Məhkəmə qərarları › İş №2-1(114)-1210/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1210/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1210/2022 06.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan-cizgisinin naturada təhkim olunmuş torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plan-cizginin naturada təhkim olunmuş sərhədlərə uyğun tərtib olunmaqla verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan 15.0361 ha topraq sahəsinə dair ******* RX Seriya nömrəli, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli; 2.8435 ha torpaq sahəsinə dair **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli; 18.6630 ha topraq sahəsinə dair Seriya RX ******* nömrəli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli; 4.4247 ha topraq sahəsinə dair Seriya RX ******* nömrəli, **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixłi; 0.90 ha topraq sahəsinə dair **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışlara əsasən torpaq sahələri üzrə verilmiş yerquruluşu sənədlərinin-torpaq sahəsinin plan-cizgisinin naturada təhkim olunmuş və hazırda istifadə etdiyi torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plan-cizginin naturada təhkim olunmuş sərhədlərə uyğun tərtib olunmaqla ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən DƏDRX tərəfindən verilmiş çıxarışlara əsasən aşağıdakı kənd təsərrüfat təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətindədir: 15.0361 ha topraq sahəsinə dair Seriya RX ******* nömrəli, **********27 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli; 2.8435 ha topraq sahəsinə dair **********09 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli; 18.6630 ha topraq sahəsinə dair Seriya RX ******* nömrəli, **********40 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli; 4.4247 ha topraq sahəsinə dair Seriya RX ******* nömrəli, **********45 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli; 0.90 ha topraq sahəsinə dair **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021ci il qeydiyyat tarixli. Qeyd edilən torpaq sahələrinin naturadakı koordinatları ilə sənəd əsasında verilən koordinatlar arasında uyğunsuzluqlar vardır. Belə ki, 19 yanvar 2022-ci il tarixdə torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi barədə X1 müraciət olunmuş və mütəxəssislərin adı çəkilən topraq sahələrinə baxış keçirməsindən sonra 06 nömrəli xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadə etdiyi torpaq sahələrinin faktiki vəziyyəti üzrə müəəyyən edilmiş döngə nöqtələrinin koordinatları ilə həmin torpaq sahələrinin sənəd (topraq sahəsinin planı və ölçüsü) üzrə döngə nöqtələrinin kordinatlarının müqayisə edilmiş və torpaq sahələrinin yerləşdiyi ərazi üzrə şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. Belə ki, mülkiyyətimdə olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən xx.xx.2018-ci il qeydiyyat tarixli, **********27 reyestr nömrəli A 322940 nömrəli torpaq sahəsinin plan ölçüsü əsasında 15.0361 ha kənd təsərrüfatlı təyinatlı topraq sahəsinin kordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları fərqli olmaqla, şimal tərəfdən 33 metr, cənub tərəfdən isə 16 metr şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. xx.xx.2018-ci ildə tərtib edilmiş **********40 reyestr nömrəli, A322967 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 18.6630 ha torpaq sahəsi şimal tərəfdən 25 metr, cənub tərəfdən isə 45 metr şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. xx.xx.2109-cu ildə tərtib edilmiş **********09 reyestr nömrəli, A428457 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 2.8435 ha torpaq sahəsi şimal və cənub tərəfdən 26 metr,cənub tərəfdən isə 45 metr şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. .(ortofoto görüntüləri qoşmada əlavə olunub) xx.xx.2021-ci ildə tərtib edilmiş **********18 reyestr nömrəli, A651752 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 0.90 ha torpaq sahəsi şimal tərəfdən 16 metr,cənub tərəfdən isə 29 metr şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. xx.xx.2018-ci ildə tərtib edilmiş **********45 reyestr nömrəli, A311878 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında 4.4247 ha torpaq sahəsi şimal tərəfdən 32 metr,cənub tərəfdən isə 29 metr şərqdən qərb istiqamətinə doğru sürüşmə müəyyən edilmişdir. Beləliklə mütəxəssis tərəfindən aparılmış tədqiqatlara əsasən yuxarıda adlarını sadaladığım torpaq sahələrinin döngə nöqtlərinin naturadakı koordinatları yerində müəəyyən edilmiş və həmin koordinatlar ilə torpaq sahələrinin planı və ölçüsü sənədində əks olunan döngə nöqtələrinin koordinatları arasında uyğunsuzluq aşkar edilmişdir. Bundan başqa tədqiq olunmuş torpaq sahələrinin koordinatları ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq(torpaq sahələrinin sənəd üzrə döngə nöqtələrinin koordinatları şərqdən qərb istiqamətinə doğru sürüşmə ilə təyin edilmişdir.) səbəbindən, mülkiyyətimdə olan torpaq sahələrinin müəyyən hissələri, həmin torpaq sahələri ilə həmsərhəddə yerləşən qonşu sahələrlə üst-üstə düşür. İddiaçı sözügedən çıxarışlara əsasən torpaq sahələri üzrə verilmiş yerquruluşu sənədlərinintorpaq sahəsinin plan-cizgisinin naturada təhkim olunmuş və hazırda istifadə etdiyi torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plan-cizginin naturada təhkim olunmuş sərhədlərə uyğun tərtib olunmaqla ona verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 18.6630 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0.90 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 15.0361 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4.4247 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.8435 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********56 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində bildirilir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən İddiaçı xüsusi mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən kənd təsərüfatı təyunatlı torpaq sahələrinin (18.6630 ha, 2.843 ha, 15.0361 ha, 0.90 ha və 4.4247 ha) döngə nöqtələrinin koordinatları torpaq sahəsinin planı və ölçüsü sənədində faktiki istifadəyə görə qərb istiqamətində sürüşmə ilə göstərilmişdir, döngə nöqtələrinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları eynilik təşkil etmir (müəyyən fərqlər vardır), İddiaçı faktiki istifadəsində olan 0.90 ha sahənin 0.15 ha hissəsi JN-24 saylı subyektin torpaq sahəsi ilə üst-üstə düşür. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********16 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan (18.6630 ha, 2.843 ha, 15.0361 ha, 0.90 ha və 4.4247 ha) torpaq sahəsinin plan-cizgisinin naturada təhkim olunmuş torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plan-cizginin naturada təhkim olunmuş sərhədlərə uyğun tərtib olunmaqla verilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Cavabdeh inzibati orqan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən torpaq sahələrinin elektron baza xəritəsi və faktiki vəziyyəti arasında uyğunsuzluğun olması səbəbilə yeni elektron kadastr məlumat bazasının yaradılması işlərinin aparılmasını, yalnız yeni elektron xəritənin formalaşdığı təqdirdə iddiaçıya məxsus torpaq sahələrinin yerinin müəyyənləşdiriləcəyini əsas gətirərək plan və ölçü sənədinin torpaq sahələrinin faktiki sərhədlərinə uyğun tərtib edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlətnəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaqkadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi mövcuddur və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Məhkəmə tələbin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunmuş 0.90 ha torpaq sahəsinə münasibətdə qismən təmin edilməsini məqsədəuyğun hesab edir. Belə ki, iş üzrə mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.90 ha sahəsinin 0.15 ha hissəsi JN-24 saylı subyektin torpaq sahəsi ilə üst-üstə düşür, bu isə həmin subyektin hüquqlarının pozulması ilə nəticələnə bilər. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 18.6630 ha, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 15.0361 ha, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.4247 ha, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2.8435 ha və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.90 ha torpaq sahəsinin JN-24 saylı subyektin torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha hissəsi istisna olmaqla 0.75 ha torpaq sahələrinin yerquruluşu sənədlərinin-torpaq sahəsinin plan-cizgisinin faktiki istifadədə olan torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plan-cizginin faktiki istifadədə olan sərhədlərə uyğun tərtib olunmaqla verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 18.6630 ha, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 15.0361 ha, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 4.4247 ha, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 2.8435 ha və xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.90 ha torpaq sahəsinin JN-24 saylı subyektin torpaq sahəsi ilə üst-üstə düşən 0.15 ha hissəsi istisna olmaqla 0.75 ha torpaq sahələrinin yerquruluşu sənədlərinin-torpaq sahəsinin plancizgisinin faktiki istifadədə olan torpaq sahəsinin hüdudlarına uyğunlaşdırılması və plancizginin faktiki istifadədə olan sərhədlərə uyğun tərtib olunmaqla verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar