Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, SSRİ nümunəli pasportu və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçaqe rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən xx.xx.1964-cü il tarixdə 176 saylı aktla qeyə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsini (soyadının “Meredov”, ata adının “Hocamuratoviç” kimi yazılmasının təmin edilməsi), həmin düzəlişlər əsasında doğum akt qeydində dəyişikliklər edilməsi və dəyişikliklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il tarixdə Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçage rayonunun Akyap kəndində anadan olmuşdur. Elə həmin ildə də Türkmənistan Respublikası Marı vilayətinin Sakarçage rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Doğum akt qeydində ata adı qeyd edilməmiş, soyadı “Hocamuratov”, ata adı “Hocamurat”, atasının soyadı “Meredov”, anasının adı “Oğulnur”, soyadı “Hocamuratova” kimi qeyd edilmişdir. xx.xx.1992-ci il tarixdə Türkmənistan Respublikası Marı vilayətinin Paraxat rayon X8 tərəfindən İİİ-HY №626943 saylı SSRİ nümunəli pasportla təmin edilmişdir. X7 Meredoviç 1918-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, 1988-ci ildə vəfat etmişdir. X5 1922-ci ildə Türkmənistan Respublikasında anadan olmuş, 1993-cü ildə vəfat etmişdir. 1992-ci ilin fevral ayında Azərbaycan Respublikasına qonaq gəldiyi zaman Azərbaycan Respublikasında doğulmuş Yusubova (Hocamuratova) Mehriban Sabir qızı ilə evlənərək Türkmənistan Respublikasına getmişlər və orada nikaha daxil olmuşlar. 1993-cü ildə Türkmənistan Respublikasında qeydiyyatdan çıxaraq yenidən daimi yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişlər. Birgə nikahdan iki uşaqları (1993-cü ildə qızı, 1995-ci ildə oğlu) doğulmuşdur. Azərbaycan Respublikasına gəldikdən sonra Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Kamarakova kəndində minaya düşərək yaralanmış, Bakı şəhəri 3 saylı şəhər poliklinikasında müalicə almışdır. 2007-ci ildə arvadı Hocamuratova (Yusubova) Mehriban Sabir qızı vəfat etmişdir. Arvadının vəfatından sonra oğlu X1 da anasının vəfatına dözməyərək 2008-ci ildə intihar etmişdir. 2016-cı ildə Azərbaycan Respublikasının vətəndaşı Hacıyeva Könül Talib qızı ilə ailə qurmuşdur. Lakin şəxsiyyətini təsdiq edən etibarlı sənədi olmadığı üçün nikaha daxil ola bilməmişlər. Belə ki, hazırda şəxsiyyətini təsdiq edən yeganə sənəd SSRİ nümunəli pasport və BMT QAK tərəfindən verilmiş himayə sənədidir. Azərbaycana gəldikdən sonra doğum haqqında şəhadətnaməni itirmişdir. Belə ki, döyüşə getdiyi zaman doğum haqqında şəhadətnaməni digər sənədlərlə birlikdə döyüşdüyü batalyonun rəhbərliyinə təqdim etmişdir. Lakin sonra onlar doğum haqqında şəhadətnaməni qaytarmamışlar. Artıq 27 ildən çoxdur ki, Azərbaycan Respublikası ərazisində yaşayır. Lakin Azərbaycan Respublikasında uzun illər qeydiyyatsız yaşamışdır. Halhazırda, şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Bu səbəbdən də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hal-hazırda, Tərtər rayonu Seydimli kəndində yaşayır və həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. O, doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə Cavabdehnə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviç (Hocamurat) və vəkili X6 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəməyə məktub ünvanlayaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin və üçüncü şəsin etibarnamə üzrə nümayəndələri ayrı-ayrılıqda iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir (həmin sənədlərin məzmununa istinad edilir): Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 05/15-88/76 nömrəli məktubu ; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli, A19/156 nömrəli arayışının təsdiqlənmiş surəti ; 623943 nömrəli vəsiqənin surəti ; xx.xx.2018-ci il tarixli doğum haqqında arayış. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X4 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin inzibati orqan bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqan olan Cavabdeh imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir. Belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində, həmçinin özünün və nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatında şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, SSRİ nümunəli pasportu və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Marı vilayətinin Sakarçaqe rayonunun Akyap kənd nümayəndəliyi tərəfindən xx.xx.1964-cü il tarixdə 176 saylı aktla qeyə alınmış doğum akt qeydindəki səhvlərin düzəldilməsini (soyadının “Meredov”, ata adının “Hocamuratoviç” kimi yazılmasının təmin edilməsi), həmin düzəlişlər əsasında doğum akt qeydində dəyişikliklər edilməsi və dəyişikliklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçünTürkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsini xahiş etsələr ki, həmin halları təsdiq edən sənədlər məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallar sübuta yetirilməmişdir. Məhkəmənin sorğusu əasında Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli, 1- 01/5867 nömrəli doğum haqqında arayışda da iddiaçının özü “Hocamıradov Çarıyarberdi”, atası “Meredov Hocamurat”, anası isə “Hacamuradova Ogulnur” kimi qeyd edilmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının, həmçinin nümayəndəsi və vəkilinin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından iddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviçin (Hocamurat) iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviç (Hocamurat) iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviçin (Hocamurat) Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Hocamuratov (Meredov) Çarıyarberdi Meredoviçin (Hocamurat) Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi) doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1209/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1209/2020
27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver